Rusiyadan ilginc demarş - səfirliyimiz yaxınlığında raket bazası var?

Moskva Kiyevdəki diplomatik korpusumuza hücumun məsuliyyətini ABŞ-nin üstünə atır - Bakıdan reaksiya
Kiyevin raket zərbəsinə məruz qalması nəticəsində Ukraynadakı səfirliyimizə ziyan dəyməsinə Bakının haqlı reaksiyası Rusiyanın bir sıra media orqanları və ekspertləri tərəfindən yenə də yersiz qərəzlə qarşılanıb. Guya günahkar Ukraynanın hava hücumundan müdafiə sistemidir, Azərbaycan isə hadisəyə qədərindən artıq sərt reaksiya verib.
Qeyd edək ki, rəsmi Bakı verdiyi etiraz notasında iki dəfə səfirliyə hücumun, Xarkovda Fəxri Konsulluğa zərbənin, Odessada enerji obyektimizə hücumun artıq məqsədli şəkildə edildiyi haqda suallar yaratdığını elan edib. Duma üzvü Aleksey Çepa isə hücumun səfirliyi vurmaq məqsədi daşımadığını bildirib. TASS agentliyi isə yazıb ki, guya ABŞ-nin “Patriot” sistemi səfirliyi hədəf alıb. Yəni günahı ABŞ-nin üzərinə atır.
Öz növbəsində rusiyalı politoloq Nikolay Silayev bir az da qabağa gedərək iddia edib ki, səfirliyin yaxınlığında raket bazası yerləşir. “Xatırladığım qədər Azərbaycan səfirliyi əvvəllər heç vaxt zərbə almayıb (?! - red.). Yaxınlıqda raket zavodu var. Bəs indi bununla bağlı nə etməliyik? Azərbaycan səfirliyində heç kimin zərər görməməsi yaxşıdır. Bizimkilər buna görə əlbəttə ki, üzr istəyəcəklər. Yaxınlıqda hərbi obyektin olmasına görə kim günahkardı?” , - politoloq qeyd edib.
Onun sözlərinə görə, Ukraynadakı Azərbaycan səfirliyinin Moskva ilə Bakı arasında yeni gərginlik mərhələsinə səbəb olub-olmayacağı Bakıdan asılı olacaq: “Yayda Moskva ilə Bakı arasında gərginlik Azərbaycan rəhbərliyinin qərarı olduğu kimi, indi də elə olacaq. Əgər onlar belə bir gərginlikdə maraqlıdırlarsa, bu, baş verəcək. Rusiya qəsdən səfirliyi hədəfə alan ölkəyə oxşayırmı?”
Göründüyü kimi, Rusiya tərəfi yenə özündə günah axtarmağa tələsmir. Məsələ həm də ondadır ki, bu ilk belə hal deyil - hansı ki, Rusiyaya təqdim edilən notada da vurğulanıb. Bütün hallarda 1 nömrəli günahkar əlbəttə ki, suveren bir dövlətə qarşı 4 ildir işğalçı müharibə aparan Rusiya sayılmalıdır.
Rusiya bizdən nə istəyir? Düşənbə görüşü ilə problemlər həllini tapmadımı?
Səfirlik yaxınlığında raket bazası iddiası doğrumu? Elədirsə, baza sonradan tikilib, yoxsa?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə başlayandan indiyə qədər Azərbaycana məxsus müxtəlif obyektlərə Rusiyanın zərbələr endirməsi ilk dəfə deyil: “Bilirsiniz ki, bir müddət öncə Odessada SOCAR-ın obyektinə zərbə endirilmişdi. Mən əminəm ki, bu zərbələri Rusiya ordusu bilərəkdən endirir. Bu, əslində cinayətdir və bir sıra beynəlxalq konvensiyaların Rusiya tərəfindən pozulmasıdır. Azərbaycanın Kiyevdəki səfirliyində olmuşam. Ətrafda yaşayış massivi yerləşir. Səfirliyimizin yerləşdiyi istiqamətdə heç bir zavodun və raket bazasının olmadığına əminəm. Rusiya mediası və bəzi rus siyasi ekspertlər açıq-aşkar yalan yazırlar və bununla Rusiyanın törətdiyi cinayət hərəkətinin üstünü örtməyə, həmçinin özlərinə haqq qazandırmağa çalışırlar. Azərbaycan səfirliyinə yaxın ərazidə rusların dediyi obyektlər yoxdur”.
Polkovnik qeyd etdi ki, səfirliyimizə qarşı məlum hadisə Rusiyanın hələ də Azərbaycana münasibətində xoflu yanaşmanın olduğunu göstərdi: “Düşənbə görüşü uzun müddət sonra reallaşmış müsbət hadisə olsa da, belə görünür ki, heç də hər şey o görüşdə həllini tapmayıb. Bunun da günahkarı yenə Rusiya tərəfidir. Rusiyadakı bir sıra dairələr Azərbaycandan əl çəkmirlər, hər fürsətdə Azərbaycana qarşı nə isə etməyə çalışırlar. Kiyevdəki səfirliyimizin yaxınlığına raket zərbəsi endirilməsində məqsəd həm də elə məhz səfirliyə ziyan vurulması olub. Bununla öz aləmlərində Azərbaycana təzyiq edirlər. O raket təadüfən həmin nöqtəyə düşməyib. Bəzi rus ekspertlər o dərəcədə absurda varırlar az qala deyəcəklər ki, raketi Ukrayna ordusu atıb. Yaşayış binalarına, uşaq bağçalarına raket zərbəsi endirən bir dövlətin ordusundan da, siyasi, hərbi ekspertlərindən də hər cür absurd gözləniləndir. Müharibə qanunlarına məhəl qoymurlar, bütün humanitar normaları pozurlar və faktiki olaraq dörd ilə yaxındır müharibə cinayəti həyata keçirirlər. Utanıb-çəkinmədən də başqalarını günahlandırırlar”.
R.Məhərrəmov hesab edir ki, Rusiyanın gələcəkdə Azərbaycanın Ukrayna ərazisində olan diplomatik nümayəndəliklərinə, digər obyektlərinə zərbələr endirəcəyi istisna deyil: “Belə görünür ki, onlardan hər cür qanun-qayda gözləməyən hərəkət gözləniləndir”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü