Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara yol verilir
Dövrü mətbuatda Lənkəran Dövlət Universitetində rüşvətxorluq, tələbə müəllim münasibətləri haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Universitetin 2016-cı ildən sonra 5 il rektor əvəzi kimi işləmiş Natiq İbrahimov nəhayət 23 aprel 2021-ci il tarixdə rektor təyin edildi. Bu təyinatdan artıq bir il keçməsinə baxmayaraq Lənkəran Dövlət Universitetində heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Universitetdə tələbələrlə bağlı yayılan məlumatlardan fərqli olaraq biz bu ali təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində ən biabırçı mənzərələrlə üzləşdik.
Qeyd edək ki, Lənkəran Dövlət Universiteti 2022-ci ildə müxtəlif malların və xidmətlərin alınması üzrə bir neçə satınalma proseduru həyata keçirib. Bu kotirovka sorgularının keçirilməsi zamanı yol verilən qanun pozuntuları rektor Natiq İbrahimovun bir rektor kimi idarəetmədən bixəbər olduğunu ortaya çıxardı. Lənkəran Dövlət Universiteti tərəfindən 2022-ci ildə keçirilmiş aşağıda diqqətinizə çatdıracağımız kotirovka sorğularında yol verilən qanun pozuntuların diqqət yetirin. Bu qanun pozuntularından əlavə, həm də biabırçılıqdı.
“Bioaktivlərin alınması, ağac və bitkilərə aqrotexniki qulluğun olunması işləri” üzrə keçirilmiş kotirovka sorğusunda fiziki şəxs RÜFƏT RAMAZAN OĞLU MASİMOV ilə 10.05.2022-ci ildə 19 770 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Mətbəə məhsullarının hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda “PLUTON-MM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.05.2022-ci ildə 7640 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PLUTON-MM” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev 8, m. 8, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.
Qeyd edək ki, Universitetin Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada dövlət satınalmalarının vahid internet portalına elan yerləşdirməmiş, şərtlər toplusunda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 19.04.2022-ci il, təkliflərin son təqdim olunma tarixini 05.05.2022-ci il, zərflərin açılış tarixini isə 06.05.2022-ci il göstərmişdir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi “PLUTON-MM” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Bu isə o deməkdir ki, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası kotirovka sorğusu müsabiqəsi başladıdıqdan 9 gün sonra, zərflərin açılma tarixinə isə 7 gün qalmış dövlət qeydiyyatına alınan bir MMC ilə satınalma müqaviləsi bağlayıb. Bu isə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə yolverilməzdir.
Atributların və mükafatların alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.05.2022-ci ildə 48 440 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
2022-ci ildə konfrans və tədbirlərin təşkil olunması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29.04.2022-ci ildə 36 930 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Bərk inventar və avadanlıqların carı təmir olunması üzrə keçirilmiş kotirovka sorğusunda “ELİTE CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29.04.2022-ci ildə 20 675.96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara yol verilir
Dəftərxana və təsərrüfat mallarının alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.04.2022-ci ildə 31 169 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 17.11.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, QARABAĞ, ev DÖNGƏ 1, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyüy kimi Lənkəran Dövlət Universitetinin satınalma müqaviləsi bağladığı MMC-lərin qanuni təmsilçisi eyni şəxs, Mirzəyev Elmar Rafiq oğludur. MMC-lərin fəaliyyət sferası barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC ilə bir ay ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 124 179 manat olan satınalma müqavilələri bağlamışdır. Ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus iki MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açır.
Lənkəran Dövlət Universitetinin Tender Komissiyası “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2021-ci ildə də dəftərxana və təsərrüfat mallarının alınması üzrə ümumi dəyəri 150 969 manat olan iki satınalma müqaviləsi bağlamışdır.
Göründüyü kimi Lənkəran Dövlət Universiteti ilə “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış satınalma müqavilələrndə də şübhəli məqamlar var. Belə ki, Universitetin Tender Komissiyas bu MMC-ni qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, demək olar ki, ayrı -ayrı xidmətlər üçün bir nəfərə məxsus iki MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.
Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Lənkəran Dövlət Universiteti tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur.Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.
Bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Lənkəran Dövlət Universitetinin Tender Komissiyasına sorğu məktubu unvanlamışıq. Universitetin satınalma işləri üzrə mütəxəssisi, əslində satınalmalardan bixəbər olan Tərlan Məhərrəmli telefona belə cavab vermir. Görək göstərdiyimiz bu qanunsuzluqlara nə kimi don geyindirəcək. Şübhəsiz deyəcək ki, bizim xəbərimiz olmur. Hər şey elektron qaydada keçirilir. Amma biz ona bəri başdan bu sualı ünvanlayırıq. Necə olur ki, Mirzəyev Elmar Rafiq oğlunun adına təsis edilmiş iki MMC ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi olur? Yoxsa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kompüterləri Mirzəyev Elmar Rafiq oğlu ilə əlaqəyə girib ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi çıxarır?
Aktualinfo.org
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər