İŞİD Moskvada: onlarla ölü, 100-dən çox silah.
Virtualaz.org saytı xəbər verir ki, bir ilə yaxındır sürücüləri qorxu və dəhşət içində saxlayan seriya qatillərin yaxalanması zamanı atışma olub, qruplaşma rəhbərlərindən biri öldürülüb.
"LifeNews" kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, xüsusi əməliyyat noyabrın 6-na keçən gecə Moskva ətrafındakı Ramensk rayonunda keçirilib.
Əməliyyat zamanı Udelnaya qəsəbəsində quldur dəstəsinin gizləndiyi şəxsi ev darmadağın edilib. Banda üzvlərindən biri xüsusi təyinatlı SOBR dəstəsinin döyüşçülərinə tərəf qumbara atıb, xüsusi təyinatlılar cavab atəşi ilə onu öldürüb.
Atışma zamanı evdə yanğın başlayıb və kottec tipli ev yanıb. Evin qalıqları arasında gizli silah anbarı aşkarlanıb, orada 60-dan çox avtomat silah, minlərlə patron olduğu bildirilir.
Eyni vaxtda Moskvanın Dmitrovsk şosesində xüsusi təyinatlılar banda üzvlərinin qalan hissəsini yaxalamaq üçün əməliyyat keçirib. Bu əməliyyatda 14 nəfər saxlanılıb. Onlardan iki "AKS" avtomatı və 100-dən çox patron götürülüb. Məlumatda deyilir ki, banda üzvlərindən ikisi qadındır.
Həmçinin banda üzvlərinin kirayə qaldıqları evlərdə axtarış aparılıb və həmin ünvanlardan da silah-sursat götürülüb. Ümumlikdə əməliyyatın gedişində 100-dən çox silahın ələ keçirildiyi bildirilir.
Qeyd edək ki, yolda üzərində üçbucaqlı iti çıxıntılar olan lövhələr yerləşdirməklə maşınların təkərlərini deşən qatillər öz qurbanlarını bu yolla tələyə salırdılar. Gecə vaxtı şose yolda hərəkət edən maşınların təkərləri qəfildən deşiləndən sonra sürücülər maşını saxlayır və təkəri dəyişməyə cəhd edəndə pusqudan çıxan manyaklar onları heç nə demədən güllələyirdi.
Bu seriya qatillər barədə mətbuat ilk dəfə bu ilin avqustunda yazıb. Lakin dəstənin ötən ilin sentyabrından fəaliyyət göstərdiyi ehtimal olunur.
Mətbuat manyak dəstəsinin eyni dəsti-xətt üzrə törətdiyi bir neçə cinayət əməli haqda yazıb. Məsələn, mayın 3-də Moskva ətrafındakı Don şosesinin 84-cü kilometrliyində yük maşınının sürücüsü yolun kənarında qəza siqnalını yandıraraq dayanmış KİA Ceed avtomobilini görüb. Məlum olub ki, maşının yanında onun sürücüsünün - 64 yaşlı Moskva sakini Anatoli Lebedevin və arvadı, 62 yaşlı Tatyananın cəsədləri var. Hər iki şəxsin güllələndiyi məlum olub.
Araşdırma zamanı bəlli olub ki, cinayətkarlar yola üzərinə üçbucaqlı iti çıxıntı (mıxça) bərkidilmiş lövhə qoyublar və avtomobil bu lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün avtomobildən düşüb domkratı yerləşdirmək istəyəndə manyaklar iki tapança ilə onu və arvadını güllələyiblər. Maşında mobil telefonlar, videotexnika, planşet və pul olsa da cinayətkarlar onların heç birinə toxunmayıb.
Təxminən iki ay sonra yenə də həmin trasda eyni ssenari ilə daha bir qətl hadisəsi törədilib. Bu dəfə cinayətkarlar yolun 45-ci kilometrliyində tələ qurublar. Tula vilayətinin sakini, 53 yaşlı Aleksey Tsıqanovun "Chevrolet Cruize" avtomobili tələnin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün maşından düşəndə güllələnib. Soyğun izlərinə rast gəlinməyib.
Bundan bir gün əvvəl - avqustun 19-da isə Moskva dairəvi beton yolunun Fominsk kəndi yaxınlığından keçən hissəsində 31 yaşlı moskvalı, Moiseyev adına rəqs ansamblının keçmiş rəqqası Albert Yusupov eyni ssenari ilə öldürülüb. Bildirilir ki, istirahət günü Yusupov Luxovitsk rayonundakı bağ evinə gedib. Gecə saat 2-də geri qayıdanda yolda dostuna zəng edib və maşınının təkərinin buraxdığını deyib. Daha sonra onunla əlaqə kəsilib.
Məlum olub ki, Yusupovun "Opel" markalı avtomobili də üstündə üçbucaqlı iti çıxıntılar bərkidilmiş lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün düşəndə güllələnib. Cinayətkar Yusupova arxadan üç dəfə atəş açıb, daha sonra başından yoxlama atəşi açaraq öldürüblər. Avtomobildən heç nə oğurlanmayıb...
Dəstənin onlarla bu cür qətl həyata keçirdiyi ehtimal edilir. Hüquq-mühafizə orqanları qatillərin izinə düşmək üçün aylarla axtarışlar aparsa da nəticə əldə edə bilmirdi. Nəhayət, dəstənin izinə düşmək mümkün olub. Heç bir səbəb olmadan və soyğunçuluq məqsədi daşımadan sürücüləri öldürməklə məşğul olan bu bandanın hərəkətləri "Grand Theft Auto"adlı kompüter oyununun süjetini xatırlatdığı üçün ona "GTA bandası" adı qoyublar.
Hələlik "GTA bandası"nın liderlərinin və saxlanılan üzvlərinin adları açıqlanmır. Lakin hüquq-mühafizə orqanlarından bildiriblər ki, banda üzvləri yolda pusqu qurub sürücüləri öldürməklə yanaşı İŞİD üçün tərəfdarların "verbovka" edilməsi və onlara silahlı təlim keçilməsi ilə də məşğul olublar.
Müstəntiqlər istisna etmirlər ki, yolda pusqu qurub sürücülərin öldürülməsi də məhz gələcək İŞİD döyüşçüləri üçün məşq olub.
Mənbələr bildiriblər ki, banda üzvlərindən bir neçəsinin yaxın günlərdə Suriyaya getməyə hazırlaşdığı da müəyyən edilib. Bandanın rəhbərlərinin "olduqca radikal baxışlara malik olduğu" bildirilir.
Əməliyyatın keçirildiyi Udelnaya qəsəbəsinin sakinləri deyiblər ki, banda üzvlərinin qaldığı həmin kottecin hündür hasarı olub və onun sakinləri qapalı həyat tərzi keçiriblər. Qonşular onların "deyəsən, Asiya əsilli olduqlarını" bildiriblər. Hüquq-mühafizə orqanları isə hələlik rəsmi açıqlama vermirlər.
Virtualaz.org
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü