QANLI YANVAR QIRĞINI

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 34 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız dinc sakini yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlara baxmayaraq qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi, əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü.
XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət də var. Qanlı hadisələrdən 34 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Qara Yanvar hadisələri yenidənqurma dövründə, uydurulmuş Dağlıq Qarabağ münaqişəsi fonunda baş verdi. SSRİ-nin süqutu zamanı Azərbaycan ərazilərinin işğalı ilə bağlı öz çirkin planlarını həyata keçirməyə çalışan radikal erməni millətçiləri marionet Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyindən öz məqsədləri üçün alət kimi məharətlə yararlandılar. Bu məqsədlə erməni planlarının həyata keçirilməsinə mane olan Ulu Öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Sovet rejimi M.Qorbaçovun əli ilə böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaqla erməni separatizminin yolunu açdı və erməni lobbisinin planlarına göz yumdu.
Təbii ki, 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi.
Xalqın qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün böyük faciəyə çevrildi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər.
Günahsız insanların böyük itkilərə və məhvinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan xalqının döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi. Bu qanlı faciəyə ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Xalqına sevgisini növbəti dəfə nümayiş etdirən Heydər Əliyev həyatını riskə ataraq nümunə sərgilədi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etdi. Ulu Öndər baş verənləri qanunsuz, demokratiyaya yad, ölkədə humanizm, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hesab edərək blokadaya məqsədli şəkildə salınmış Azərbaycanın səsini dünyaya çatdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü il mart ayının 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Həmin qanlı hadisədən 34 il ötür. Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər.
Həmin ağrılı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi qədirbilənliklə yad edirik.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü