Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Adil Qeybulla: “QİÇS-lə bağlı geniş informasiya yoxdur, ona görə də...”
QİÇS dünyanın bütün ölkələrində var və böyük sürətlə də artmaqda davam edir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabət elminin və səhiyyənin, o cümlədən də dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. Virus mənşəli infeksion xəstəlik olan QİÇS immun sistemin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir.
Xəstəliyin adı əslində HİV - Human İmmunodeficiency Virus, yəni İİV - İnsan İmmunÇatışmazlıq Virusudur. QİÇS isə bu infeksiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Xəstəlik 1981-ci ildə kaliforniyalı həkim Maykl Hotlib tərəfindən ABŞ-də homoseksuallar arasında aşkar olunub.
“Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək, 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır”.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov belə deyib. O bildirib ki, bu xəstəliyə yoluxanların 70%-i kişilər, 30%-i isə qadınlardır.
“İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir”, - deyə o bildirib.
İİV olan şəxslərin tibbi müayinəsinin anonimliyinə və konfidensiallığına təminat verilir, İİV-li insanın tibbi müayinəsinin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi, tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət olunması, tibbi müayinənin məlumatlandırılmış razılıq əsasında həyata keçirilməsi və xəstəliklə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə sisteminin təşkili, tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin edilməsini dəstəkləyən qanun yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə və zəruri qoruyucu vasitələrlə təmin edilməsini də təmin edir.
Bəs bu gün Azərbaycanda yoluxmanın əsas səbəbi hansıdır: cinsi yolla, narkotik istifadəsi, yoxsa tibbi təmaslar? Kişilərin yoluxma faizinin yüksək olması nəyin nəticəsidir? Media və sosial şəbəkələrdə maarifləndirici işlər yetərlidirmi? Hansı boşluqlar var?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, İİV virusu hansı ki QİÇS xəstəliyini yaradır - ötən əsrin 80-ci illərində "yaşıl meymunlar"dan insana keçdiyi ehtimal edilən, zoonoz mənşəli bir virusdur. Bu virus zamanla mutasiyaya uğrayaraq bir neçə variant formalaşdırıb və bu variantlar insanlarda müxtəlif klinik gedişli xəstəliklər törədir. İİV-in keçmə yolu insanın bioloji ifrazatları, xüsusilə qan vasitəsilə baş verir. Adətən virus doğuş zamanı şaquli yolla, yəni anadan uşağa keçə bilər. Bununla yanaşı, cinsi əlaqə zamanı, habelə sperma və digər bədən mayeləri vasitəsilə yoluxma mümkündür. Digər mühüm məqam tibbi prosedurlarda sterilizasiyanın düzgün aparılmamasıdır. Xüsusilə stomatoloji kabinetlərdə, ginekoloji otaqlarda və ümumiyyətlə, alətlərin tam steril edilmədiyi bütün tibbi müəssisələrdə virusun insana keçmə riski artır. Həmçinin qan köçürülməsi zamanı da təhlükə mövcuddur. Əgər yoluxmuş şəxsin qanı başqa insana köçürülərsə, virus birbaşa ötürülə bilər".
Professor qeyd edib ki, burada ən vacib məqam ondan ibarətdir ki, hətta analizdən keçirilmiş qan belə, müəyyən hallarda risk daşıya bilər: “Çünki İİV-yə yoluxmuş bir şəxs real olaraq yoluxdurucu olsa da, onun qanında anticisimlərin müəyyən olunması üçün təxminən 3 aya ehtiyac var. Bu "pəncərə dövrü" adlanır. Yəni şəxsin qanında virus artıq mövcuddur, lakin laboratoriya testləri hələ pozitiv nəticə göstərmir. Ona görə də qan köçürülməsi zamanı həm İİV, həm də hepatit kimi xəstəliklərin ötürülmə riski tamamilə istisna deyil. Bu, tibbin qəbul etdiyi elmi bir faktdır.
Digər tərəfdən, Azərbaycanda insanların genişmiqyaslı miqrasiya vəziyyətini də unutmamalıyıq. Qeyri-rəsmi mənbələrə görə, təxminən 3 milyona yaxın vətəndaşımız müxtəlif ölkələrdə xüsusilə Rusiyada, Belarus və Ukraynada çalışır və yaşayır. Bu ölkələrə gedib-gələn insanlarda həyat tərzinin dəyişməsi, müxtəlif sosial davranış formaları və riskli situasiyalarla qarşılaşma ehtimalı səbəbindən virusu əldə etmək və ölkəyə daşımaq riski yaranır. Bu da real statistik dinamikanın formalaşmasına təsir göstərən amillərdən biridir".
Adil Qeybulla bütün bu reallıqları nəzərə alaraq, insanları maksimum dərəcədə diqqətli olmağa çağırıb: “Maarifləndirmənin artırılması həyati əhəmiyyət kəsb edir. Hazırda QİÇS-lə bağlı geniş informasiya axını yoxdur, yalnız statistika şəklində ara-sıra məlumatlar verilir. Halbuki bu mövzuda mütəmadi, dolğun, elmi əsaslı və cəmiyyətə yönəlik maarifləndirici məlumatların təqdim olunmasına böyük ehtiyac var. İnsanlar məlumatlı olmalı və özlərini necə qorumalı olduqlarını bilməlidirlər”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü