"Ermənistanda azyaşlılar internetlə fahişəliyə cəlb olunur" - BMT
Dunya
Oxunub: 1 510
20 may 2015 | 14:22
"Ermənistanda azyaşlılar internetlə fahişəliyə cəlb olunur" - BMT



















Ermənistanda yetkinlik yaşına çatmayan şəxslərin internet yolu ilə fahişəliyə cəlb olunduğu məlum olub. Bu ölkədə uşaqların "beynəlxalq şəbəkə" vasitəsi ilə təhqir olunduqları, aşağılandıqları, uşaq alverinin və uşaq pornoqrafiyasının qurbanlarına çevrildikləri üzə çıxıb

Aznews.az İCTnews-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ermənistan üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukikkio bildirib.

BMT-nin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada xanım Bukikkio Ermənistandakı vəziyyətlə bağlı həyəcan təbili çalaraq sözügedən istiqamət üzrə təcili və ciddi addımların atılmasının vacibliyini qeyd edib.

BMT-nin xüsusi məruzəçisi Ermənistan hakimiyyətini uşaqların zorakılıqlardan müdafiəsinə daha çox diqqət ayırmağa çağırıb. Erməniləri "internet qurbanları"na çevrilmiş uşaqların reabilitasiyası üçün mərkəzlər yaratmağa çağıran Bukikkionun sözlərinə görə, Ermənistan hökuməti ölkəsində internet üzərində baş verənlərə önəm verməlidir.

Azyaşlılara nəzarətin zəif olduğu Ermənistanda yetkinlik yaşına çatmayan uşaqlar arasında internetə daxilolma sayının artdığını və bunun da gözlənilən təhlükələri qarşılayacaq tədbirlərin olmaması üzündən problemlər yaradacağını düşünən xanım Bukikkio hesab edir ki, yeniyetmələrin təhlükəsizliyi bu baxımdan, demək olar ki, qorunmur.

Beləliklə, Ermənistan rəhbərliyini İKT şirkətləri ilə işbirliyinə çağıran ekspert Məktəblərdə qeyri-hökumət təşkilatları ilə birgə işləməyi və internet maarifçiliyi tədbirlərinin görülməsini vacib bilib.

Mayın 12-dən 18-dək Ermənistana araşdırma aparan xanım Bukikkionun hazırladığı hesabat BMT-də müzakirə olunacaq. Bu ölkədə fahişəliyə cəlb olunmuş uşaq qurbanlarla görüşən, QHT və hökumət rəsmiləri ilə müzakirələr aparan xanım Bukikkio bildirib ki, Ermənistan dövləti qurbanların sayını azaldır. Onun qənaətincə, rəsmi rəqəmlərlə müqayisədə real qurbanların sayı daha çoxdur. O, rəsmi İrəvanı insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib