Sosial şəbəkə “terrorçu”ları ilə bağlı SƏRT QANUN
Hadise
Oxunub: 1 173
26 dek 2025 | 13:04
Sosial şəbəkə “terrorçu”ları ilə bağlı SƏRT QANUN


Milli Məclisin iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, layihə barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib:

“Milli Məclisin 19 dekabr tarixli iclasında layihənin birinci oxunuşunda çıxış edən hörmətli vitse-spiker Musa Qasımlı, millət vəkilləri hörmətli Azay Quliyev və Razi Nurullayev layihəni müdafiə edərək, onu cəmiyyətin tələbi kimi dəyərləndirdilər.

Layihəyə səs verən, eləcə də onu mediada geniş şərh edən deputatların çıxışlarında qanun layihəsinin ifadə azadlığına qarşı deyil, ictimai mənəviyyatın, sosial davranış normalarının və milli təhlükəsizliyin qorunmasına xidmət etdiyi vurğulanır.

Millət vəkili Azay Quliyev haqlı olaraq qanun layihəsinin hüquqi dairəsini genişləndirib, xaricdə himayə edilən, beyinlərində çip yerləşdiirlən şəxslərə, sosial şəbəkələr, xüsusilə “YouTube”, “Facebook”, “İnstaqram” və “TikTok” kimi platformalarda Azərbaycan xalqını və dövlətini gündəlik rejimdə təhqir edənlərə və eyni əməllərin daxildə davamçılarına da tətbiq olunmasını, o cümlədən qlobal şirkətlərin ölkəmizdə rəsmi nümayəndəliyinin yaradılmasını və birgə mübarizə yollarını axtarmağı təklif edib. Haqlı yanaşmadır, düzgün çağırışdır.

Ümidvarıq ki, yaxın gələcəkdə yeni qanun layihələri həmin tələbləri əhatə edəcək, kibervətənimizi də qorumağa xidmət göstərəcək.

Eyni zamanda, qanunvericiliyə rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma və alqoritmik təhlükəsizlik kimi vacib anlayışların gətirilməsi təklif edilib. Göründüyü kimi, nəinki parlamentin, bütövlükdə cəmiyyətimizin haqlı narahatlığına səbəb olan müasir kommunikasiya cinayətləri qeyri-əxlaqi kontentləri yayanların və xarici dövlətlərin əlində silaha çevrilib. Biz əcnəbi ölkələrdə “terror media”sını himayə edən qüvvələrin bir vaxtlar Qarabağda işğalı qoruyub saxlayanlarla eyni mərkəzlər olduğunu bilirik. Fərq etməz, onlar terroru iqtisadiyyada törədir, yoxsa sosial mediada, məqsədləri birdir - dövləti linç etmək, xalqı zəiflətmək və parçalamaq, qələbəmizi oğurlamaq, mümkün olmadıqda onu ləkələmək və sərvələrini sümürmək”.

Z.Oruc əlavə edib ki, ona görə də Baş Prokurorluq haqlı olaraq xarici terrorçulara qarşı qanunun ən sərt maddələrini tətbiq edib və xalqımızın konstitusion mənafelərini qorumağa çalışır:

“Ötən dəfə qeyd etdiyimiz kimi, problem təkcə etik-mənəvi prinsiplərin, əxlaqi dəyərlərin davamlı, sistemli hücumlara məruz qalması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə, “Teleqram” kanalı və “TikTok” platformasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.

Məlumat üçün, 2025-ci ilin statistik məlumatlarına görə, ölkəmizdə internet istifadəçilərinin 71%-dən çoxu sosial şəbəkə platformalarına müntəzəm daxil olur. Gənclər və yeniyetmələrdə göstərici 85%-ə yaxınlaşır. 2024-2025-ci illərdə “TikTok” və “Telegram” kimi platformalarda məzmun istehlakı orta hesabla 25–30% artıb. Belə çoxmilyonlu auditoriyada yayılan kontentin davranış modellərinə və milli dəyərlərə təsiri qaçılmazdır.

OCED, UNESCO VƏ UNİCEF-in tədqiqatlarına görə, sosial mediada əxlaq normalarının pozulmasının neqativ təsirləri aqressiv davranışların artması, əxlaq normalarının deformasiyasının güclənməsi, uşaqlar və yeniyetmələrdə sosial stressin dərinləşməsidir.

Ən təhlükəlisi qeyri-əxlaqi hərəkətlərin və məzmunların artıq küçədə yox, telefon ekranlarında, sosial şəbəkələrin çoxminli qruplarında, alqoritmlərin nüvəsində formalaşmasıdır. Dövlətə, ailəyə, müəllimə, şəhidlərin yüksək adına və Vətən müharibəsi qəhrəmanlarına deyil, qeyri-əxlaqi yollarla populyar olanlara pərəstiş və təbliğat trendə çevrilirsə, məsələ təkcə sosial yox, milli təhlükəsizlik mahiyyətilidir.

Ona görə də Fransa və Almaniya kimi ölkələrdə qeyri-etik, ləyaqətə toxunan və cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlərə görə hüquqi məsuliyyət tədbirləri tətbiq olunur, inzibati cərimələr və 3–5 ilədək azadlıqdan məhrumetmə cəzaları verilir”.

Komitə sədri layihəyə müsbət səs verməyə çağırıb.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü