Azərbaycanlı varlılar bu ölkədə günü 15 min dollara dincəlirlər - Foto
Dunya
Oxunub: 1 395
13 avq 2015 | 07:35
Azərbaycanlı varlılar bu ölkədə günü 15 min dollara dincəlirlər - Foto



















Azərbaycandan olan supervarlılar Londonun prestijli məhəllərində dəbdəbəli istirahət üçün gündə təxminən 15 min dollar ödəyirlər

Azerinfo.az anspress-ə istinadən bildirir ki, bu haqda "Business İnsider Australia" nəşri yazır.

Nəşrin yazdığına görə, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər "başgicəlləndirici sərvətə malik" varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyirlər.

Londonun daşınmaz əmlak agentliyi "EJ Harris" bu zənginlərin istirahət etdikləri olduqca dəbdəbəli mənzillərin bəzilərinin fotolarını da yayıb. Bu mənzillərin təkcə yataq otaqlarının sahəsi orta statistik britaniyalının mənzilinin ümumi sahəsindən çoxdur.

Naytsbric, Mayfair, Merlibon məhəllələrində yerləşən dəbdəbəli apartamentlərin icarəsinin bir günü 10 min funt-sterlinqə qədər ola bilər.

Belə mənzillərdə müştərilər üçün bütün xidmətlər təşkil olunub. Buraya təhlükəsizliyin təmin olunması, qəbul və yerləşdirmə, ştatlı əməkdaşlar və icarəçinin sutkanın 24 saatı boyu sifarişlərinin yerinə yetirilməsi daxildir.

Mənzillərdə bir qayda olaraq konfrans-zallar, banket zalları da olur. Super-zənginlərin əksəriyyəti Naytsbricdəki "Mandarin Oriental Hotel"in nəzdindəki mənzilləri, digərləri Mayfair məhəlləsindəki apartamentləri seçir.

"EJ Harris" şirkətinin məlumatına əsasən, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər əsasən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Azərbaycandan olan ultra-zənginlər apartamentlərin qısamüddətli kirayəsi üçün 5 min funt-sterlinqdən 10 min funt-sterlinqə qədər vəsait ödəyir. Söhbət gündəlik kirayə haqqından gedir.

Belə mənzillər hər cür stressdən, səs-küydən uzaq ərazilərdə yerləşir. Müştərilərin 80 faizi özləri ilə bir neçə mühafizəçi və köməkçi də aparırlar.

"EJ Harris" bildirir ki, varlı müştərilər bir qayda olaraq özləri ilə 6-8 əməkdaş gətirirlər. Bunlar dəbdəbəli ziyafətlər təşkil etməkdə və ailə üzvlərinin qayğısına qalmaqda onlara kömək edirlər.

Zənginlər adətən 1500 kvadrat-fut sahəsində 3-6-otaqlı mənzillər sifariş verirlər. Bir müştəri həftə ərzində Londonun dəbdəbəli mənzillərinin kirayəsinə orta hesabla 60 min funt (93 min 696 dollar) xərcləyir.

Bəzi müştərilər özlərini bayramda hiss etmək üçün mənzillərin ultra-dəbdəbə ilə bəzədilməsini də sifariş edirlər. Müştərilərə hüdudsuz təbiət mənzərəsinə malik ayrıca malikanələr də təklif olunur.

Azərbaycanlı varlılar bu ölkədə günü 15 min dollara dincəlirlər - Foto
Azərbaycanlı varlılar bu ölkədə günü 15 min dollara dincəlirlər - Foto
Azərbaycanlı varlılar bu ölkədə günü 15 min dollara dincəlirlər - Foto
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib