25 min dollarlıq möcüzə (FOTO)
Dunya
Oxunub: 1 507
9 fev 2015 | 01:22
25 min dollarlıq möcüzə (FOTO)2 irlandiyalı gənc bunu ağıllarına belə gətirməzdi

Zinət əşyası, maşın və ya prestijli mebel qiymətinə daha çox uyğun gələn bu məbləğ idman yarışına baxmaq üçün bir oturacağın rəsmi dəyəri idi.

ABŞ-da Amerika futbolununun finalı - Sup Boul haqda az-çox məlumatı olanlar yəqin ki, bu fantastik qiymətdən təəccüblənməz. Super Boul ABŞ-ın ən vacib hadisələrindən biridir, onun açılışında Amerikanın himnini ifa etmək üçün Amerikanın ən məşhur müğənniləri hər şeydən keçməyə, nəhəng şirkətlər Super Boul-a sponsorluq etmək naminə ağlasığmaz pullar tökməyə hazırdırlar. Milyonlarla sadə amerikalının ən böyük arzusu da ömründə heç olmasa bircə dəfə bu ümumamerika oyununun finalını stadiondan izləməkdir. Lakin stadionun 25 min dollarlıq fəxri kürsülərində oturmaq xam xəyallar da ağıllarına gəlməz.
Ona görə də 2 nəfərin bircə qəpik xərcləmədən Arizonadakı Feniks Universitetinin stadionunda, Super Boulun ən baha oturacaqlarını əldə etməsi xəbəri mediada sürətlə yayılırdı.
İrlandiyadan olan Richard Whelan və Paul McEvoy adlı 2 gəncin biletsiz, ikiqat mühafizə həlqəsindən hiss olunmadan keçərək VİP tribunaya yol tapmaları müəyyən mənada möcüzə də sayıla bilərdi.
Richard və Paul danışırlar ki, stadiona biletsiz keçmək planı ona əsaslanırdı ki, özlərini elə təkəbbürlü tutsunlar ki, mühafizədə bu gənclərin stadion işçiləri olmasına heç bir şübhə yeri qoymasınlar. Ona görə də həyəcanlı dəqiqələrdə sadəcə olaraq başlarını aşağı salıb mobil telefonla bir-birinə SMS göndərirdilər.
Birinci nəzarət xəttini arxa qapıdan, təcili yardım əməkdaşlarının sırasına qarışaraq keçiblər.İkinci həlqədəki biletyoxlayanlardan da onlara diqqət edəni olmayıb.
Stadionda İrlandıyalıları daha bir uğurlu təsadüf gözləyirmiş. Fəxri tribunada oturanlardan biri onlara deyir ki, 2 yer boşdur, onun sahibləri stadiondakı şouda iştirak etdiklərindən meydana çıxıblar və geri qayıtmayacaqlar. Beləliklə, Richard və Paul oyunu 4-cü sıradan izləmək xoşbəxtliyini əldə ediblər. Bu azdır kimi məşhur amerika futbolçusu Lawyer Milloy-un düz qarşısında oturublar. Keçmiş Super Boul çempionu onlara bütün oyun boyu şərhçilik edib.

Milloy sonradan, Richard və Paulun əhvalatını Vaşinqton Postda görəndə baş verənlərə inanmayanların sonuncu şübhələrini də dağıdıb

Richard Whelan-ın Tvitterdəki fotosunu "sizinlə qarşılaşdığıma çox şadam" deyə şərh edən Milloy, öz instagramda da yazıb: Bu 2 irlandiyalı qaqaşın bəxtinə düz mənim qabağımdakı oturacaqlar düşdü. Şir ürəyi yemək buna deyərlər, şeytan da belə soyuqqanlı ola bilməzdi. Vaşinqton Post özü bunlardan yazır

Irlandiyalilarin azarkeşlik etdiyi komanda SuperBoulu uduzsa da, onlar bu axşamı özlərinin ən uğurlu günü sayırlar.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü