Böyrəyini satıb ev aldı, zəlzələ dağıtdı
Belə yerlərdə insanı əməliyyat etmək üçün onları küçənin ortasında oğurlaya, qızıldan dağlar verəcəklərinə söz verə, hətta "böyrək yenidən boy atacaq" deyə əmin edə bilərlər.
Azerinfo.az salamnews.org-a istinadən bildirir ki, Nepalda yerləşən kiçik Hokse kəndini bu acınacaqlı şöhrətinə görə "böyrək kəndi" adlandırırlar.
Hokse kəndinin, demək olar, hər bir sakininin bir böyrəyi qalıb.
Orqanların satışı üzrə brokerlər Hokse kəndi və onun yaxın ətrafına tez-tez gələrək pula ehtiyac duyan sakinləri böyrəyindən azad olmağa cəlb edirlər.
Bu brokerlər məqsədlərinə çatmaq üçün istənilən hiyləyə əl atırlar. Kənd sakinlərinin kasıblığından və zəif təhsil görmələrindən istifadə edərək bu yazıq insanları insan üçün iki böyrəyin yolverilməz dəbdəbə olduğuna inandırırlar. Bu hiyləgər insanlar bir böyrəklə yaşamağın daha asan və yüngül olduğunu söyləyərək, ümumiyyətlə böyrəyin yenidən böyüyən orqan olduğuna əmin edirlər. Bütün mümkün olan və olmayan üsullarla onlar kənd sakinlərini müvafiq əməliyyatların keçirildiyi Hindistanın cənubuna yollanmağa razı salırlar.
Dörd uşaq anası Gita yeni ev ala bilmək üçün böyrəyini satıb.
Dörd uşaq anası Gita məhz belə tələyə düşüb. Böyrəyini satdığına görə cəmi 2000 dollar alıb. "İnsanları böyrəklərini satmağa razı salmağa çalışan bu insanların burada olduqları 10 il ərzində onlara "yox" cavabı vermişəm.
Lakin köhnə evim olduqca davamsız idi. Bizə, həqiqətən, ev lazım idi.", - Gita danışır.
O zaman Gita orqan satışı üzrə broker olan baldızı ilə Hindistana yollanıb. Əməliyyatın özü cəmi yarım saata başa çatıb. Lakin Gitanın öz vəziyyəti o qədər ağır olub ki, o, üç həftə xəstəxanada qalmalı olub. Daha sonra 200 min Nepal rupisi alan Gita evə yollanıb, ev və bir qədər torpaq alıb. Təəssüf ki, bu il baş verən zəlzələ onun yeni evini tamamilə dağıdıb.
Zəlzələdən sonra bir çox sakinlər pulsuz və evsiz qalıb və təbii ki, orqan alverçiləri üçün asan ələ keçən şikara çevriliblər.
Heç də hər kəs böyrəyini könüllü olaraq vermir; bəzi Nepal sakinlərini oğurlayır və zorla əməliyyata göndərirlər.
Orqan alveri ilə məşğul olan şəxslər heç də hər zaman kəndliləri razı salmaq üçün loyal olmurlar. Bəzən böyrəkləri başqa əməliyyat etmələri adı altında götürürlər. Eyni zamanda iki böyrək əldэ etmək üçün öldürmə halları da az baş vermir.
Qarşılıqlı razılaşma əldə edildiyi halda belə bütün bu orqanlar donordan alındığından ən azı altı dəfə baha qiymətə satılır.
Qaneş Dahadur Damainin başına gələnlər də dəhşətlidir. O, iş tapmaq məqsədilə Hindistana gedib, lakin tezliklə naməlum şəxslərin əhatəsində sərxoş vəziyyətə düşüb.
"Bədənimə iynə ilə nə isə yeritdilər, - deyə Qaneş xatırlayır, - Ayıldığım zaman xəstəxanada idim - böyrəksiz."
Üç ay sonra Qaneş 150 dollar alıb və onu Nepala geri göndəriblər.
Nepalda insanların hüquqlarının müdafiəsi üzrə proqramın koordinatoru Laksman Lamiçhanenin sözlərinə əsasən, "insanlar orada özlərini olduqca inamsız hiss edirlər, onlar qorxurlar: "Sakinləri orqan alverçilərindən müdafiə etməyə çalışan mütəmadi patrullara baxmayaraq kənd sakinləri hər gün yeni insanlarla qarşılaşırlar. Kimə etibar etmək olar? Onlardan bəzisi həqiqətən kömək edə, bəzisi isə orqanları götürə bilər."
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib