Başçı ilə müavini İsmayıllını BÖLƏ BİLMİRLƏR... - İLGİNC İDDİALAR...
Gundem / Bolge / Maraqli
Oxunub: 959
28 may 2022 | 21:18
Başçı ilə müavini İsmayıllını BÖLƏ BİLMİRLƏR... - İLGİNC İDDİALAR...


Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi. Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən Sərəncam imzalayıb… Və bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapıb.

Beləliklə, Şəki İnzibati Məhkəməsi 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə olan Sərəncamını ləğv etdi və bununla da həmin Sərəncam hüquqi qüvvəsini itirmiş oldu.

***

…Dünən verdiyimiz məlumatda da qeyd olunmuşdu ki, bütün bu qalmaqalın arxasında İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov durur. Belə ki, o, məlum Sərəncamın verilməsindən az əvvəl fermer-taxılçı T.Abdullayevi (Ağdam rayon sakinidir) İsmayıllıya çağırtdıraraq (eyni kəddən olan qohumu və İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynovun təşkilatçılığı ilə) deyib ki, «…başçının göstərişidir, şəhid və qazi ailələrinə yardım etməlisiniz…».

Fermer T.Abdullayevin məhkəmədəki ifadəsində də qeyd olunduğu kimi, o, Ş.Hüseynova bildirir ki, «Mən indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm… Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm… Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, baş üstə, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər…».

Və sonradan Mahmud Süleymanovun təqdim etdiyi qalmaqallı (əslində, qanunsuz) Sərəncamı başçı göz yummadan imzalayır, ona inanır. Beləliklə, İcra başçısı torpaqdan istifadəyə dair qanuni icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verir.

İcra başçısı Nahid Bağırov onu aldadan müavini Mahmud Süleymanovu işdən qovur…

«Təzadlar»ın elektron poçtuna İsmayıllı RİH-nin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin elektron məktubu daxil olub. Məktubda yazılır: «…Haqq öz yerini tapdı. İcra Başçısı Nahid Bağırovu qınamırıq. Rayonu qarışdıran onun müavini Mahmud Süleymanovdur. O da həmkəndlisi (Talıstan kəndi) Şahin Hüseynovu qabağa verib onun əli ilə qanunsuz əməllər törədir. Ş.Hüseynov və bütün rayon yaxşı bilir ki, Mahmud Sülyeymanov mərhum Damət müəllimdən sonra icra başçısı olmaq istəyirdi. Buna ciddi cəhdlər də etdi, ona vəd verənlər də vardı. O, gənc Nahid Bağırovu aldadıb qanunsuz Sərəncam imzalatmışdır. Şəki İnzibati Məhkəməsi də ədaləti bərpa etdi, başçının həmin sərəncamını ləğv etdi. Mahmud Süleymanov sübut etmək istəyirdi ki, Nahid Bağırov təcrübəsizdir, rayonu Mahmud idarə edə bilər və s. Amma bu gün İsmayıllı RİH-də olsaydınız görərdiniz ki, başçı onu kabinetinə çağırıb nə günə salıb. Ona ərizə yazıb getməyi əmr edib. Eşitdiyimizə görə Mahmud özünü xilas etmək üçün başçıya söz verib ki, guya onu RİH-nin torpaq şöbəsində kimsə aldadıb, məhkəmədə qalib gəlmiş fermeri yola gətirib barışıq yaradacaq. Hətta bu gün başçı Nahid Bağırovun fermerin torpaq sahəsi olan kəndə və əraziyə getməsinə də nail olmağa çalışmaqdadır».

Bax belə: özgəsinə quyu qazan ora həmişə özü düşüb. Bu ilahi fəlsəfənin yazılmamış qanunudur! Amma İsmayıllıda baş verənlər təkcə başçıya «qazılan» quyu deyil, həm də onun olan-qalan imicinə ağır zərbədir, karyerasına ciddi uğursuzluqdur… //tezadlar.az//
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər