Hər kəs “Təyyarə vurulub” deyir, bir Rusiya hələ də dirəşir- Faktlar izə göz önündə...
Hadise
Oxunub: 1 275
26 dek 2025 | 13:14
Hər kəs “Təyyarə vurulub” deyir, bir Rusiya hələ də dirəşir- Faktlar izə göz önündə...


“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.

Musavat.com xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib. Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Qazaxıstanın dünən açıqladığı Aralıq Bəyanat AZAL-ın mülki təyyarəsinin vurulması ilə bağlı faktı bir daha təsdiqlədi, rəsmi şəkildə bu, bəyan edildi: “Doğrudur Aralıq Bəyanatında birmənalı təyyarənin raketlə vurulması sözbəsöz yazılmasa da ümumi fikirdə, mənzərənin tam şəkildə təsvir olunmasında təyyarənin vurulduğu rəyi açıq görünür. Görünən odur ki, Qazaxıstan tərəfi Azərbaycanla Rusiya arasında siyasi dialoq vasitəsilə bu məsələnin çözüləcəyini düşündüyündən ifadələrin seçimində müəyyən qədər diplomatik terminlərə üstünlük verib. Təyyarənin vurulması ilə bağlı faktlar aşkardır və Qazaxıstan tərəfinin Aralıq Hesabatı da faktın aşkara çıxmasında əhəmiyyətlidir”.

Politoloq vurğulayıb ki, Rusiya tərəfi isə bütün bunlara baxmayaraq öz ənənəsinə sadiq qalaraq məsələni bilərəkdən uzatmaqdadır və gərəkən addımları atmaq istəmədiyini nümayiş etdirir:

“Dünən Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın AZAL-ın təyyarəsi faciəsinin günahkarının Kiyevin olduğunu bəyan etməsi isə Rusiyanı məsuliyyətdən yayındırmaq cəhdidir. Rusiya məsuliyyəti üzərindən bu şəkildə atmağa çalışmaqla birincisi, qanunları, beynəlxalq konvensiyaları pozur, ikincisi verdiyi vədə xilaf çıxır, üçüncüsü Rusiya-Azərbaycan münasibətlərini poza bilən siyasi xətt yürütmüş olur. Bir ildir ki, Rusiya eyni davranışı faktiki olaraq sərgiləməkdədir. İstisna olaraq 10 oktyabrda Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki görüşündə Vladimir Putin məsuliyyəti demək olar ki, Rusiya tərəfinin üzərinə götürdü, istintaqın sürətlə aparılacağı, günahkarın aşkarlanması və hadisəyə hüquqi qiymət verilməsini söylədi, kompensasiya vədi verdi. Lakin təəssüf ki, biz hələ Rusiya tərəfindən real addımları görmürük. Rusiyanın bu davranışı xoşagələn deyil və ikitərəfli münasibətlərə zərər verir. Bu siyasət ona gətirib çıxarıb ki, post-sovet məkanı ölkələri, Rusiya ilə bu və ya digər münasibətləri olan dövlətlər Rusiya ilə bundan sonrakı siyasətlərində daha məsafəli davranmağa çalışacaqlar. Yəni Rusiyanın AZAL təyyarəsi ilə bağlı ortaya qoyduğu davranış təkcə Azərbaycanın deyil, digər dövlətlərin də Rusiya ilə bundan sonrakı münasibətlərində Rusiyanın xeyirinə olmayan vəziyyət yaradacaq”.

O.Qasımov sonda qeyd edib ki, Rusiyanın günahkar tərəf kimi üzərinə düşəni etməkdən yayınmasının səbəblərindən biri Rusiya siyasi sistemində, Rusiya cəmiyyətində mövcud olan imperiya təfəkkürüdür: “Bu təfəkkür heç cür qəbul edə bilmir ki, onun keçmişdə müstəmləkəsi kimi gördüyü, uzun illər onun tabeçiliyində yaşamış, amma son 30 ildə müstəqilliyini əldə etmiş dövlətlər və millətlər Rusiyadan nəyisə tələb edə bilər. O təfəkkür hesab edir ki, Rusiya nə etsə belə, cinayətlər törətsə belə həmin dövlətlər və millətlər buna qarşı çıxa bilməzlər, Rusiya qarşısında tələb qoymamalıdırlar. Rusiya hələ də müasir dünyanın şərtlərinə uyum göstərmir. Bu da daha çox Rusiyanın özünə ziyan vurmaqdadır. Diqqət edirsinizsə dövlətlər son zamanlar Rusiyadan ciddi şəkildə məsafə saxlamağa çalışırlar”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü