BU GÜN 28 aprel şərqdə ilk sosialist respublikanın qurulduğu gündür
Dunya
Oxunub: 1 316
28 apr 2016 | 18:16
BU GÜN 28 aprel şərqdə ilk sosialist respublikanın qurulduğu gündür

BU GÜN 28 aprel şərqdə ilk sosialist respublikanın qurulduğu gündür
Sual olunur Sovetlər bizə nə verdi? Buyurun vaxtınız, həvəsiniz, səbriniz varsa oxuyun:
- Aprel sosialist inqilabının qələbəsindən sonra Naxçıvan son yüzilliklər ərzində ilk dəfə olaraq Azərbaycan dövlətinin idarəçiliyinə qaytarıldı və Azərbaycan ərazi vahidi kimi beynəlxalq hüquqi müstəvidə tanındı.
- Aprel inqilabı Azərbaycanın daşnak Ermənistanı və meşevik Gürcüstanı arasında bölüşdürülməsi təhlükəsinə son qoydu, bir neçə il ərzində yüz minlərlə müsəlman əhalinin məhvinə səbəb olmuş daşnak terrorunun qarşısını aldı. Sovet hökumətinin qərarıyla daşnak silahla dəstələri Azərbaycandan Rusiyaya sürgün edildi və ğu terrorun başında duran bir sıra cəlladlar İnqilabi Tribunalın hökmüylə güllələndi.
- Üzəringə ay və beşguşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Sovet Respublikasının dövlət bayrağı, Azərbaycan dili isə rəsmi dövlət dili elan olundu. Azərbaycan Sovet hökumətinin verdiyi avqust 1921-ci il tarixli dekretə əsasən Respublika ərazisində bütün kargüzarlıq işlərinin dövlətdilində, yəni Azərbaycan dilində aparılması rəsmiləşdirildi.
- 1921-ci il aprelin 21-də Nərimanovun imzalamış olduğu tarixi dekretə əsasən 30 minlik milli Qızıl ordu hissələri yaradıldı
- 1921-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycan Sovet Respublikasının dövlət Konstitusiyası qəbul olundu və Azərbaycan Şərqdə konstitusiyalı dövlət quruluşuna malik ilk ölkə oldu. Silklərə (bəy, xan, rəiyyət və s.) bölgü ləğv olundu, müsəlman dünyasında ilk dəfə insanlara vətəndaşlıq hüququ verildi Aprel inqilabının qələbəsindən sonra Azərbaycanda məhkəmə islahatları keçirildi, bəy və xanların məhkəmə orqanlarındakı hökmranlıqlarına son qoyuldu. Beləki inqilaba qədər məhkəmələrdə anca bəylərin, ağaların nümayəndələri təmsil olunurdu və nəticədə kəndlilərlə bəylər arasında yaranan bütün mübahisələr ağaların xeyrinə həll olunurdu. Bu vəziyyətdən istifadə edən bəylər kəndlilərin dədə-baba torpaqlarını zorla onların əlindən alır, məhkəmələrdə isə bu qəsbkarlıqlarına hüquqi don geyindirirdilər. Azərbaycan Sovet hökuməti məhkəmələrdə bəylərin hökmranlığına və təmsilinə son qoydu. Azərbaycan və Şərq tarixində ilk sivill vətəndaş məhkəmələri yaradıldı.
- Aprel inqilabının qələbəsi nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq neft yataqları, digər faydalı qazıntılar, meşələr, çaylar, göllər və s. ümumxalq mülkiyyəti elan edildi
- Aprel sosialist inqilabından sonra Nərimanovun imzalamış olduğu dekretə əsasən Azərbaycan tarixində ilk dəfə Milli Aviasiya təşkil olundu, müsəlman ölkələri arasında ilk dəfə Azərbaycanda aeroportlar salınmağa başladı.
- Şərqdə və Sovet İttifaqında ilk dəfə olaraq Bakıda tramvay nəqliyyatının əsası qoyuldu (1924)
- Şərqdə və Sovet İttifaqında ilk dəfə 1926-cı ildə Bakıda ilk elektriklənmiş dəmiryol xətti çəkilib istifadəyə verildi
- Avropada ilk açıq tipli istilik-elektrik stansiyası Sovet Azərbaycanında istifadəyə verildi.
- Müsəlman Şərqində ilk rodio, ilk televiziya Sovet Azərbaycanında yaradıldı.
- Şərq ölkələri arasında ilk metro tikintisi Azərbaycanda həyata keçirildi.
- Şərqdə ilk Elmlər Akademiyası, Avropada öz dövrünün ən böyük teleskopuna sahib Şamaxı Astrofizika Rəsədxanası, Kosmik Tədqiqatlar Mərkəzi Azərbaycanda yaradıldı.
- Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər birinci dəfə Azərbaycanda tətbiq olundu.
- Şərqdə ilk Konservatoriya, ilk Filarmoniya, ilk Ali Teatr Məktəbi Azərbaycanda yaradıldı.
- İnqilaba qədər cəmi 12 nəfər millətcə azərbaycanlı mühəndisi olan bir ölkə Aprel inqilabından sonra minlərlə mühəndisi, on minlərlə texniki işçisi olan qüdrətli sənaye ölkəsinə çevrildi. Azərbaycan ilk dəfə olaraq neft xammalı ixrac edən ölkədən neft-maşınqayırma avadanlıqları ixrac edən ölkəyə çevrildi. Sovet İttifaqında istehsal olunan neft-maşınqayırma avadanlıqlarının 70-75%- Azərbaycanın payına düşürdü. 60-70-ci illərdə SSRİ-də çıxarılan neftin cəmi 2-3%-ni verən Azərbaycan az qala İttifaqın bütün neft-maşınqayırma sənayesini öz əlində cəmləmişdi. Bu tip sənaye müəssisələrinin 43-dən çoxu Azərbaycanda yerləşirdi.
- İnqilaba qədər tarlalarında bir dənə də olsun traktoru, yük avtomobili, kombaynı olmayan geridəqalmış aqrar ölkə, Aprel sosialist inqilabından dərhal sonra minlərlə, on minlərlə traktoru, kombaynı, pambıqyığan maşını olan mexanikləşdirilmiş sənaye ölkəsinə çevrildi. Tariximizdə ilk dəfə olaraq elmi yeniliklər kənd təsərrüfatına tətbiq olundu, Mil-Müğan səhrası da daxil olmaqla torpaqlarda meliorasiya işləri aparıldı, torpaqlar gübrələndi, səhralaşmış torpaqlar yenidən kənd təsərrüfatına qazandırıldı.
- İnqilaba qədər elektrik işığının nə olduğunu bilməyən bir ölkə Aprel sosialist inqilabından sonra tam surətdə həm kəndləri, həm sənayesi elektrikləşmiş ilk Şərq ölkəsi oldu.
- İnqilaba qədər kəndlərinə bir manat da olsun investisiya qoyulmamış, bir nəfər də olsun aqronomu, zootexniki olmayan bir ölkətezliklə İttifaq miqyaslı aqrar sənaye kompleksi yaratdı. İttifaqın ən böyük konserv zavodları, baramaçılıq kombinatları, pambıqtəmizləmə zavodları Azərbaycan regionlarında yaradılıb istifadəyə verildi.
- İnqilaba qədər bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 90%-dən çoxunun oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilməyən savadsız, naxırçılar, çobanlar ölkəsi Aprel sosialist inqilabından sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, regional miqyaslı Astrofizika rəsədxanası, kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.
- Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları məhz Sovet Azərbaycanının yetirmələri olmuşdurlar.
- Sovet Azərbaycanı dünyəvi təhsil sisteminə keçən qadınların da kütləvi təhsilə cəlb edildiyi ilk Şərq ölkəsi kimi tarixə düşmüşdür. Şərqdə ilk dəfə əlifba islahatları Azərbaycanda həyata vəsiqə almışdır.
- İspaniya, Norveç kimi Avropa ölkələrində qadınların seçki hüququ olmayanda Sovet Azərbaycanında qadınlar deputat, nazir, müəssisə rəhbəri vəzifələrinə seçilir, xalq təsərrüfatında, elmi tədqiqat institutlarında kişilərlə bir cərgədə çalışırdılar.
- İnqilaba qədər cəmi bir neçə yüz tələbəsi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər on min vətəndaşına düşən tələbələrin sayına görə ABŞ, Fransa kimi dövlətləri açıq bir fərqlə üstələyirdi.
- İnqilaba qədər cəmi 114 nəfər həkimi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər min nəfər əhaliyə düşən həkimlərin, tibb işçilərinin sayına görə nəinki Türkiyə, İran, İrak kimi böyük müsəlman dövlətlərini, hətta Norveç, Hollandiya kimi Avropa dövlətlərini də qabaqlayırdı.
- Aprel inqilabının qələbəsi Anadoluda Şərqi Ermənistan dövlətinin yradılması planını iflasa uğratdı. Nərimanov Şərqi Ermənistan ideyasını Kremldə dəfn etdi.
- Nərimanovun imzaıyla 1920-ci il mayın 26-da milli-dini dəyərlərin qorunmasıyla bağlı Azərbaycan İnqilab Komitəsinin dekreti elan edildi. Sözügedən dekret tarixdə ilk dəfə olaraq Novruz bayramını, Aşura gününü, Qurban bayramını və Mövlud gününü qeyri-işgünü kimi rəsmiləşdirdi.
- Azərbaycan tarizində Aprel inqilabından bir il sonra ilk dəfə olaraq 1921-ci ilin sentyabrında arxeoloji qazıntılara başlandı və bununla da xalqımızın qədim tarixinin öyrənilməsi, milli arxeologiyanın əsası qoüuldu.
- Aprel inqilabından sonra Azərbaycan tarixində ilk dəfə olaraq su təsərrüfatının yaradılmasına kapital qoyuluşu həyata keçirildi. Təkcə bir beşillik ərzində Azərbaycanın su təsərrüfatına İttifoqbüdcəsindən 1 milyard 128 milyon manat kapital qoyuldu.
- Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxarılmasının əsası qoyuldu. Məlumat üçün deyək ki, Xəzər dənizində neftin olmasını da ilk dəfə olaraq Nərimanov tərəfindən əsası qoyulmuş Azərbaycan Milli aviasiyası kəşf etmişdir.
- Aprel inqilabından sonra islam şərqində ilk kinostudya Bakıda təşkil olundu. Bununla da kütləvi və peşəkar mənada milli Sovet kinosunun əsası qoyuldu.
- İnqilabdan sonra Sovet hökuməti Azərbaycan vətəndaşlarına dünyada anoloqu olmayan pulsuz mənzil hüququ verdi. Bu hüquq hər bir çalışan insanın işlədiyi müəssisənin mənzil fondları hesabına pulsuz olaraq mənzillə təminatını nəzərdə tuturdu. Nəticədə hər il orta hesabla 2 milyon kvadrat metr mənzil tikilib pulsuz mənzil hüququ çərçivəsində əhaliyə paylanırdı. Bu indiki bazar qiymətləriylə hər il üçün 1-1,5 milyard manat məbləğində vəsait deməkdir
- Aprel inqilabının qələbəsi Azərbaycan zəhmətkeşlərinə pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək və dövlət pensiya hüququ kimi bir sıra hüquq və azadlıqlar bəxş etdi
28 aprel həm də eşşəkdən, öküz arabasından düşüb tramvaya mindiyimiz tarixdir. 1927-ci ildə Bakıda olmuş fransız yazıçısı Anri Barbüs məhz bu yenilikdən heyrətlənərək yazırdı: «Məndən soruşsalar ki, Sovet hakimiyyəti, onun dostlarını və hətta düşmənlərini ən çox təəccübləndirən və heyrətə salan nə kimi işlər görmüşdür, mən cavab verib deyərdim ki, Bakıya baxsanız bunu görərsiniz. Çünki dünənki hüquqsuzluq, köləlik və səfalətlə bu günkü səadət arasındakı böyük uçurumu heç bir yerdə Bakıda olduğu qədər aydın görmək olmaz».
1922-23-cü illərdə Bakıda Sovet İttifaqı və Şərq tarixində ilk dəfə tramvay xətti istifadəyə verildi. Bu öz dövrü üçün nəqliyyatda inqilab idi. Moskvalılardan, peterburqlulardan, kiyevlilərdən, istanbullulardan, tehranlılardan əvvəl məhz birinci bakılılar tramvay nəqliyyatından istifadə etdilər. 1923-cü ilin yanvarında Bakı tramvay xəttinin çəkilişinə Rusiya hökuməti 500 min manat qızıl pul göndərdi. Bakı tramvay xəttinin istifadəyə verilməsiylə əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədr müavini Mirbəşir Qasımov çox anlamlı bir müqayisə aparır. O deyirdi: «Bu gün yalnız Bakı fəhlələri üçün deyil, həmçinin bütün dünya fəhlə sinfi üçün bayramdır, çünki bu gün burjuaziya aləmində eşitsələr ki, Bakı proletariatı 10 ay ərzində tramvay yolu çəkmişdir və Bakı burjuaziyası 20 il ərzində həmin tramvay yolu haqqındı boş danışmaqdan başqa heç şey etməmişdi, onda bu, burjuaziyaya ən güclü bir zərbə Bəli, Bakıya tramvay xəttinin çəkilməsi barədə neft milyonçuları da daxil olmaqla şəhər duması 20 il boşboğazlıq etməkdən başqa heç bir iş görmədilər. Ona görə yox ki, vəsait tapılmırdı, yox, sadəcə on görə ki, milyonçuların başqa zövqləri və başqa «xidmət» sferaları mövcud idi. Məsələn, milyonçular, şəhər dumasının adlı-sanlı üzvləri çox mənasız belə bir bəhsləşməyə girişmişdilər ki, Bakı şəhərinin bələdiyyə rəisi gərək bütün iri şəhərlərin bələdiyyə başçılarından daha çox maaş alsın. Beləki «Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4000 manat maaş aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Halbuki Rusiya imperiyasının nazirləri ildə 15000 manat maaş alırdılar. Bakı milyonçularının bu avam «səxavəti» dəfələrlə qəzet fleytonlarında lağa qoyulmuşdu» Bundan başqa neft milyonçularının təsis etdikləri «Sovet Syezd» polisin fəhlə tətillərinə, fəhlə hərəkatına divan tutması üçün dövlətə hər il 535000 manat vəsait ödəyirdilər. Bu faktlardan da göründüyü kimi neft milyonçularının Bakıya tramvay xətti çəkdirmələrindən daha «vacib» pul xərcləməli yerləri var idi. Amma bütün yoxluqlara və yoxsulluqlara baxmayaraq Azərbaycan Sovet hökuməti cəmi 10 ay ərzində Bakıda tramvay xəttinin çəkilişinə nail oldu. Bəli, Mirbəşir Qasımovun sözləriylə desək, Bakı milyonçularının 20 ildə görə bilmədiyi bir işi Bakı fəhləsi cəmi 10 ayda gördü və sübut etdi ki, neft xalqın rifahına xidmət edir.

kommunist.biz
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib