Saxta diplomlu “pendir kralı” Ağdam icra hakimiyyətinə birinci müavin gətirilir?-İDDİA
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevin yaxın günlərdə yaş senzinə görə vəzifəsindən ayrılması gözlənilir.
Redaksiyamıza daxil olan məlumata görə vəzifədən getməyə hazırlaşan “qocaman” məmur yerinə oğlunu təyin etdirməyə çalışır və bunun üçün ən yüksək səviyyədə qapıları döyməyə başlayıb.
Qeyd edək ki, Allahverən Əliyev uzun müddətdir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP rayon təşkilatının sədri vəzifələrində çalışır.
Dövlət qulluğunda çalışdığı illərdə isə özünə topdağıtmaz sərvət toplayıb. Belə ki, Ağdamdan saytımıza verilən və bir çox mənbələrdən təsdiqlənmiş məlumata görə Allahverən Əliyevin paytaxtda və rayonda çoxsaylı mülklərə sahibdir. Ağdamda isə onun obyektləri saymaqla bitmir. “Vergi ərazisi” deyilən məntəqədə yüz hektarlarla torpaq sahələrini ələ keçirən məmur həmçinin doğulduğu Çəmənli kəndində də özünə böyük heyvandarlıq təsərrüfatı yaradıb. Çəmənli kəndinin ətrafında da böyük torpaq sahələrini zəbt edən Allahverən Əliyevin əsas biznes sahəsi isə pendir istehsalıdır. Onun Çəmənli kəndində yerləşən pendir sexi isə uzun illərdir ki, kənd sakinlərinin əsas probleminə çevrilib. Bu sexin çirkab suları kəndin ortasına axıdılır və yaranan üfunət iyindən sakinlərin də həyatı cəhənnəmə çevrilib.
Məlumatda bildirilir ki, Allahverən Əliyevin Çəmənli kəndində yaradığı və uzun illərdir ki, çəkilməyən üfunətlə bağlı sakinlər dəfələrlə müxtəlif qurumlara şikayət ediblər və bu şikayətlər hələ də davam etməkdədir. Lakin bütün şikayətlər fırlanıb icra bacısının birinci müavinin üstünə gəldiyinə görə problemin həlli imkansız olub. Üfunəti ortadan qaldırmaq və pendir sexi üçün kanalizasiya sistemi qurmaq isə əlavə xərc olduğuna Allahverən Əliyevin ağlının ucundan belə keçmir.
Bundan başqa məlumata görə Allahverən Əliyevin Ağdamın inzibati mərkəzi olan Quzanlı qəsəbəsində çoxsaylı obyektlərinin, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dükanları və topdansatış məntəqələri var. Quzanlıdakı daş bazrı da icra bacısının birinci müavininə aiddir.
Hazırda yaş senzi ilə bağlı vəzifəsi ilə vidalaşmaq ərəfəsində olan Allahverən Əliyev Ağdamdakı biznesini və sərvətini qoruyub inkişaf etdirmək üçün oğlu Sahil Əlirevi yerinə təyin etdirməyə cəhd edir. Sahil Əliyev hazırda Ağdamda ailəsinə aid olan çox saylı biznes obyektlərini, o cümlədən Çəmənli kəndindəki pendir sexini idarə edən Sahil Əliyev rayonda “pendir kralı” olaraq tanınır. Əslində isə ağdamlılar bu ayamanı ata-oğul Əliyevlərin ikisinə də şamil edirlər.
Sahil Əliyevin isə çox maraqlı həyat tarixçəsi var. O, Mingəçevirdə adı olub özü olmayan, bir müddət Azərbaycanda “saxta diplomlar fabriki” olaraq bilinən San-Marino universitetini bitirib. Atasının sayəsin də Ağdamda müxtəlif vəsifələrdə adı gedib. Özü isə Çəmənlidə pendir istehsalı ilə məşğul olub. Çoxsaylı dövlət qurumlarında “çalışan” Sahil Əliyevi isə həmin qurumlarda görən olmayıb. Sahil Əliyev bir müddət də Ağdam Ekologiya idarəsində “çalışıb” və ETSN-nin apardığı araşdırma nəticəsində diplomunun saxta olduğu aşkarlanıb və buna görə də “işdən” azad olunub.
Lakin saxta diploma sahib olması onun Prezident yanında İdarəçilik Akademiyasına daxil olnmasına mane olmayıb. Atasının əlaqələri səyəsində hazırda Prezident yanında İdarəçilik Akademiyasında oxuyan Sahil Əliyev bir neçə il əvvəl Ağdamda “Piaqro” MMC-nin pambıq məntəqəsində müdir olaraq çalışmağa başlayıb. Pambıq məntəqəsində aparılan yoxlama zamanı isə 350 000 manat çatımamazlıq, yəni yeyinti aşkarlanıb. Yenə də atasının əlaqələri sayəsində qalmaqal ört-basdır edilib və Sahil Əliyev çatışmayan 350 000 manatı “Piaqro” MMC-yə ödəyərək işdən ayrılıb.
Bundan sora isə Allahverən Əliyev oğlunu 119 saylı Ağdam rayon kənd seçki dairəsinə sədir təyin etdirib. Hazırda da seçki dairəsinə rəhbərlik edən Sahil Əliyev, yenə də pendir istehsal edib satmaqla məşğuldur. Həmçinin ailəsinin Ağdamdakı biznes sahələrini də idarə etməkdədir.
Yaxın günlərdə isə Ağdamın “pendir kralı”nın Ağdam rayon İcra Hakimiyyətinin birinci müavin vəzifəsinə təyinat alması istisna olunmur.(AzFakt.com)
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər