Ayətullah Kermanidən şiələrə çağırış: “Sünni müqəddəslərini təhqir edən bizdən deyil, yolunu azıb”
Dunya
Oxunub: 1 329
23 avq 2015 | 11:01
Ayətullah Kermanidən şiələrə çağırış: “Sünni müqəddəslərini təhqir edən bizdən deyil, yolunu azıb”















“Nüvə sazişi İranın ABŞ-la barışması demək deyil. ABŞ sionist rejimini dəstəkləyir və bu rejim cəllad, qatil rejimdir. Bu cür rejimi dəstəkləyənlə barışmaq olarmı? Onların ölkəmizdə törətdiyi cinayətləri sayıb qurtarmaq mümkün deyil”

Strateq.az İran agentliklərinə istinadən xəbər veriri ki, bu fikirləri Tehrandakı cümə xütbəsi zamanıAyətullah Muhəmməd Əli Muvəhhidi Kermani deyib.
Ayətullah Kermaninin sözlərinə görə, ABŞ müzakirə masasında İran İslam Respublikasına öz iradəsini yeritdiyini və hansısa əhd aldığını qətiyyən düşünməməlidir: “Nüvə silahından istifadə etməmək birbaşa bizim dindarlığımızla əlaqəlidir və bizim dinimiz bu silahdan isitfadə etməyi, məzlumu da zalımla birgə məhv etməyi qadağan edir. İran sanksiyaları qaldırmağa israr etməklə sübut etdi ki, zülmə boyun əyən deyil. Xalqımızın səbr və müqaviməti, rəhbərimizin göstərişləri öz bəhrəsini verdi. İranın sürətli inkişafı onları dəhşətə gətirib. Elə bu səbəbdəndir ki, müzakirə heyətimizin istəklərini qəbul etdilər. Ölkəmiz bu müzakirələrlə dünyanın böyük gücü olduğunu sübut etdi. İranın güclü məntiqi dünya ölkələrinə çatdı. Biz ölkəmizə nüfuz etməyi amerikalıların üzünə bağlamışıq və həmişə də bağlayacağıq. Onlar bölgə ölkələrinə də nüfuz etmək fikrindədirlər. Bu müzakirələrlə də onu xəyal edirlər”.
Çıxışı zamanı xətib İslam ümmətinin ən böyük problemlərindən olan vəhdət məsələsinə də toxunub və olduqca maraqlı fikirlər səsləndirib: “İxtilaf Allahın Quranda əzab verəcəyini bildirdiyi məsələlərdəndir. Düşmənin başına vuracağımız yumruqları bir-birimizin başına vurmayaq. Rəhbərimizin də dediyi kimi, heç kim əhli-sünnənin müqəddəslərini təhqir etməməlidir. Təhqir edən bizdən deyildir və yolunu azdığını anlamalıdır. Londonda yaranan şiəliyin həqiqi şiəliklə heç bir əlaqəsi yoxdur.”
Ayətullah Kermani çıxışında ABŞ-ın dəyişməyəcəyini və onun probleminin İslamla bağlı olduğunu vurğulayıb: “ABŞ bilməlidir ki, İran heç vaxt Fələstin müqavimətini dəstəkləməkdən əl çəkməyəcək. ABŞ-ın dəyişdiyini düşünmək sadəlövhlükdür. Onların düşmənçiliyi qalıb. Çünki onların problemi İslamladır. Vəhhabi rejimi olan Səudiyyə nə vaxt öz yalnışlarını anlayacaq? Nə qədər cinayət törətmək istəyirlər? Allahdan onları ayıltmağını istəyirik”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu