Təyyarə qalmaqalında KRİTİK nöqtə – Putin sözünü niyə tutmadı?

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat xarici laboratoriyalar tərəfindən araşdırıldıqdan sonra dərc olunacaq. Modern.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Saujranbayev yerli mediaya açıqlamasında bildirib. O qeyd edib ki, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq. “Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib. Aviasiya modulu bölməsi müayinə üçün amerikalı bir istehsalçıya yönləndirilib”, - deyə o izah edib. Nazir onu da bildirib ki, iki əcnəbi laboratoriyanın məlumatları hələlik onlara daxil olmayıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəmiz Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hesabat açıqlandıqdan sonra Rusiyanın mövqeyində dəyişiklik gözləntisi varmı? Putin nə üçün Düşənbədə verdiyi sözü tutmadı?
Professor Elxan Mirzəyev Musavat.com-a bildirib ki, Rusiya təyyarə ilə bağlı istintaqı yekunlaşdırıb və heç bir məsuliyyət daşımaq istəmir: "Bu da qonşu dövlətin Azərbaycana və həlak olan vətəndaşlara hörmətsizliyidir. Ölənlər arasında Rusiya vətəndaşları da var, bu da Kremli maraqlandırmır. Ukraynada minlərlə əsgərini məhv edən Rusiyadan humanizm gözləmək sadəlövhlükdür. Azərbaycan Rusiyanın yaxın aylarda hər hansı addım atmasına gərək ümid etməsin. Moskva istəyir ki, Bakı ilə əlaqələr davam etsin, bu hadisə də unudulsun. Amma bizim elə bir fikrimiz yoxdur və beynəlxalq hüquqa uyğun addımlar atmalıyıq".
E. Mirzəyevin fikrincə, Rusiya ilə aramızda soyuqluq davam edəcək və bundan sonra əvvəlki münasibətlərin bərpası mümkün görünmür: "Rusiya özünü müttəfiq kimi aparmadı. Əgər müttəfiq dövlət olsaydı, dərhal dost kimi davranar və təyyarə ilə bağlı çoxdan narazılığı aradan qaldırardı. Rusiya rəsmiləri hələ də müttəfiqlik haqda qulağa xoşagələn fikirlər bildirir, di gəl, heç biri səmimi deyil. Əsl müttəfiq Türkiyə kimi olur. Rusiya isə regionda itkilərini və Qarabağda problemin köklü həllini həzm edə bilmir. Bu səbəbdən təyyarəmizi vurmaqla, sonra azərbaycanlılara zorakılıq tətbiq etməklə bunun mesajını verməyə çalışır. O nöqteyi-nəzərdən, təyyarə məsələsində yalnız beynəlxalq məhkəməyə müraciət qalır".
Siyasi ekspert Ramiyə Məmmədova bölgədə gedən proseslərin Rusiya üçün ürəkaçan olmadığını müşahidə edir. Onun fikrincə, bu da onu aqressivləşdirir və MDB ölkələrinə hücumlar, təhdidlər yağdırır: "Azərbaycan təyyarəsi səhvən vurulmayıb və onun mülki hava gəmisi olduğunu rusiyalı hərbçilər yaxşı bilirdi. Moskva açıq şəkildə bu cinayət aktını həyata keçirməklə Azərbaycanı cəzalandırdığını hesab edir. Məqsəd odur ki, onun diktəsi ilə hərəkət edilsin. Biz isə müstəqil siyasət yürüdürük və rus hərbçilərinin Qarabağda on illər ərzində qalmasına razı deyildik. Rusiya isə qəzəblidir ki, onun Qafqaz siyasəti iflasa uğradı. İkincisi, Putin Düşənbədə günahı Kiyevin və bizim pilotların üzərinə qoydu. Dedi ki, Ukrayna dron hücumu edib, guya raketin qəlpələri təyyarəmizə dəydikdən sonra bizim ekipaj təklif olunan aerodroma eniş etmək istəməyib. Putin üzr istəsə də, günahı Rusiyada axtarmadı. Düzdür, kompensasiya vəd edib, cəza olacağını söyləyib. Məncə, Rusiya bunu nə vaxtsa edə bilər, amma görünür ki, siyasi bazarlığa getmək istəyindədir, yəni Bakıdan nə isə istəyir. Əgər Rusiya əlaqələrin düzəlməsində maraqlıdırsa, onda tələbləri yerinə yetirsin".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü