Ərdoğan müvəqqəti hökumətin tərkibini təsdiq etdi - YENİLƏNİB + SİYAHI
Müvəqqəti hökumətin heyəti bəlli oldu
Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.
APA-nın məlumatına görə, Axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.
63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:
Baş nazir - Əhməd Davudoğlu
Baş nazirin müavini - Numan Kurtulmuş
Baş nazirin müavini - Tuğrul Türkeş
Baş nazirin müavini- Cevdet Yılmaz
Baş nazirin müavini - Yalçın Akdoğan
Daxili işlər naziri - Səlami Altınok
Xarici işlər naziri - Firidun Sinirlioğlu
Elm və sənaye naziri - Fikri Işık
İnkişaf naziri - Müslim Doğan
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Ətraf mühit və şəhərçilik naziri - İdris Güllücə
Gənclik və idman naziri - Akif Çağatay Kılıç
Meşəçilik və su işləri naziri - Veysəl Əroğlu
Milli təhsil naziri - Nabi Avcı
AB naziri - Ali Haydar Konca
Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin
Ədliyyə naziri - Kənan İpək
Maliyyə naziri - Məhmət Şimşək
Səhiyyə naziri - Məhmət Müəzzinoğlu
Gömrük və ticarət naziri - Cənab Aşçı
Mədəniyyət və turizm naziri - Yalçın Topçu
Enerji naziri - Əli Rza Alaboyun
Milli müdafiə naziri - Vəcdi Könül
Ailə və sosial siyasətlər naziri - Ayşən Gürcan
Əmək və sosial təminat naziri - Əhməd Ərdəm
Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri - Kutbəddin Arzu
Qeyd edək ki, Türkitə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.
Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını (HDP) isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.
Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib