Davudoğlu Azərbaycanla viza rejimindən danışıb - "Biz Azərbaycana bunu təklif etdik"
Dunya
Oxunub: 1 733
6 may 2015 | 16:53
Davudoğlu Azərbaycanla viza rejimindən danışıb - "Biz Azərbaycana bunu təklif etdik"














Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə və Azərbaycanın yaşanan acı hadisələRə baxmayaraq çox yaxın iki dövlət olduğunu bildirib

Azerinfo.az xəbər verir ki, Davudoğlu Türkiyənin İğdır vilayətində ikən Ağrı dağının ətəyindən bütün Qafqaz xalqına səsləndiyini bildirib.

O çıxışı zamanı 1944-cü ildə 146 azərbaycanlının Boraltan körpüsünü keçərək Türkiyəyə pənah apardığını, amma Türkiyədə iqtidarda olan CHP hökumətinin onları ruslara qaytardığını deyib.

Davudoğlu sözlərinə belə davam edib:

"Kim etdi bunu? Azərbaycan ilə strateji əməkdaşlığı kim qurdu? Əlbətdə ki, Ədalət və İnkişaf Partiyası. Bizim dövrümüzə qədər Türk Dünyası Şurası qurulmamışdı, Azərbaycanla əlaqələr gelişlənməmişdi. Prezidentimizin baş nazir olduğu dövrdə Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyəyə çıxdı. Bizim üçün Naxçıvanla İğdır arasında heç bir fərq yoxdur, Azərbaycan ilə Türkiyə arasında da bir fərq yoxdur. Bəziləri 77 milyonun arasına fitnə soxmağa çalışırlar. Bizim üçün sünni-şiə, türk-kürd ayrı-seçkiliyi yoxdur. Hamımız müsəlmanıq."

Xatırladaq ki, 1944-cü ildə Türkiyəyə sığınan 146 azərbaycanlı o dövrün CHP hökuməti tərəfindən Rusiyaya qaytarılmışdı. Geri qaytarılan azərbaycanlılar sərhədin Rusiya tərəfindəcə edam edilmişdi.

Bundan sonra Davudoğlu Azərbaycan ilə Türkiyə arasındakı viza rejiminə də münasibət bildirib. Davudoğlu bir gün öncə İğdıra gedərək xalqa xitab edərkən Azərbaycan tərəfinin vizaları ləğv etməməsini hökumətinin uğursuzluğu kimi qələmə vermək istəyən Kılıçdaroğluna belə cavab verib:

"Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımız üçün vizanı ləğv etdik. Azərbaycan da hazırlıqlarını tamamladığı zaman vizaları da, pasportları da ləğv edəcəyik. Bir millət iki dövlət deyə birləşəcəyik. Amma Kılıçdaroğlunun bilmədiyi şeylər var ki, bunlar dövlətlər arası əlaqələrdir. Bu məsələ iki tərəfin də hazır olmasına bağlıdır. Biz Azərbaycana bunu təklif etdik. Hazır olduqları zaman başımızın üzərində yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə, ana vətəndir."
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
25-06-2026, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
25-06-2026, 15:30
Albertə haqsız hücumlar
25-06-2026, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
25-06-2026, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
25-06-2026, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
25-06-2026, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib