Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Hadise
Oxunub: 133
7 fev 2026 | 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qumar oyunları təşkil edən 11 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Müttəhimlər kürsüsünə Elmidar İsmayılzadə, onun atası Eldəniz İsmayılov, qardaşı Elvin İsmayılzadə, eləcə də Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil Məhərrəmli, Zamiq Məhərrəmli, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev çıxarılıblar.

Prosesdə təqsirləndirilən Zamiq Məhərrəmli ifadə verib. O bildirib ki, əvvəllər fəhlə işləyib və ailəlidir, bir övladı var: “Elmidardan borca pul almışdım, qaytara bilmədim. Buna görə bu işlə məşğul oldum. Müştərilərə kart nömrəsi atırdım, onlar da karta pul yükləyirdilər”.

Zamiq Məhərrəmli qeyd edib ki, bundan əvvəl pambıq zavodunda rəsmi olaraq fəhlə işləyib və 340 manat əməkhaqqı alıb: “Atam ürəyindən əməliyyat olundu, borca düşdüm. Pula ehtiyacım olduğu üçün bu oyuna razı oldum. Mənə aylıq 600–700 manat maaş verirdilər. Əmək müqaviləmiz olmayıb. Ən yüksək maaş 800 manat idi”.

O əlavə edib ki, ofisdə olsalar da, müştərilərlə birbaşa ünsiyyət qurmayıblar.

Daha sonra dövlət ittihamçısı dəstənin rəhbəri Elmidar İsmayılzadəyə əmək müqaviləsi olmadan işçi çalışdırması ilə bağlı suallar verib. Elmidar İsmayılzadə cavabında bildirib ki, qumar oyunları ilə bağlı əmək müqaviləsinə ehtiyac olmayıb:

“Zamiqə borca pul vermişdim. Sonra ona iş təklif etdim və 500–600 manat maaş verəcəyimi dedim. İstintaqda işimizə düzgün baxılmayıb. 17 aydır həbsdəyəm. Etdiyim işə görə mühakimə edin. Mənə verilən ittihamda göstərilən 12 milyon manat fantastik rəqəmdir. Müştərilərin kartına köçürülən pullar da bizim adımıza yazılıb”.

Daha sonra təqsirləndirilən Cavid Əsədov ifadə verib. O deyib ki, işi ofis üçün bazarlıq etmək olub: “Bazarlığın pulu və ofisin icarə haqqı Elmidar İsmayılzadə tərəfindən verilirdi. Biz həmin evdə yaşamışıq. 2023-cü ilin fevral ayından bu işə başlamışam. Həmin vaxt ofisdə Zamiq və Nemət də qalırdı”.

Cavid Əsədov bildirib ki, ofisdə stolun üzərində onlayn kazino oyunları ilə bağlı müxtəlif bank kartları olub: “Elmidarı uşaqlıqdan tanıyıram. Aylıq 500 manat maaş alırdım. ‘Ana kassa’, ‘bala kassa’ anlayışlarından xəbərim olmayıb. Bunu ittiham aktı oxunanda bildim. Mən heç kimin kartına pul köçürməmişəm”.

Elmidar İsmayılzadə də Cavid Əsədovun yalnız bazarlıq işi ilə məşğul olduğunu təsdiqləyib.

Məhkəmə prosesi fevralın 20-də davam etdiriləcək.

İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin vəsaitlər cinayətdən xəbərsiz şəxslərin adına alınmış minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.

Müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə və 1974-cü il təvəllüdlü atası Eldəniz İsmayılov da daxil olmaqla, 30-a yaxın şəxsi cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr yaradıb, müxtəlif şirnikləndirici vədlərlə vətəndaşları xarici saytlarda qumar oyunlarına cəlb ediblər.

“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlarda səhifə inzibatçısı statusu əldə edən şəbəkə üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mütəmadi dəyişdirilən kirayə mənzillərdə fəaliyyət göstəriblər. Qumar oyunlarına cəlb edilən şəxslər pul vəsaitlərini şəbəkə üzvlərinin göndərdiyi bank kartlarına köçürüblər.

Əməliyyat zamanı 1.157 bank kartı aşkar olunub. Həmin kartlar müxtəlif vətəndaşlardan pul qarşılığında alınaraq cinayət fəaliyyətində istifadə edilib. Kart sahiblərinin əksəriyyəti kartların hansı məqsədlə istifadə olunduğundan xəbərsiz olublar.

Axtarışlar zamanı gizli ofislərdən, mənzillərdən və saxlanc yerlərindən çoxsaylı elektron sübutlar, xarici ölkələrə məxsus 110 ədəd mobil nömrə, 2 milyon manat nağd pul və digər maddi sübutlar götürülüb. Araşdırmalarla şəbəkənin üçüncü şəxslərin hesablarına 20 milyon manatdan artıq vəsait mədaxil etdiyi müəyyən olunub.

Cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılması məqsədilə kriptovalyuta sxemlərindən istifadə edildiyi də üzə çıxıb. Bu istiqamətdə vəsaitlərin xarici ölkələrə köçürülməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıb. Araşdırmalarla 3 milyon 375 min manatın kriptovalyuta şəklində xaricə göndərildiyi məlum olub.

İstintaq zamanı qanunsuz gəlirlər hesabına alınmış, ümumi dəyəri 10 milyon manata yaxın olan mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, eləcə də “Mercedes”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək üzərlərinə həbs qoyulub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 244-1.3.1, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə ittiham irəli sürülüb.(musavat)
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü