Musa Şəkiliyev Qaxda təkcə böyüklərin deyil, uşaqların da xoşbəxtliyini əlindən alıb
Gundem / Bolge / Maraqli
Oxunub: 1 356
25 apr 2022 | 11:48
Musa Şəkiliyev Qaxda təkcə böyüklərin deyil, uşaqların da xoşbəxtliyini əlindən alıb



12 ildir Qaxda “kiçik padşahlıq” edən icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin yarıtmaz idarəçiliyi ucbatından rayon əhalisinin dövlətə və iqtidara inamının azalmasından, işsizlikdən əziyyət çəkən sakinlərin rayonu tərk edib paytaxt Bakıya və xarici ölkələrə üz tutmasından, Vətən müharibəsindən sonra qaxlı şəhid ailələrinin və qazilərin Musa Şəkiliyevdən narazılıqlarının günbəgün artmasından, İsmayıllı, Quba hadisələrinin Qaxda da təkrarlanması ehtimalının böyük olmasından bəhs etmişdik. Bu haqda qələmə aldığımız “Sosial-siyasi “bomba”ya çevrilən Qax və Musa Şəkiliyevin 12 illik səltənəti” sərlövhəli məqalə “Azerinfo.az” saytının oxucuları tərəfindən maraqla qarşılandı. Əsasən Qaxdan olan oxucular redaksiyamıza icra başçısının korruptiv əməlləri, qohumbazlığı barədə məlumatlar təqdim etdilər.

Məlumatlarda xatırladılır ki, keçən il əslən Qax rayonundan olan Vətən müharibəsi iştirakçısı, tanınmış müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi sərt tənqid edib. O, bu barədə şəxsi "Facebook" hesabındakı paylaşımında bildirib: “Qaxın icra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən! Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Şəhidimin ayaqqabısında olan qeyrət sənin... “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik”.

Amma görünən odur ki, nə DTX-nın əməkdaşları Qaxın icra başçısının kabinetinə baş çəkdilər, nə də Musa müəllim tənqiddən nəticə çıxarıb ağıllandı. Musa Şəkiliyevin arxasında isə bildiyimiz kimi xalası oğlu, “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin sabiq sədri cənab Əhməd Əhmədzadə durur. Şəkiliyev də öz növbəsində başçılıq etdiyi rayonda Əhmədzadənin kadrlarını göz bəbəyi kimi qoruyur, korrupsiya müstəvisində onlara etibarlı tərəf müqabili kimi çıxış edir.

Mətbuat araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Qax rayonunun İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində paylaşdığı maraqlı məlumatı da yayıb: “Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur. Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni, maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…”

Yeri gəlmişkən, Əhməd Əhmədzadənin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, onun qudası Elman Rüstəmovun isə Mərkəzi Bankın rəhbərliyindən kənarlaşdırılması heç də birmənalı qarşılanmadı. Söz yox, adları çəkilən qurumların bundan belə korrupsiyadan qurtulacağını düşünənlər varsa da, milyonları talan edən qudaları cəzasız buraxmağın tərəfdarı olmayanlar da çoxdur. Çünki nə qədər ki, illər uzunu qəsb etdikləri haram kapital onların sərəncamındadır, qohum-əqrəbalarını (o sıradan həmçinin Musa Şəkiliyevi) vəzifədə saxlamağa gücləri yetəcək.

Musa Şəkiliyev təkcə onun müasirləri olan yetkin Qax vətəndaşlarının deyil, qaxlı uşaqların da xoşbəxtliyini əlindən alıb. Bildirilir ki, rayonun mərkəzi parkında – Qax rayonu Aydın Məmmədov küçəsində yerləşən Heydər Əliyev Parkında uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş elektrikli maşınlar olan manejin sahəsini qanunsuz zəbt edən icra başçısı həmin maneji bərpa etmək əvəzinə, orada iki mərtəbəli “Park kafe” adlı çayxana inşa edib. Çayxananın tikinti işləri isə icra başçısının doğma qardaşı Şəkiliyev Eldəniz Şaban oğlunun adına rəsmiləşdirib. Əhmədzadələrin Qaxı tam ələ keçirməsində xüsusi rolu olan icra başçısı Musa Şəkiliyevin rayonda “xaloğlu” ləqəbi ilə məşhur olduğu bildirilir. Yerli camaat ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev, ailə ənənələrinə uyğun olaraq, rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək, böyük gəlir əldə edir. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satması da qadağan olunub. Bu iş yalnız icra başçısının monopoliyasına alınıb.

Keçən il Türkiyənin nüfuzlu Ulusal Kanal Televiziyasında Azərbaycanın Qax rayonunda məscidləri dağıdan və inanclı insanlara zülm edən icra başçısı Musa Şəkiliyevin qanunsuz əməlləri barədə geniş süjet yayımlanıb. İllərdir Qax rayonunda məscidləri sistemli şəkildə uçuran və mömin müsəlmanlara qarşı hörmətsizlik edən icra başçısı Musa Şəkiliyevin ölkə başçısı İlham Əliyevi aldatdığı qeyd olunub.

Mövzuya qayıdacağıq.

İbrahim Hümbətov
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi