Azad Qarabağda erməninin iki təhlükəli “mirası”

İşğalçı qüvvələrin basdırdıqları silah-sursat və minalar hələ də çətinliklər yaratmaqdadır
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Bundan əvvəl isə Xankəndidə erməniəsilli sakin gizlədiyi yerdən silah götürərək cinayətə əl atıb.
Görünən budur ki, antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah olunsa da, onlardan qalan “miras” var. İşğalçı qüvvələrin qoyduğu digər bir “iz” isə mina problemidir. Bu gün erməni silahlı dəstələri ərazilərimizdə olmasa da, onların basdırdıqları silah-sursat və minalar hələ də çətinliklər yaratmaqdadır.
Deməli, hələ uzun müddət Qarabağda təmizləmə işləri aparmaq lazım gələcək. Həmçinin bəlli olur ki, xeyli silah-sursat hələ də ərazilərimizdə qalıb. Doğrudur, hüquq-mühafizə orqanları hərtərəfli iş aparır, amma ermənilər bu coğrafiyanı yaxşı tanıyırlar, 30 ildən çox bu torpaqlara, meşələrə, dağlara nəzarət edə bilməmişik, bu da nəticədə ağıla gəlməyən yerlərdə silah-sursat gizlədilməsinə səbəb olur.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyb ki, azad Qarabağ torpaqlarında erməni işğalçı qüvvələrinin qoyduğu izlər - aşkar olunan külli miqdarda silah-sursat bir daha təsdiqləyir ki, işğal dönəmində basdırılmış silahlar hələ də ölkəmiz üçün real təhlükə yaradır: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu sursatların yerləşdirilməsi xüsusi olaraq seçilmiş nöqtələrdədir. İşğalçılar 30 il boyunca bu əraziləri tanıyıb və hər bir dağlıq, meşəlik sahəni öz təhlükəli arsenallarını gizlətmək üçün istifadə ediblər. Bu o deməkdir ki, aşkar edilən silahlar yalnız fiziki təhlükə yaratmır, həm də potensial terror və cinayət hadisələrinin mənbəyi ola bilər. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar isə uzunmüddətli təhlükədir. Minalanmış ərazilərin xəritəsi tam dəqiqliklə məlum deyil və bu, həm hərbi əməliyyatlar, həm də humanitar minatəmizləmə işlərini çətinləşdirir. Minatəmizləmə yalnız texniki proses deyil, strateji təhlükəsizliyin təminatıdır. Həmçinin Xankəndidə aşkar edilmiş gizli silahın cinayətə səbəb olması göstərir ki, erməni tərəfi hələ də regionun destabilizasiyasını planlaşdırır. Bu vəziyyət hüquq-mühafizə orqanlarının əməliyyatlarının davamlı və sistemli olmasının vacibliyini ortaya qoyur. Qarabağda təhlükəsizlik yalnız hərbi mövcudluğun aradan qaldırılması ilə deyil, həm də erməninin qoyduğu silah-sursat və minaların tam təmizlənməsi ilə təmin edilə bilər. Bu isə uzunmüddətli, planlı və koordinasiyalı hərbi-hüquqi fəaliyyət tələb edir. Azərbaycanın hazırkı əməliyyatları bu prosesin yalnız ilkin mərhələsidir və qarşıda hələ ciddi təhlükəsizlik çağırışları mövcuddur. Bu, təkcə antiterror əməliyyatlarının nəticəsi deyil, həm də Ermənistanın uzun illər boyu torpaqlarımızda gizlədilmiş və məqsədli şəkildə yerləşdirilmiş "mirasının" açıq göstəricisidir. Xankəndidə bir erməni sakinin gizlətdiyi silahla cinayət törətməsi isə məsələnin nə qədər həssas olduğunu ortaya qoyur. Bundan əlavə, işğalçı qüvvələrin basdırdığı minalar da hələ uzun müddət bölgədə təhlükə mənbəyi olaraq qalacaq. Bu isə təkcə təhlükəsizlik problemi deyil, həm də minatəmizləmə əməliyyatlarının nə qədər çətin və genişmiqyaslı olacağını göstərir. 30 ildən artıq işğal altında qalan bu torpaqlarda, dağlarda, meşələrdə gizlədilmiş silah və partlayıcı maddələrin tam şəkildə aşkarlanması və təmizlənməsi asan olmayacaq".
Natiq Ələsgərov deyib ki, Qarabağda düşmənin izlərinin aradan qaldırılması uzunmüddətli və planlı bir prosesdir: “Hüquq-mühafizə orqanlarının əməliyyatları mütəmadi davam edir, amma qarşıda həm humanitar, həm də təhlükəsizlik baxımından hələ böyük işlər durur. İşğalın ağır mirasları olan silah-sursat və minalar Azərbaycan üçün hələ uzun müddət ciddi çağırış olacaq”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü