Rus hərbçinin Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirməsinin səbəbi məlum olub
Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Ermənistanın Gümrü şəhərində baş verən qətlin motivini açıqlayıb.
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, idarənin məlumatında bildirilir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun bir ailənin yeddi üzvünü qətlə yetirməsinin səbəbi SSRİ dövründə erməni cinayətkar Vladimir İonesyan tərəfindən rusların silsilə qətlinin qisasının alınmasıdır.
Dindirilmə zamanı V. Permyakov bildirib ki, V. İonesyan tərəfindən qətlə yetirilən şəxslərdən birinin qohumudur. Rus hərbçi qeyd edib ki, V. İonesyanın hələ o, dünyaya gəlməmişdən əvvəl törətdiyi qətllər, o cümlədən qohumunu öldürməsi onu sarsıdıb və bunun qisasını almaq qərarına gəlib.
Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb. Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.
Qeyd edək ki, 1937-ci ildə Tbilisidə anadan olan V. İonesyan isə SSRİ-də ilk silsilə qətllər törədən qatillərdən olub. O, adətən qurbanlarının evinə özünü Moskva şəhər Qaz İdarəsinin əməkdaşı kimi təqdim edərək daxil olduğuna görə, "Mosqaz" ləqəbi ilə tanınıb. V. İonesyan 1963 və 1964-cü illərdə Moskva və İvanovo şəhərlərində ümumilikdə 5 nəfəri qətlə yetirib. Qətllərdən öncə isə o, müxtəlif cinayətlər törətdiyinə görə, həbs olunub.
V. İonesyan törətdiyi qətllərə görə, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib və 1964-cü il fevralın 1-də güllələnib.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO