Ağstafanın icra başçısı Seymur Orucov haralardadır..? - Gənc icra başçısı qəribə vərdişlərindən əl çəkə bilmir…
Sözün düzü, yaşlı insanların vəzifədən uzaqlaşdırılması və gənclərin vəzifələrə təyin edilməsi bir ictimai sifariş idi.
Cəmiyyətimiz elə bilirdi ki, cavanları vəzifəyə təyin etməklə, möcüzə baş verəcək, islahat-filan...
Bir məsələni anlamaq lazımdır ki, rəhbər vəifəyə təyin olunmaq üçün xeyli yol keçməlisən, idarəetmə təcrübəsi əldə etməlisən və s.
Biz gənclərin vəzifələrə təyin olunmasının əleyhinə deyilik, amma yaşa görə kimlərisə vəzifəsindən çıxarıb, yerinə adi idarəetmə təcrübəsi olmayan gənc adamı təyin etmək də effekt vermir.
Yəni kadr təyinatında ancaq yaşa önəm vermək olmaz.
Amma hər halda atalar demişkən, ya zəlzələdən, ya da vəlvələdən son illər xeyli sayda gənclər mühüm dövlət vəzifələrinə təyin olunublar.
Onlardan biri də Ağstafanın gənc, 35 yaşlı icra başçısı Seymur Orucovdur.
Qısa məlumat üçün qeyd edək ki, 2019-cu ildə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olundu. Və 9 il həbs cəzası alan sabiq icra başçısı həbsxanada vəfat etdi.
Və həmin vaxt , yəni 3 il əvvəl Seymur Orucov Ağstafaya icra başçısı təyin olundu.
Gəlin, görək, 35 yaşlı Seymur Orucovun hansı təcrübəsi var idi..?
Bəli, Seymur Orucov keçmiş millət vəkili, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımla nişanlı olduğu üçün universiteti bitirən kimi oldu prorektor, özü də təlim-tərbiyə üzrə.
İndi özünüz fikirləşin, qaynata rektor, kürəkən prorektor…
Bunun harası oldu karyera, uğur, idarəetmə…
Onu da qeyd edək ki, Seymur Orucov həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin doğmaca bacısı oğludur.
Nəzərə alsaq ki, Səttar Möhbalıyev də Prezidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....
Deməli, konkret olaraq Seymur Orucovun icra başçısı təyinatının onun ağlına, savadına dəxli yoxdur. Sadəcə, 2-3 mühüm şəxsin yaxın qohumudur.
Hələ bu harasıdır..?
Seymur Orucovun qaynanası Zemfira Hacıyeva da Ramiz Mehdiyevin hesabına Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktoru işləyirdi.
Hələ bu harasıdır ? Zemfira xanım həm də AMEA Ekspert Yoxlama Komissiyasının sədridir.
Yəni 35 yaşlı Seymur Orucov elə-belə gəlib icra başçısı olmayıb.
Seymur Orucovun tərcümeyi-halı ilə bağlı uzun-uzadı yazıb oxucunu yormaq istəmirik.
İndi görək, cavan icra başçısının həyat yoldaşı Çeşmi xanımın sorağı haralardan gəlir..?
Çeşmi xanımın adı mətbuatda ilk dəfə “Azəriqaza” 115 min manat borcu olması ilə bağlı hallanıb.
Bəli, Çeşmi xanım həm də iş adamıdır, sahibkardır, xiyar, pomidor “parnikləri” var.
Və Azəriqaza olan 115 min manatı vermək istəmirdi. Adı mediada hallanan kimi borcunun bir hissəsini ödədi.
Çeşmi xanım həm də Maştağada uşaq bağçasının müdirəsidr və işə 350 min manat dəyəri olan avtomobillə gedib-gəlir.
Bir soruşan yoxdur ki, gənc icra başçısı həyat yoldaşına 350 min manat dəyərində avtomobili necə alıb..?
Soruşan yoxdur ki, vətəndaşın 3 manat borcu olanda qazını kəsirsiniz, bəs Çeşmi xanımın 115 min borcunu niyə vaxtında tələb etməmisiniz..?
Hələ Çeşmi xanımın təzə vəzifəsindən danışmırıq….
Bəli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə multikultiralizm üzrə müşavir təyin edib.
Bir sözlə, xiyar, pomidor “parniki”, uşaq bağçası, müşavir-filan…
Gənc icra başçısı da rayonda heç kimi tanımır, özünün də təcrübəsi yox və məcbur olur mərhum icra başçısı Nizaməddin Quliyevin rüşüvətxor kadrları ilə baş-başa verib dövlətin ayırdığı vəsaitləri öz yaxınlarının şirkətinə ötürür, saxta tenderlərdə onları qalib elan edir. Bəli, Seymur Orucov da Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.
Bütün bunları harasa yazmaq olardı, amma gənc icra başçısının qəribə vərdişləri rayonda lap lətifə mövzusuna çevrilib. Bəzi nüansları nəzərə alaraq bu mövzunun üzərinə getmək istəmirik.
Atalar demişkən, Seymura bir işarə də bəs edər…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər