Peterburqda azərbaycanlılar kütləvi şəkildə “hamilə” rus qadınları ilə evlənirlər
Dunya
Oxunub: 1 520
17 avq 2015 | 08:15
Peterburqda azərbaycanlılar kütləvi şəkildə “hamilə” rus qadınları ilə evlənirlər

















Araşdırma aparılır

Rusiyanın Sankt-Peterburq şəhərinin Prokurorluğu şəhərin Petrodvorets rayonunun VVAQ idarəsinin saxta nikahların qeydiyyatdan keçirməsindən şübhələnib.

Azerinfo.az xəbər verir ki, bu barədə www.neva.today məlumat yayıb.

Peterburq prokurorluğu VVAQ rayon şöbəsini Rusiya vətəndaşları və xaricilər arasında saxta nikah bağlaması ilə əlaqədar yoxlayır.

Belə ki, Petrodvorets rayonunun VVAQ şöbəsində xeyli sayda beynəlmiləl nikahların bağlanmasını müşahidə edib.

Statistikaya müvafiq olaraq, Peterburqda orta hesabla 20 faiz qarışıq nikahlar bağlanılır.

Rusiyanın şimal paytaxtının müxtəlif rayonlarının VVAQ statistikası qarışıq nikahlara görə eyni səviyyədədir, amma Petrodvorets rayonunda hələ bu ilin əvvəlindən xarici vətəndaşlarla bağlanılan nikahların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Prokurorluğun diqqətini Petrodvoretsdə müxtəlif dövrlərdə qarışıq nikahların göstəricisinin 32-48 faiz olması çəkib.

Bu nikahların bağlanmasının təfərrüatları da şübhəlidir. Marginal tərcümeyi halı olan qadınlar (əsasən də 30-dan çox yaşı olan Kupçino sakinləri) VVAQ-a müraciət edərək, hamiləlik haqqında saxta sənəd də təqdim ediblər. Həmin sənədə əsasən vətəndaşın nikahı elə müraciət etdiyi gün qeydə alına bilər.

Bəylər isə əsasən Peterburqa bu yaxınlarda gəlmiş Azərbaycan vətəndaşları olub.

Rusiya vətəndaşı ilə nikah bağlamaq xarici vətəndaşa az bir müddət ərzində (toydan 3 il sonra) Rusiya vətəndaşı olmaq, buna qədər isə xüsusi icazə almadan işə düzəlmək imkanı verir.

Federal Miqrasiya Xidmətindən bildiriblər ki, hal-hazırda xarici vətəndaşın Rusiyada vətəndaşlıq alması üçün ən populyar üsul nikahdır.

KİV-nin məlumatına əsasən, xarici vətəndaşlar üçün saxta bəy və gəlin təqdim edən nikah agentlikləri və agentləri mövcuddur. Müqavilə üç il müddətinə bağlanılır (bu müddətdən sonra vətəndaşlıq üçün müraciət etmək olar). Saxta nikahın bir ili müştəriyə 100 min rubla başa gələ bilər.

Prokurorluq saxta nikahı poza bilər – məhkəmə mütəmadi olaraq belə cütlükləri boşandırır. Saxta nikah pozulduqdan sonra xarici vətəndaş üçün yaşayış və vətəndaşlığa dair bütün imtiyazlar dayandırılır.
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib