Yadımlıda rəsmən TALAN VAR... - İTTİHAM
Gundem / Bolge / Maraqli
Oxunub: 779
23 may 2022 | 18:20
Yadımlıda rəsmən TALAN VAR... - İTTİHAM


“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir… Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla ərazilərin otu biçilir, biçənək texnikaları otla bərabər özü inkişaf edən yaşıllığı, kövrək ağacları da kökündən çıxarır. Bir sözlə, Yardımlı meşələri məhv olur”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sahə rəisi Məhəmməd Adiyev deyir.

Məhəmməd Adiyev Mərkəzə tabe olan 1 saylı Meşəbəyliyinin meşəbəyisidir. Onun sözlərinə görə, Mərkəzin direktoru meşəbəylərinin etirazlarına, müqavimətlərinə baxmayaraq, meşələri talamaqla məşğul olur:

“Yardımlı meşələrinin bütün meşəbəyliklərində hazırda qanunsuz ot biçimi aparılır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əlizamin Talıbov meşədəki hektarlarla ərazilərin otunu kəndlilərə satır. Əslində meşə idarəsinin balansında meşəylə örtülü olmayan ərazilər var ki, bu ildən kəndli qanuni yolla pul ödəyərək həmin ərazilərdən ot biçə bilər. Ancaq savadsız, fağır kəndlinin bu qayda-qanunlardan xəbəri yoxdur və Əlizamin Talıbov da insanların bilgisizliyindən istifadə etməklə pul qazanır. Hüququnu bilməyən, qanundan xəbərsiz kəndlidən pul almaqla görür bu işi… Hər hektara görə kəndlidən 60, 70, 80 manat alır. Bu işlər nəzarət altında görülməlidir. Ancaq kəndli pulunu verir, gəlir girir əraziyə, otbiçən texnikayla otu biçərkən öz-özünə inkişaf edən yaşıllığı da, kövrək ağacları da qırıb tökür”.

Meşəbəyi deyir, bu proses təkcə Yardımlının yox, Cəlilabadın da meşələrində gedir:

“Cəlilabadda vəziyyət belədir ki, orda adamlar meşədən ot biçməyin qanuni yolunu da, buna görə ödəməli olduqları məbləği də bilirlər. Sadəcə olaraq tutaq ki, müqavilə bağlayıb hər hektara görə 50 manat ödəməlidilərsə, onlara müqaviləsiz gəlib otun hektarını 30 manatdan biçməyi təklif olunur, onlar da hər hektarda 20 manatları ciblərində qalsın deyə, bu qanunsuz yolla ot biçməyə razı olurlar”.

Meşəbəyinin sözlərinə görə, meşələrdə təkcə ot biçilmir, həm də kütləvi ağac kəsintiləri davam edir:

“Çoxillik ağaclar xüsusi dəzgahlarla kəsilir, daşınır, buna bir “dur” deyən yoxdur. Bayaq gözətçilərdən birinə zəng vurdum, ot biçiminə görə kimdən nə qədər pul aldığını adbaad dedi, səsini də yazmışam, hüquq-mühafizə orqanlarına göndərəcəm. Adamlar özləri də etiraf edirlər ki, qanunsuz pul alıb meşəni talayırlar. Əlizamin Talıbov özü Yardımlının Şıxlar kəndindədir. Qanunsuzluqları da yaxın qohumlarıyla edir. İşlərini əsasən Füzuli adında yaxın qohumu idarə edir, pulları da o yığır. İstənilən vaxt çəkiliş qrupu gəlsin, hüquq-mühafizə orqanlarının nümayəndələri gəlsin, aparım Əlizamin Talıbovun toy tutduğu əraziləri göstərim, hər cümləmə görə də başımla cavabdehəm”.

Əlizamin Talıbovsa Meydan TV-yə bildirib ki, ağac kəsimləri o, direktor vəzifəsinə təyin olunanadək baş verənlərdir:

“Bu dedikləriniz məndən əvvəl olan məsələlərdir, sənədləşdirilib, aidiyyəti qurumlara məlumat verilib. Mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Ot biçiminə gəlincə, vətəndaşlarla danışılır, müqavilələr hələ indi bağlanmağa başlayıb. Çünki qaydalar yeni tətbiq olunur.

Mayın 11-də Baş Prokurorluq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanmasına dair məlumat yayıb. Araşdırma nəticəsində müəyyən edilib ki, Yardımlı meşələrində 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətə 30 min 643 manat məbləğində maddi ziyan dəyib. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırılıb.

Əlizamin Talıbov Mərkəzə bu il fevralın sonunda direktor təyin olunub. Ondan əvvəl Mərkəzə Adəm İsmiyev rəhbərlik edib. Adəm İsmiyev vəzifədə olarkən Meydan TV onunla bağlı eyniməzmunlu şikayətləri də dərc etmişdi.

Ötən ilin dekabrında sosial şəbəkələrdə Adəm İsmiyevin avtomatla, müavini Sakit Şahmarovunsa tüfənglə birgə şəkilləri yayılıb. Fotolar ov zamanı çəkilib. Sabahı gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Adəm İsmiyevin işdən çıxarılması, müavinə şiddətli töhmət verilməsi, hər ikisinin İnzibati Xətalar Məcəlləsinin 272.3 (Qadağan olunmuş yerlərdə, qadağan olunmuş üsullarla ov edilməsi) maddəsi ilə cərimələnməsi barədə məlumat yaymışdı.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər