Ölkəmizdə ən çox siqaret çəkən bölgə bilindi - səbəb
Sosioloq: “Çox vaxt insanlar siqaretin yaratdığı maddi və mənəvi zərərləri düzgün qiymətləndirmirlər”
Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda - Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.
Rəsmi məlumata görə, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir.
Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,3%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 3 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 5,3 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,5%-nə bərabərdir.
Qeyd edək ki, Azərbaycanda Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub. Oraların deputatlarından biri ilə danışmaq. Hesabla bu rayonlar təsərrüfatla məşğul olurlar. Siqaret çəkməyə çox vaxt olmamalıdır və s.
Araşdırmaçı, sosioloq Məhbubə Mehdiyeva “Yeni Müsavat”a şərhində təsdiq etdi ki, Şirvan iqtisadi rayonunda - Ağsu, İsmayıllı, Qobustan və Şamaxı kimi ərazilərdə siqaret istifadəsinə maraq böyükdür. O qeyd etdi ki, rəsmi rəqəmlər bu bölgədəki insanların siqaretə çox pul xərclədiyini göstərir: “Bəzi yerlərdə isə bir çox adam gündə üç qutu siqaret çəkir. Bu həm sağlamlıq, həm də maliyyə baxımından çox ciddi problemlər yaradır. Bu ərazilərdə siqaret yalnız bir vərdiş deyil, həm də sosial və psixoloji funksiyalara malikdir. İnsanlar siqareti bir çox hallarda rahatlıq, sakitlik, və ya sosial mühit yaratmaq üçün çəkirlər. Bu, kənd həyatında siqaret bəzən kişinin gücünü və "yetkinliyini" simvolizə edir. İnsanlar əsasən fiziki əmək və kənd təsərrüfatı ilə məşğuldurlar. Bu isə həm fiziki, həm də emosional yorğunluğa səbəb olur. Siqaret, adətən, bu yorğunluğun və stressin aradan qaldırılması üçün bir vasitə kimi istifadə edilir. Təəssüf ki, bu bölgələrdə insanların asudə vaxtını yaxşı şəkildə keçirmələri üçün lazımi imkanlar azdır. Kitabxana, idman zalı və ya psixoloji dəstək kimi fəaliyyətlər çox məhduddur. Bu da insanların boş vaxtlarını siqaretlə doldurmasına səbəb olur. Maariflənmə də hələ ki çox zəifdir. Çox vaxt insanlar siqaretin yaratdığı maddi və mənəvi zərərləri düzgün qiymətləndirmirlər. Bir çox ailənin büdcəsi üçün çox əhəmiyyətli olan bu xərc, uzunmüddətli yoxsulluq və iqtisadi sıxıntılarla nəticələnə bilər. Psixoloji amillər də nəzərə alınmalıdır. Uşaqlıqda yaşanan travmalar, ailədaxili problemlər və ümumi həyatla bağlı məyusluqlar siqaretə olan marağı artırır. Siqaret burada sadəcə nikotin deyil, həm də bir növ “emosional dəstək” funksiyasını yerinə yetirir".
Psixiatr-narkoloq, psixiatrik və narkoloji klinikanın rəhbəri Ruslan İsayev bu günlərdə bildirib ki, siqareti tərgitmək üçün ən effektiv üsul psixoterapiya və medikamentoz (dərmanla) dəstəyin birgə tətbiqidir. Ekspertin sözlərinə görə, siqaretdən imtina edən şəxs təkcə nikotinə olan fiziki asılılıqla deyil, eyni zamanda gündəlik həyatına inteqrasiya olunmuş emosional və davranış modelləri ilə də üzləşir: “Buna görə də təkcə, nikotin əvəzedici vasitələrlə-məsələn, saqqız və ya elektron siqaretlə mübarizə aparmaq adətən uzunmüddətli nəticə vermir.
Siqareti atmaq birdəfəlik qərar deyil, bu bir prosesdir.
Ən düzgün yol həkimə müraciət etməkdir, çünki yalnız mütəxəssis uyğun dərman müalicəsini təyin edə və psixoloji dəstək göstərə bilər. Nikotin əvəzedici terapiyaya plastırlar, saqqızlar, inhalyatorlar və xüsusi tabletlər daxildir. Bu vasitələr nikotindən imtina zamanı ortaya çıxan “lomka” simptomlarını (yəni çəkilmə sindromunu) azaltmağa kömək edir. Lakin bu vasitələrin dozası və istifadəsi fərdi olmalıdır. Özbaşına istifadə halları ya dozanın artıq olması, ya da effektin olmaması ilə nəticələnə bilər".
R.İsayev qeyd edib ki, eyni zamanda həkim tərəfindən yüngül antidepresantlar və ya sakitləşdirici dərmanlar da təyin oluna bilər, bu da keçid dövrünü daha asan keçməyə yardım edir: “Lakin hətta ən düzgün seçilmiş dərmanlar belə psixoloji asılılıqla iş aparılmadıqda kifayət etmir. Bu səbəbdən psixoterapiya ilə yanaşı tətbiq edilməlidir. Qeyd edək ki, son araşdırmalar elektron siqaretlərin düşündüyümüzdən daha təhlükəli olduğunu göstərib. 250 min nəfərin iştirak etdiyi genişmiqyaslı tədqiqat veyplərlə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) arasında birbaşa əlaqə olduğunu ortaya çıxarıb”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü