Tərkibində dərman aşkarlandı... - energetik içkilər haqda bir daha
Ekspert: "Kiçiklərə və xəstələrə mənfi təsir edən bir məhsul sağlam adamlara necə müsbət təsir edə bilər?"
Türkiyədən Azərbaycana idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan sildenafil maddəsi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Bəs başqa energetik içkilər nə dərəcədə təhlükəsizdir? Ümumiyyətlə, belə içkilər kimlərə olmaz?
Son vaxtlar energetik içkilərin istifadəsi xüsusilə gənclər arasında artıb. Lakin bəzi hallarda bu cür məhsulların tərkibində sağlamlıq üçün təhlükəli maddələr aşkarlanır. Mütəxəssislərə görə, energetik içkilərin təhlükəsizliyi onların tərkibindən, qəbul miqdarından və içəni şəxsin sağlamlıq vəziyyətindən asılıdır. Bu içkilərin tərkibində adətən kofein, taurin, B qrupu vitaminləri və şəkər olur. Kofein əsas stimullaşdırıcı maddədir və artıq miqdarda qəbul edildikdə ürək döyüntülərinin artmasına, təzyiqin yüksəlməsinə və əsəb gərginliyinə səbəb ola bilər. Əgər bu maddələr lazım olan miqdarda istifadə olunub və məhsul qida təhlükəsizliyi testlərindən keçibsə, belə içkilər nisbətən təhlükəsiz sayılır. Lakin bəzi hallarda istehsalçılar məhsula icazəsiz stimullaşdırıcı və ya dərman maddələri əlavə edir ki, bu da ciddi sağlamlıq riski yaradır.
Energetik içkiləri uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar, ürək-damar, qaraciyər, böyrək və mədə-bağırsaq xəstəlikləri olan şəxslər içməməlidirlər. Həmçinin narahatlıq, panik atak və yuxusuzluqdan əziyyət çəkənlər üçün də bu içkilər zərərlidir. Spirtli içkilərlə birlikdə energetik içki içmək xüsusilə təhlükəlidir, çünki kofein spirtin təsirini azaldır və zəhərlənmə riskini artırır.
Energetik içkiləri təhlükəsiz qəbul etmək üçün gündə maksimum bir qutu içmək, eyni gündə qəhvə və digər kofeinli içkilərlə birlikdə istifadə etməmək, idmandan əvvəl və ya sonra içməmək tövsiyə olunur. Tərkibində mənşəyi bilinməyən və ya dərman kimi səslənən maddələr olan məhsullardan uzaq durmaq, yalnız rəsmi idxal icazəsi və etiket məlumatı olan içkiləri seçmək vacibdir. Energetik içkilər bəzən diqqəti artırmaq və yorğunluğu azaltmaq məqsədilə istifadə olunsa da, onların nəzarətsiz və mütəmadi istifadəsi sağlamlığa ciddi zərər verə bilər.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İçkilərin etiketində hər şey açıq şəkildə yazılıb. Əslində istehsalçılar özləri etiraf edirlər ki, bu məhsullar zəif adamlara, xəstələrə və kiçik yaşlı uşaqlara zərər verir. Bəs haradadır o məntiq ki, kiçiklərə və xəstələrə mənfi təsir göstərən bir məhsul sağlam adamlara müsbət təsir göstərə bilər? Hər şey elə etiketdə aydın şəkildə qeyd olunur.
Lakin Qida Təhlükəsizliyi Agentliyi bu sahədə çox vacib bir iş görüb. Belə ki, bir müddət əvvəl enerji içkilərinin - həm yerli istehsal, həm də idxal olunan məhsulların - tərkibindəki öyrəşdirici maddələrin miqdarını minimuma endirən standart qəbul edilib. Hazırda həmin standart əsasında istehsal və idxal həyata keçirilir. Bu, çox müsbət addımdır. O dövrlərdə aşkarlanan təhlükəli və yararsız məhsullar, xüsusilə Türkiyədən gətirilən müəyyən partiyalar satışdan çıxarılıb və məhv edilib. Bu, həm istehlakçıların sağlamlığı, həm də bazarın təhlükəsizliyi baxımından vacib tədbir idi".
Ekspert qeyd edir ki, hazırda gələcək partiyaların Azərbaycana idxalı ilə bağlı dəqiq məlumat yoxdur: “Buna görə də istehlakçılar tərəfindən qəti fikir söyləmək doğru olmaz, çünki bazar təklif və tələbat prinsipi ilə işləyir. Bu vəziyyətdə bəzi məhsulların qiymətləri də arta bilər. Lakin əsas məsələ məktəblər, valideynlər və ailələrin bu istiqamətdə birgə fəaliyyət göstərməsidir. Onlar uşaqların belə içkilərdən mümkün qədər uzaq qalmasına çalışmalıdırlar. Biz də bu mövzuda maarifləndirmə işləri aparırıq və gənclərin sağlam seçim etməsinə dəstək veririk”.
Son illərdə bir çox ölkələrdə energetik içkilərin istifadəsi ilə bağlı narahatlıqlar artdığı üçün onların satışı və reklamına müxtəlif məhdudiyyətlər qoyulub. Bu qərarların əsas səbəbi gənclər arasında bu içkilərin geniş yayılması və sağlamlığa mənfi təsir riskinin artmasıdır. Bəzi ölkələr energetik içkilərin satışını tam qadağan etməsə də, yaş məhdudiyyəti tətbiq edib. Məsələn, Litvada 2014-cü ildən etibarən 18 yaşdan aşağı şəxslərə energetik içkilərin satışı qadağandır. Latviyada da 2016-cı ildən eyni məhdudiyyət qüvvədədir və tərkibində kofein, taurin və digər stimullaşdırıcı maddələr olan içkilər yalnız böyüklərə satıla bilər. Qazaxıstanda 2025-ci ildən energetik içkilərin 21 yaşdan aşağı şəxslərə satışı qadağan edilib. Bu qərar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanaraq qəbul olunub və ölkədə gənclərin sağlamlığını qorumaq məqsədi daşıyır. Qırğızıstanda energetik içkilərin satışı tam qadağan edilməsə də, onların reklamı məhdudlaşdırılıb.
Macarıstanda da 2025-ci ildə qəbul edilən qanunla 18 yaşdan kiçik şəxslərə energetik içkilərin satışı qadağan edilib. Bu addım da ictimai sağlamlığın qorunması və uşaqların bu cür stimullaşdırıcı içkilərdən uzaq tutulması məqsədi daşıyır.
Yəni, bir çox ölkə energetik içkiləri tam qadağan etməsə də, onların satışına və reklamına ciddi nəzarət mexanizmləri tətbiq edib. Bu məhdudiyyətlər əsasən gənclərin sağlamlığını qorumağa və bu məhsulların nəzarətsiz istifadəsinin qarşısını almağa yönəlib.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü