Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
Hadise
Oxunub: 35
27 yan 2026 | 13:11
Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab


“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə ünvanladığım məktubun cavabı gəlib. Yazıblar ki, müraciətimi alıblar. Ümidliyik ki, bu dəfə cinayət tam və hərtərəfli şəkildə araşdırılacaq”.

Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ramiz Mehdiyev istintaqa cəlb edildikdən sonra 2007-ci ilin avqustunda qızları Nailə və Reyhanənin oğurlanması və izlərinin itirilməsi cinayətinin üstünün açılacağına inamları yaranıb.

Zamir Məcidovun Musavat.com-a dediklərindən sitat:

“Övladlarım - 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu cinayətin Ramiz Mehdiyevlə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur. Qızlarımı sifarişlə oğurlayan Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları rəisin müavini Məmmədmusaya təhvil verib. Lakin Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev Məmmədmusanı sona qədər müdafiə etdi və onunla bağlı araşdırma aparılmasına imkan vermədi.

Sonradan bizi sakitləşdirmək, cinayətin izlərini ört-basdır etmək üçün qapımıza bir meyit gətirdilər. Orta yaşlı bir qadının meyiti idi. Biz meyitə baxış keçirdik və bildirdik ki, bu, bizim övladımızın meyiti deyil. Meyiti özləri aparıb dəfn etdilər. Meyitin ekspertizasının guya Rusiyada keçirildiyini dedilər. Ekspertiza rəyində Rusiyadakı ekspertiza bürosunun telefon nömrəsi göstərilmişdi. Həmin nömrəyə zəng etdim, dedilər ki, belə bir rəy verməyiblər. Bundan sonra Rusiyada yaşayan qohumumu həmin ekspertiza bürosuna göndərdim. Ona bildiriblər ki, meyitdən nümunələr götürüb ekspertiza apara bilərlər, bunun üçün isə 3 min dollar tələb olunur. Mən ekshumasiya üçün vəsatət qaldırdım, lakin təmin edilmədi. Bütün bunlar cinayətin izlərinin məqsədli şəkildə ört-basdır edilməsi idi.

Bu addımları o dövrdə kim ata bilərdi? Ramiz Mehdiyev və onun kürəkəni İlhamın Şabran rayonunun Kilvar kəndindəki imarətlərinə düz bizim kəndin ortasından gedib-gəlirdilər. Qızlarım oğurlandıqdan sonra hər ikisinin Şabran Rayon VVAQ şöbəsindəki sənədləri də yerli-dibli yoxa çıxıb. Bunu kim edə bilərdi?”

Zamir Məcidov bildirib ki, qızlarının oğurlanması və izlərinin itirilməsi faktlarının Ramiz Mehdiyevin cinayət işi çərçivəsində araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət edib. Onun fikrincə, bu cinayətlərin arxasında güclü və toxunulmaz bir şəbəkə dayanır. Zamir Məcidovun sözlərinə görə, qızlarının oğurlanması Ramiz Mehdiyevin nəvəsinin səhhətində yaranmış ciddi problemlərlə eyni dövrə təsadüf edib və bunun təsadüf olmadığı qənaətindədir.

Burada söhbət qorunan, hifz olunan mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətindən gedir. Bu qruplaşma gec-tez törətdiyi cinayətlərin açılacağını yaxşı bildiyi üçün izlərin itirilməsi məqsədilə son dərəcə ciddi addımlar atıb. Dağbilici kəndindən oğurlanan bir qadın və iki azyaşlı qızla bağlı cinayət işinin izlərinin məqsədli şəkildə itirilməsinə dəlalət edən kifayət qədər fakt mövcuddur.

Zamir Məcidovun bu məsələdə Ramiz Mehdiyevin adını çəkməsi təsadüfi deyil. 2000-2015-ci illər Azərbaycan idarəetmə tarixində xüsusi bir mərhələ idi. Ramiz Mehdiyevə yaxın şəxslər rayonlara icra başçısı, müxtəlif yüksək vəzifələrə təyin olunurdu. Maraqlıdır ki, Azərbaycan tarixində misli görünməmiş uşaq oğurluqlarının baş verdiyi rayonlardan biri olan Şabranda polis rəisi olmuş Nizami Sadıqov da bu “kadr siyasəti”ndən kənarda qalmadı. O, 2009-cu ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi və 2014-cü ilədək bu vəzifədə saxlanıldı. Bu təyinat Nizami Sadıqovun müavini Məmmədmusa Hüseynovun Məcidova bacılarının oğurlanması işində birbaşa icraçı kimi adının “qırmızı xətlə” keçdiyi dövrə təsadüf edirdi.

Sual açıq qalır - polis rəisliyindən birbaşa icra başçısı postuna göndərilmə təsadüf idimi? Ramiz Mehdiyevin kadrı olmasaydı, bu, mümkün olardımı? Həmin illərdə Şabran Ramiz Mehdiyevin nəzarətində olan şimal zonası rayonları sırasında idi. Şabran dağlarında, adam oğurluqlarının baş verdiyi Dağbilici kəndindən bir neçə kilometr aralıda yerləşən Kilvar kəndində Ramiz Mehdiyevin və onun kürəkəni İlhamın imarətləri mövcud idi. Bu imarətlərə gedən yol isə məhz Dağbilici kəndinin mərkəzindən keçirdi.

Zamir Məcidova bacılarının oğurlanmasından sonra polis rəisinin müavini Məmmədmusa Hüseynovun istintaqa cəlb edilməməsi, hakim Əhməd Quliyevin Zamir Məcidovun vəsatətlərini heç bir əsaslandırma aparmadan rədd etməsi, sübutların məhv edilməsi, oğurlanmış qızların VVAQ sənədlərinin yoxa çıxması artıq söhbətin təkcə cinayətdən deyil, onun sistemli şəkildə ört-basdır edilməsindən getdiyini göstərir.

Bu qapalı saxlanılan cinayət işi fonunda ən diqqətçəkən detal isə 2007-ci ildə Şabran rayonunun polis rəisi olmuş Nizami Sadıqovun bütün ictimai narazılıqlara və qalmaqallı məhkəmə proseslərinə baxmayaraq, 2009-cu ildə Ramiz Mehdiyevin xətti ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi və 2014-cü ilə qədər bu vəzifədə saxlanılmasıdır.

Zamir Məcidov bu gün də iki azyaşlı qızının oğurlanması cinayətinin açılmasını tələb edir və açıq şəkildə bildirir ki, bu cinayət birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır.
Dünən, 16:00
Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər
Dünən, 15:30
ABŞ və İsraildən İrana göndərilən 2 gizli MESAJ - SEPAH SENSASİON MƏLUMAT YAYDI
Dünən, 14:22
İranda QANLI hesabat: şəhərlər üzrə minlərlə ölüm – Təbriz, Urmiya və Ərdəbil də siyahıda
Dünən, 14:00
Trampın Tehrandan nə istədiyi açıqlandı: CENTCOM zonasına yığılan hərbi texnika heyrət doğurur
Dünən, 13:39
Rusiyada miqrant uşaqları ilə bağlı ŞOK ADDIM - Nazirlik MƏLUMAT YAYDI
Dünən, 13:16
Mourinyo "Qarabağ"ı unuda bilmir
Dünən, 12:10
Baş nazir qərar imzaladı
Dünən, 12:06
Azərbaycan və Ermənistan səfirləri Almaniyada bir araya gəldi - FOTOLAR
Dünən, 11:37
Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
Dünən, 11:33
Bakıda yeni metro bu il stansiyası istifadəyə veriləcək
Dünən, 11:30
Xırdalan və Mehdiabad sakinlərinə şad xəbər - RƏSMİ AÇIQLAMA
Dünən, 10:42
Nazir: Ağ Ev Kiyev və Kremllə iki ayrı sülh müqaviləsi imzalayacaq
Dünən, 10:35
Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?
Dünən, 09:39
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Dünən, 09:34
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək
Dünən, 09:26
ABŞ İrana mümkün hücumu ilə bağlı tarix açıqlandı
Dünən, 09:22
Siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir
Dünən, 09:13
Bayden susqunluğunu pozdu: Tramp administrasiyasını kəskin tənqid etdi
Dünən, 09:11
12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
Dünən, 09:00
Rusiyada parçalanmış siyasi elita içərisində savaş: Tramp Putini qorusa da, müharibə Kremlin daxilində uduzulur
27-01-2026, 16:00
Paşinyandan komandasına İLGİNC tapşırıq – Revanşistlər TƏLAŞDA
27-01-2026, 15:30
Ukraynalı zabitdən Ərdoğanla bağlı SENSASİON ETİRAF: 2022-ci ildə...
27-01-2026, 14:22
NATO Baş katibindən şok etiraf: ABŞ-a arxalanma dövrü bitdi
27-01-2026, 14:00
Tramp Qrelandiyanı necə götürəcək? - Şok planın detalları açıqlandı
27-01-2026, 13:34
İranda etirazlardan sonra edamlar BAŞLADI
27-01-2026, 13:11
Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27-01-2026, 12:28
İlham Əliyev Sumqayıtda bu müəssisənin təməlini qoydu