Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında
Hadise
Oxunub: 241
12 in 2025 | 10:53
Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında


Ermənistanın baş prokuroru spikerdən keçmiş müdafiə naziri Seyran Ohanyanın qandallanmasına razılıq verməyi xahiş edib; onu dəmir barmaqlıqlar arxasında görmək xoş mənzərə olacaq...

Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyandan “Hayastan” deputat fraksiyasının rəhbəri, Xocalı canilərindən olan Seyran Ohanyan və deputat Artsvik Minasyana qarşı cinayət işinin başlanmasına razılıq verməyi xahiş edib.

Erməni mediasının yazdığına görə, cinayət işi 2010-2015-ci illərdə Sevan Milli Parkına məxsus Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir. Ohanyan müdafiə naziri işləyərkən bu torpağı mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur. Artsik Minasyan isə 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət verilməsi üçün heç bir tədbir görməyib. Üstəlik, cinayəti gizlətmək üçün bəzi sənədləri saxtalaşdıraraq Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verib.

Seyran Ohanyan baş nazir Nikol Paşinyana impiçment elan edəcəyinə söz verib və bu yöndə aktiv çalışır. Artıq Alen Simonyan baş prokurorun xahişinin təmin ediləcəyini bildirib. Təəssüf ki, həbs hədəsi Ohanyanın Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı deyil. Onun həbsi isə parlamentin radikal müxalifətdən olan üzvlərinin sayını daha da azaldacaq ki, bu da impiçment prosedurunu daha əlçatmaz edəcək.

Bəs Ohanyanın mandatından məhrum edilərək həbsə atılması ehtimalı nə qədərdir?

Ohanyan o hərbi canidir ki, Xocalı genosidinin törədilməsində iştirak edib. Həmçinin Qarabağ işğal altında olduğu dövrdə “Ohanyan xətti” deyilən təmas bölgəsi yaradılmışdı. 44 günlük müharibədə isə qəhrəman Azərbaycan əsgərləri “Ohanyan xətti”ni darmadağın etdilər. Könül istərdi ki, bu hərbi cani də Bakıda mühakimə edilsin. Onun yeri Araik Aryutyunyanın, Ruben Vardanyanın, Bako Saakyanın yanıdır. Bununla belə, Ermənistan prokurorluğu onun saxlanması üçün sanksiya verərsə, bütün hallarda onu dəmir barmaqlıqlar arxasında görmək xoş mənzərə olacaq.

Onu da demək lazımdır ki, Ermənistanda iqtidarla revanşistlərin qarşıdurması böyüyür. Hakimiyyət həm kilsə, həm keçmiş “Qarabağ klanı” ilə döyüşməkdədir. Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyət “ayaq altındakı daşları yığışdırır”. Onları istintaq altında saxlamaqla siyasi cəhətdən zərərsizləşdirir. Belələrindən biri də parlamentdə davamlı olaraq hürən Ohanyandır ki, həbsin bir addımlığındadır.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan tərəfindən Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, Xocalı canilərindən Köçəryan və Sərkisyan da məsuliyyətə cəlb olunmalıdır: “Belə desək, "Ohanyan xətti" məhv edilib, qalır ohanyanların həbsini həyata keçirmək. Hazırda Ermənistanın onları Azərbaycana verməsi real görünmür. Amma ən azından orada cəza çəkmələri lazımdır. Ohanyanın barəsində ittihama gəlincə, torpaq mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur. Yəni burada korrupsiya faktından söhbət gedir. Onun mandatdan məhrum edilərək həbs olunması istisna edilmir. Amma həbs-qətimkan tədbiri seçilmədən də istintaqa cəlb olunması, sonra işin məhkəməyə verilməsi mümkündür. Bu zaman da Ohanyan tez-tez ifadə verməyə çağırılacaq. Fikrimcə, məqsəd onu təzyiq altında saxlamaqdır. Ümumiyyətlə, Ohanyan parlamentdə olduqca aqressivdir, hökuməti ittiham edir. Odur ki, onun ifşası davam etdirilir. Əgər baş pokuror spikerdən bu xahişi edibsə, reallaşması an məsələsidir".

Hüquq müdafiəçisi qeyd edib ki, Ohanyan korrupsiya əməllərindən daha ağır cinayətlər törədib: “Onun Azərbaycanda törətdiyi qırğınlar, hərbi cinayətlər əsasında istintaq aparılması daha ədalətli olardı. İstənilən halda, Ohanyan kimilərin "kitabı bağlanıb". Azərbaycan Ordusu onun səddini məhv elədi, özü də bu mənzərənin şahidi oldu, Ermənistanda isə siyasi meyitə çevrilib, heç bir nüfuzu yoxdur, indi də məhkəmə və istintaq qapılarında qalacaq. Bu qüvvələr tamamilə bitib".

Qeyd edək ki, Seyran Ohanyan 1962-ci il, iyulun 1-də Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində (bəzi mənbələrə görə, Daşaltı kəndində) anadan olub. Onun atasının azərbaycanlı Surxay Mədətov olduğu bilinən faktdır. Amma rəsmi məlumatlarda deyilir ki, atası olmuş Muştaq adlı erməni Ermənistanda - Gorusda anadan olub.

Surxay Mədətovla erməni Aida Ohanyan Şuşadakı təhsil müəssisələrindən birində tanış olublar. 1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası arvadının pozğunluğuna görə Şuşa bazarında onun üzünə kislota atıb. Lakin ölməyib, müalicə olunub sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 illik həbsdən çıxandan sonra vərəm xəstəliyindən ölüb. Seyran Ohanyanın bacısı da Şuşada doğulub, Bakıda yaşayıb və məlum hadisələr başlayanda Moskvaya köç edib.

Ohanyan 1969-1979-cu illərdə Şuşada 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub. Ohanyan Bakıda hərbi təhsil aldığı illərdə erməni həkim qadınla evlənib. Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Sonra Xankəndidəki 366-cı motoatıcı alayda bölük komandiri təyinatı alıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. 1992-ci ilin sentyabrında Xocavənd döyüşlərində ağır yaralanıb, ayağının birini itirib.

O, Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində Sərkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-cı ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü