Tehrandan Azərbaycana HƏDƏ - Xameneinin müşaviri YENƏ çaşdı
Hadise
Oxunub: 101
5 fev 2026 | 10:11
Tehrandan Azərbaycana HƏDƏ - Xameneinin müşaviri YENƏ çaşdı


İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib: “Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik” (Axar.az).

Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.

Şamxani və bəzi digər rəsmilər əvvəllər də ölkəmiz əleyhinə əsassız fikirlər səsləndiriblər. Bəs Azərbaycana bu qəbil hədə-hədyanlar niyə səngimir? Tehran niyə özünə zorla düşmən axtarır?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Şamxaninin Azərbaycanı dolayı yolla hədəfə alması nə yeni haldır, nə də təsadüfi: "ABŞ-ın İrana mümkün hücumu kontekstində cəfəngiyatdan ibarət iddialar, əslində, faktlara deyil, siyasi nağıllara, daxili auditoriyaya hesablanmış ritorikaya və uzun illərdir məqsədyönlü şəkildə formalaşdırılan yanlış təsəvvürlərə söykənir.

Reallıq isə çox sadədir: Azərbaycanda nə ABŞ-ın, nə də hər hansı başqa ölkənin hərbi bazası mövcud deyil. Bu faktı Tehran çox yaxşı bilir. Buna baxmayaraq, İranın bir sıra dini-siyasi boşboğazlarının xarici təhdidlərdən danışarkən Azərbaycanı “potensial platforma” kimi təqdim etməsi artıq sistemli xarakter alıb. Bu, məlumatsızlıq deyil. Bu, çirkin siyasi niyyətin ifadəsidir”.

Deputata görə, Şamxaninin sözlərində diqqət çəkən məqam “dəqiq məlumatlar” ifadəsidir: “Sual yaranır, hansı məlumatlar? Hansı ərazilər? Hansı bazalar?

İran tərəfi indiyədək bu iddiaları təsdiqləyən bircə fakt, sənəd, sübut ortaya qoya bilməyib. Çünki belə fakt yoxdur.

Azərbaycan öz ərazisində üçüncü dövlətin hərbi iştirakına imkan verməyən nadir ölkələrdəndir. Bu prinsip həm Qərb, həm Rusiya, həm də İran istiqamətində eyni dərəcədə tətbiq olunur. Məhz buna görə də Şamxaninin ittihamı faktoloji deyil, psixoloji natamamlıq kompleksindən və qərəzdən qaynaqlanır.

İranın dini-siyasi rejimi üçün Cənubi Qafqaz uzun illər “nəzarətdə olan, passiv zona” kimi qəbul edilib. Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Tehran bu reallıqlardan faydalanıb. 44 günlük müharibədən sonra yaranmış yeni reallıq isə İranın uzun illər formalaşdırdığı regional təsəvvürləri alt-üst edib. Azərbaycan artıq ərazi bütövlüyünü bərpa etmiş, Türkiyə ilə strateji müttəfiqliyini dərinləşdirmiş, İsraillə açıq və şəffaf əməkdaşlıq edən, Zəngəzur dəhlizi kimi regional layihələrin təşəbbüskarı olan, Cənubi Qafqazın əsas geosiyasi aktoruna çevrilmiş dövlətdir. Bu yeni reallıq İranın klassik təhlükəsizlik düşüncəsinə sığmır".

Deputatın sözlərinə görə, Tehran üçün problem Azərbaycanın hansısa hərbi bazaya ev sahibliyi etməsi deyil:

"Problem Azərbaycanın müstəqil siyasət yürütməsi, qərarlarını Tehranın maraqlarına görə yox, öz milli maraqlarına görə verməsidir. Teokratik rejimin siyasi diskursunda “xarici düşmən” obrazı mühüm yer tutur. ABŞ, İsrail və zaman-zaman region ölkələri bu obrazın elementlərinə çevrilir. Azərbaycan İsraillə münasibətlərini gizlətmir, Qərblə əməkdaşlıq edir, Türkiyə ilə açıq ittifaqdadır və ən əsası, İranın regiondakı təsir mexanizmlərindən kənardadır. Belə olan halda, Azərbaycan Tehranın daxili auditoriyasına təqdim etmək üçün “münasib” hədəfə çevrilir. Bu, İran kimi uğursuz teokratik rejimlərin istifadə etdiyi klassik siyasi texnologiyadır - real təhlükəni izah etmək çətin olanda, uydurma təhlükə yaradılır. Şamxaninin ritorikası bir daha göstərir ki, rejim regiondakı yeni reallıqla diplomatik deyil, emosional və təhdid dili ilə davranmağa üstünlük verir. Halbuki Azərbaycan İranla mehriban qonşuluq münasibətlərində maraqlı olduğunu dəfələrlə bəyan edib və praktik addımlarla bunu sübut edib".

Deputat daha sonra söyləyib:

"Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb, dini və etnik həssaslıqları siyasi alətə çevirməyib, sərhəd təhlükəsizliyi məsələlərində əməkdaşlıqdan yayınmayıb. Tehran niyə özünə zorla düşmən axtarır? Çünki yeni regional reallıqda İran əvvəlki geosiyasi mövqeyini itirib. Azərbaycan güclənib, Ermənistan zəifləyib, Türkiyə regionda daha fəal olub, Rusiya zəifləyib, Qərb isə ABŞ-nin timsalında proseslərə daha diqqətlə yanaşır. Bu dəyişikliklər fonunda İran üçün ən asan yol reallığı qəbul etmək deyil, onu inkar etmək və günahkar axtarmaqdır. Bütövlükdə isə nəinki Əli Şamxaninin, hətta onun rəhbərinin belə mülahizə və iddailarına önəm və cavab vermək lazım deyil. Çünki bu adamların dünyada qəbul edilmiş dövlət idərəçiliyi modelinə görə, hər hansı bir rəsmi statusları yoxdur".
Bu gün, 16:00
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
Bu gün, 15:30
Kreditlə həccə getmək olar? — AÇIQLAMA
Bu gün, 14:22
Tehrandan Ağ Evə xəbərdarlıq: Bu halda, ABŞ-ni təslim olmağa məcbur edəcəyik
Bu gün, 13:30
Bakı-Tbilisi xətti yenidən işə düşür - Ailələr daha rahat görüşəcək
Bu gün, 13:25
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bu gün, 13:21
Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq
Bu gün, 13:16
Dünya Bankı: Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib
Bu gün, 13:12
Sabah Bakıda 25 dərəcə isti olacaq
Bu gün, 12:50
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
Bu gün, 12:47
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
Bu gün, 11:50
Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu
Bu gün, 11:21
Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:16
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
Bu gün, 10:46
Müctəba Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama: Görünüşü eybəcər hala düşməyib
Bu gün, 10:31
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bu gün, 10:00
Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi
Bu gün, 09:39
Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir
Bu gün, 09:33
İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir
Bu gün, 09:29
İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bu gün, 09:00
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
Dünən, 16:51
İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI
Dünən, 16:00
Ermənistan Azərbaycana əsgər göndərəcək? – Paşinyandan “boğucu FƏND”
Dünən, 13:51
Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Dünən, 13:47
İlham Əliyev: Azərbaycan öz tarixi irsini qoruyub saxlayır
Dünən, 13:42
İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək
Dünən, 13:26
İlham Əliyev: WUF13-də 45 mindən çox şəxs qeydiyyatdan keçib
Dünən, 12:55
Yağıntılar aylıq normanın 589%-ni təşkil edib