Meşələrimiz kimin əlindən qan ağlayır: ermənilərin, yoxsa məmurlarımızın...? - Firdovsi Əliyev getdi, Ramiz Mehdiyevin adamı Vüqar Kərimov gəldi, amma…
İsmayıllıda ağacları kəsib, meşənin ortasında restoran, otel tikirlər…
Belə davam etsə, yaxın zamanda İsmayıllı meşələri yox olacaq…
30 ildir mediamız yazırdı ki, Zəngilan meşələri erməni əlindən qan ağlayır...Kəlbəcər meşələri erməni daşnaklarının əlindən qan ağlayır... və s...
Bəli, erməni işğalçı vandalları meşələrimizi, təbiətimizi məhv edir, su mənbələrini, çaylarımızı zəhərləyirdilər.
Bunu haradasa başa düşmək olardı, çünki düşməndirlər. Amma...
Əmması odur ki, indicə İsmayıllı meşələri ilə bağlı verdiyim axtarış zamanı oxşar başlıqlara rast gəldim:
İsmayıllı meşələri qan ağlayır...Cəlilabad meşələri qan ağlayır...Masallı meşələri qan ağlayır...Lerik meşələri qan ağlayır...Pirqulu meşələri qan ağlayır...
Yaxşı, erməni işğalçılarını başa düşdük. Bəs indi təbiətimiz kimin, kimlərin əlindən qan ağlayır..?
Sözün açığı, tam məsuliyyətlə demək lazımdır ki, erməni vandalla, bizim bəzi məmur vandalların heç bir fərqi yoxdur.
Hər ikisi meşələrimizi, təbiətimizi məhv edir.
Bir az mövzudan kənara çıxsam da qeyd edim ki, bu gün bir çox məmurların qum-çınqıl sexləri var. Onlar çayların yatağındakı qum-çınqılı KAMAZ-larla Bakıya daşıyaraq satıb milyonlar qazanırlar. Amma bilimirlər ki, bu gec-tez təbii fəlakətə səbəb olacaq.
Bəli, təbiət gec-tez öz qisasını alır. Bunu qulağınızda sırğa eləyib asın, ay mən deyən məmurlar.
Dənizi hasarlayırsınız, meşələri məhv edirsiniz, dağları dağıdıb daş karxanasına çevirisiniz və daha nələr etmirsiniz...
Və bütün bunları görə-görə Eklologiya və Təbii Sərvətlər nazirliyi adında dövlət qurumu susur.
Bəli, meşələrimiz məhv olmaq təhlükəsindədir.
Nə qədər yazmaq olar ki, meşələr təbiətimizin ağ ciyərləridir...
Nə qədər yazmaq olar ki, ağacı çox olan kəndin qəbirlərinin sayı az olar...
Bu fəlsəfə daha işləmir ee...
Dövlət konkret tədbirlər görməlidir...
Bəli, dövlət konkret tədbirlər görməsə, yaxın illərdə yəqin ki, İsmayıllı meşələri deyilən təbiət qoruğu qalmayacaq.
2004-cü ildən “ekonazir”in müavini olan və meşələrin bir nömrəli qənimi Firdovsi Əliyev bir müddət əvvəl “meşə məsələlərindən” kənarlaşdırıldı. Və onun səlahiyyətləri digər nazir müavini Vüqar Kərimova tapşırıldı.
Hamı düşündü ki, meşələrin, göllərin, çayların canı Firdovsi müəllimdən qurtardı. Amma...
Əmması odur ki, sən demə, Vüqar Kərimov Firdovsi müəllimdən də daha çox ağaclara qarşı qəddar imiş.
Belə ki, İsmayıllıdan redaksiyamza daxil olan xəbərlərdən bəlli olur ki, nazir müavini Vüqar Kərimov köhnə meşəqıranaları vəzifədən uzaqlaşdırıb, özünə yeni “ağac kəsənlər” komandası yaradıb. Və Firdovsi müəllimin atasına rəhmət oxutdurur.
Bəli, deyirlər ki, nazir müavini Vüqar Kərimov sanki İsmayıllıda “ekoloji soyqırım”la məşğuldur.
Belə ki, İsmayıllıda yüz illik ağacları kəsərək meşənin ortasında restoran tikirlər.
Və restoranlar gecələr əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.
İndi aydın oldumu, bu harınlamış məmurlar təmiz təbiətimizə də qara ləkə yaxırlar.
Bütün bunlar azmış kimi nazirliyin tabeçiliyində olan Regional Meşə Təsərrüffatları Mərkızinə meşə ilə heç bir əlaqəsi olmayan şəxslər rəhbər, baş mühəndis və mütəxəssis təyin olunur.
Bəli, sakinlər onu da deyirlər ki, nazir müavini Vüqar Kərimov son bir ildə İsmayıllıda ağacları kütləvi qırdırıb sexlərə göndərir.
Nazir müavini Vüqar Kərimov, təkcə ağacları, meşələri məhv etmir, həm də sovet dövründə təhsil almış təcrübəli mütəxəssisləri də ekologiya sistemindən qovub məhv edir. Və onların yerinə tarix müəllimini, zootexniki, hərbçini, mexanniki təyin edir.
Təsəvvür edin ki, meşənin funksiyasını bilməyən və hətta ağacların cinslərini belə tanımayan şəxsləri gətirib meşə sahəsinə rəhbər vəzifəyə qoyurlar.
Nazir müavini Vüqar Kərimov 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyindən külli miqdarda mənimsəməyə görə qovulmuş Namiq Xırıdovu Ekologiya Nazirliyinə Audit söbəsinin rəisi vəzifəsinə gətirib və 2020- ci ildə Meşələrin Xidmət rəisi vəzifəsinə təyin etmişdir.
Bax, o gündən İsmayıllı və digər meşələrimizin qara günləri başlamışdır.
Sonda onu da qeyd edək ki, nazir müavini Vüqar Kərimov PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin yaxın çevrəsinə aid olan şəxsdir.
Sözün qısası, meşələrimiz qan ağlayır. Amma, bu dəfə ermənilrin deyil, Vüqar Kərimovların əlindən.
Yəqin ki, bütün bu baş verən yaşıl terrordan Ekologiya naziri Muxtar Babayev xəbərsiz olmaz.
Bəs onda niyə səsi çıxmır..?
Bu artıq başqa mövzudur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. gundelik baki.com
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər