Gənclər arasında seks mesajları yayılıb
İngiltərədə 18 yaşı tamam olmamış hər 10 gəncdən 6-sı seks mesajı yazır. Ailem.az-ın məlumatına görə, bu, NSPPCC və Childline təşkilatlarının keçirdiyi sorğu zamanı müəyyən olunub. Sorğunun nəticəsinə görə, bu gənclərin yüzdə 40 faizi seksual məzmunlu şəkillər, ya da videolar hazırlayır, dörddə biri isə bu cür mesajları başqalarına göndərirlər
NSPPCC-nin müdiri Peter Vanless gənclər arasında seks yazışmalarının get-gedə daha çox yayıldığını bildirib. "Newsnight" proqramında danışan Vanless seks mesajlarının artıq yeniyetməlik çağında olanların sevgi münasibətlərinin özəl bir hissəsinə çevrildiyini deyib. Onun sözlərinə görə, yetkinlik çağına çatmamış insanlar özlərinə aid intim şəkillərini başqalarına göndərməyi normal qəbul etməyə başlayıblar. Gənclər bu şəkilləri ən çox qız, ya da oğlan dostlarına göndərirlər.
NPSCC və Childline təşkilatları sorğu çərçivəsində İngiltərənin müxtəlif bölgələrindən olan 450 gənclə görüşüb. Onlardan 58 faizi belə şəkilləri sevgililərinə, digərləri isə virtual aləmdə tanış olduqları, amma real həyatda görmədikləri adamlara göndərdiklərini deyiblər.
"Newsnight" proqramına danışan 19 yaşlı Daniel bir dəfə bir qız tərəfindən ona bu cür şəkil göndərildiyini deyib: "Səhəri gün qızla mübahisə etdik. Amma səbəb çəkil deyildi. Çox əsəbi idim. Həmin şəkli başqalarına yaymağa başladım. Sonra özümü piss etdim. O gündən bəri qız mənə nifrət edir. Mən gərək o cür hərəkət etməyəydim".
17 yaşlı Taylorun fikrincə isə, qızlar diqqət çəkmək istədikləri üçün seks mesajları göndərirlər, ancaq bu, heç də doğru deyil.
Mütəxəssislər hazırda ucuz telefonların belə kamera, internet funksiyalarının olduğunu və məhz buna görə də seks mesajlaşmaları göndərməyin asanlaşdığını deyirlər. Bu hallarda istismar təhlüksi ilə də qarşılaşmaq ehtimalı çoxdur. Belə ki, mütəxəssislər bu cür uyğunsuz şəkillərin yanlış əllərə düşəcəyindən qorxurlar. Bu şəkillərdən istifadə edən istismarçılar qızları şəkillərini valideynlərinə göndərməklə şantaj edərək onlardan daha artıq şey etmələrini tələb edirlər. Odur ki, gənclərin bu sahədə məlumatlandırılması çox vacibdir.
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib