Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Dunya
Oxunub: 919
4 may 2016 | 09:50
Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO










İnsan hüquqları və azadlıqlarını, eyni zamanda bu hüquqların bir qolu olan qaçqınların hüquq və azadlıqlarının müdafiəsini özü üçün dəyər olaraq müəyyənləşdirən Avropanın, Suriya və İraqdakı münaqişələr nəticəsində yaranan qaçqın krizindən “üzüağ” çıxmasına dünya ictimaiyyətində inam böyük idi

Necə baş verməsi hələ də tam araşdırılmamış “Ərəb baharı”ndan günümüzədək davam edən qaçqın axınına Aropa Birliyi prizmasından baxaq. Hər şeydən əvvəl AB-nin qaçqın siyasəti üzrə təməl hüquqi baza olaraq əsas götürdüyü 1951-ci il “Cenevrə Konvensiyası”nda bu prosesin bir insan haqqı olmasına baxmayaraq,bu şəxslərin Avropadan uzaq tutulmaq istənməsidir.

Qaçqınların Avropaya axın etməsi əslində yeni bir hadisə deyil.Suriya hadisələri dünya gündəmini “zəbt” etməmişdən öncə hərbi münaqişə bölgələri olan Liviya, Eritreya, Sudan, Mali kimi ölkələrdən qaçmış insanlar Avropaya keçid üçün əsasən İspaniyanın Afrika qitəsindəki iki şəhəri Ceuta və Melillanı hədəf olaraq seçmişdilər.Bu şəhərlərin ətrafına hörülmüş tikanlı məftilləri tək-tək aşa bilməyən qaçqınlar cəm halda həmin səddə hücum edərək, polislərin hamısına eyni anda müdaxilə edə bilməməsindən yararlanaraq, şəhərə daxil olurdular.Şanslı olub şəhərə girməyi bacaranlar AB ərazisinə ayaq basdıqları üçün mövcud qanunvericiliyə əsasən“qaçqın” statusu almaq üçün müraciət etmək haqqı qazanırdılar.Lakin bu yolla istəyinə çatanların sayının az olması, qadın, uşaq və qocaların əngəli aşa bilməsinin faktiki mümkünsüzlüyü bu yolun qaçqınlar tərəfindən az istifadə olunmasına gətirib çıxarırdı.Üstəlik keçən il İspaniyanın qəbul etdiyi qanunla asayiş keşikçilərinə “divar”a toxunmadan belə qaçqınlara müdaxilə etmək hüququnun verilməsi onların bu ərazidən Avropaya daxil olmaq ümidlərini tamamilə boşa çıxardı.

AB ölkələrində ilk dəfə qaçqın probleminin ictimaiyyətin əsas müzakirə mövzusu olması, İspaniyanın ardınca ən çox seçilən ərazi İtaliyaya dəniz yoluyla gəlməyə çalışan 365 qaçqının ölməsi səbəb oldu.Hadisənin cərəyan etdiyi 3 oktyabr 2013-cü ildə Tunisdəki hadisələrdən qaçan çarəsiz insanlar İtaliyanın AB sərhədləri içərisində olan Lampedusa adasına çatmağa çalışırdılar. Bu faciənin ardından İtaliyanın o dövrkü baş naziri Enrico Mattenin təlimatıyla “Mare Nostrum” adıyla tanınan axtarış-qurtarma əməliyyatı başlandı. AB ölkələri faciənin ardından daxili işlər nazirləri səviyyəsində ortaq zirvə toplantısı keçirsələr də qaçqın problemini həll edəcək vahid bir qərar qəbul edə bilmədilər.İtaliya bu əməliyyatı təkbaşına boynuna götürdü və başda Almaniya olmaq üzrə bir çox AB dövlətləri İttifaqın laxlamaqda olan qaçqın siyasəti hüququnda islahatların əleyhinə çıxdılar.

“Mare Nostrum” proqramı çərçivəsində İtaliya dəniz qüvvətləri 70 min kvadrat kilometr ərazidə fəaliyyət göstərir, hətta Liviya sahillərinə qədər nəzarəti həyata keçirirdilər.Proqramın həyata keçirildiyi bir il ərzində 3 min qaçqının Aralıq dənizində itkin düşməsinə baxmayaraq 140 min qaçqın xilas edildi.Xilas edilmiş şəxslərin öz ölkələrinə gəlmələrindən narahatlıq keçirən başda İngiltərə olmaqla bir sıra Avropa ölkələri “Mare Nostrum”un qaçqınları bir növ Avropaya “dəvət etdiyini” əsas gətirərək bu proqramı sərt tənqid etdilər.Əməliyyatları idarə edən italyan admiral Filippo Mariya Foffi isə qaçqınların artışında əsas səbəbin müharibələr olduğunu bildirmişdi.Buna baxmayaraq artan təzyiq və proqramın maliyyə yükünün İttifaq ölkələri arasında paylaşılmaması İtaliyanı tam bir il sonra bu proqramı dayandırmasına səbəb oldu. Hadisələri qabaqlayaraq deyək ki, Avropa dövlətlərinin qəbul etdiyi bu qərarın yanlışlığı özünü çox gözlətmədi.2015-ci ilin 19 aprelində Avropanın yaxın tarixinin ən böyük dəniz faciəsi baş verdi.İtaliyaya çatmağa çalışan qayığın qəzaya uğraması nəticəsində 800-dən artıq qaçqın həlak oldu.Halbuki, həmin vaxt qaçqınların xilasedilməsi və belə faciələrin qarşısının alınması ilə bağlı Triton əməliyyatı keçirilirdi. “Mare Nostrum” proqramından daha az büdcəyə, personala və nəqliyyat vasitəsinə malik olan bu əməliyyat əslində elə də böyük bir önəm kəsb etmirdi və Avropanın 1951-ci ildə qəbul etdiyi qaçqınlarla bağlı Cenevrə Konvensiyasında, eyni zamanda hazırda fəaliyyətdə olan Dublin Sistemində göstərilən hərbi münaqişə bölgələrindən qaçan qaçqınlara verilən bir sıra hüquqlar gözardı edilir və həmin qaçqınlara qucaq açmaq Avropa ölkələrinin vəzifəsi olduğu halda bunu günü bu gün də yerinə yetirmirlər....19 aprel hadisəsi sonrası Avropa Birliyi bu məsələni BMT-nin Təhlükəsizlik Şurasına qədər qaldırdı və Avropa Birliyi sahil güvənlik güclərinə qaçaq qayıqlara hərbi müdaxilə edilməsi və belə qayıqların məhv edilməsi təklif edildi.Lakin insan tacirlərinə aid qayıqlarla balıqçı qayıqları arasında heç bir fərqin olmaması və daha böyük problemlər çıxmaması üçün bu təklif qəbul olunmadı.

Yuxarıdakı misallardan aydın görünür ki, Avropalı liderlər dünyanın gözü önündə baş verən bu tragediyalarda ictimaiyyətin reaksiyasına bir əks reaksiya olaraq hərəkətə keçirlər və bu zaman əsas prioritet qaçqınlara haqlarını vermək yox, Avropanın sərhəd təhlükəsizliyi çərçivəsində hərəkət etməkdir.

Qaçqın krizi ərəfəsində Suriyalı körpə Aylan Kurdinin sentyabr ayında Bodrum sahillərinə çıxan cansız bədəninin şəkli dünyanın vicdanını sarsıtdı.Məsuliyyətdən qaça bilməyəcəklərini anlayan Avropalı siyasətçilər özlərini praktiki addım atmaq məcburiyyətində hiss etdilər.Bu ölkələrin başında gələn Almaniya, il sonunadək 800 min qaçqının ölkə sərhədlərinə çatacağını və onların geri çevrilməyəcəyini dedi.Sərhədlərini açandan qısa müddət sonra isə Almaniya geri addım ataraq, “Qaçqın qəbul etmək qabiliyyətimizin yuxarı sərhəddinə çatmışıq” dedi, halbuki bu vaxt qəbul edilən qaçqınların sayı 100 minə belə çatmamışdı.

Son günlər Avropa ilə Türkiyə arasında Suriya məsələsi ilə bağlı müqavilə mətnində tərəflərin şərtləri aşağıdakı kimidir:
Avropanın Türkiyədən tələbləri:


-Türkiyə Yunanıstanla birlikdə AB-nin də dəstəyini alaraq dəniz sərhədlərinin güvənliyini təmin etsin.
-Türkiyə geri göndərmə müqaviləsinə uyğun olaraq qaçqınların bir hissəsini geri göndərsin.
-Türkiyədə “Hotspot” olaraq bilinən qaçqınların müraciət edib kimlik məlumatlarının qeyd edildiyi mərkəzlər yaradılsın.Beləcə kimin qaçqın olub olmadığı yerindəcə bilinsin.
Yuxarıdakılara qarşılıq olaraq Türkiyənin tələbləri belədir:
-Türkiyənin AB üzvlük danışıqları canlandırılsın
-Türkiyəyə Suriyadan gəlmiş qaçqınlar üçün maddi dəstək verilsin
-Türkiyə vətəndaşlarına vizasız AB-ə daxil olmaq hüququnun verilməsi
Suriyanın şimalında yaradılması planlanan “güvənli bölgə”yə dəstək verilməsi
Türkiyə ilə Avropa Birliyi arasında Suriyalı qaçqınlarla bağlı danışıqların motivinə nəzər salınca görürük ki, Avropa yenə də problemin əsas həllini qaçqınları Öz sərhəddinə yaxınlaşdırmamaqda görür.


ELBRUS Həsənli

Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Avropa dəyərləri siyasətindən - Sərhədlərin təhlükəsizliyi siyasətinə - FOTO
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib