Abdin Fərzəliyevin “sağ əli” hansı ciblərdən çıxır: Nurlan Həsənovun adı kriminal olayda…
Gundem / Bolge / Maraqli
Oxunub: 964
12 may 2022 | 22:22
Abdin Fərzəliyevin “sağ əli” hansı ciblərdən çıxır: Nurlan Həsənovun adı kriminal olayda…


Abdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi.İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq. Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. İlk günlər Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. Amma cumhuriyyet.az-a daxil olan məlumatlardan belə anlaşılır ki, İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımı dayanırmış.

Abşeron rayonunda tikinti işləri bərpa olunub. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib. Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Onu da bildirək ki, Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” olan İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevral ayında Abşeron İH-də vəzifə ilə təmin olunub. N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır. Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.

Onu da bildirək ki, N.Həsənov haqda ölkə mediasında ilginc iddialar səslənib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlara görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin şikayətinə görə, Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”innin ərazisini zəbt edən Nurlan Həsənov burda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib. Digər bir məlumata görə isə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov paytaxtda sahib olduğu mülkləri Abdin Fərzəliyevin yaxın adamı kimi Nurlan Həsənov idarə edib.

Mediada yer alan digər bir iddia isə xüsusilə diqqət çəkir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatların birində göstərilir ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib. Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”. Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib. Cumhuriyyet.az bu məlumatlara istinadən bildirir ki, o zaman Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan etsə də məsələ ört basdır edilib.Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: millimeclis.info
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"