Paşinyan qələbə eyforiyasında - sülhə risk?

Baş nazir həm iqtidarını möhkəmləndirir, həm də referenduma getmək üçün yeni seçkilərə hazırlaşır - Bakıdan gözlənti
Ermənistanın baş naziri Nikol Paşinyan yerli seçkilərin nəticələrini şərh edərək müxalifət qüvvələrini hədəfə alıb. O, “müharibənin üçbaşlı partiyası” adlandırdığı qüvvələrin - “Ermənistan” blokunun, “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarının məğlubiyyətə uğradığını bildirib.
Paşinyanın sözlərinə görə, yerli seçkilərin nəticələri bunu təsdiqləyir. Baş nazir Ermənistanın dövlət maraqlarını əsas götürən yeni müxalifətin formalaşmasının vacibliyini də vurğulayıb. O, hazırkı müxalifət qüvvələrini casusluqda ittiham edib və onların xaricdən idarə olunduğunu iddia edib. O, eyni zamanda bildirib ki, yeni müxalifətin yaradılması hökumətin işi olmamalıdır.
Baş nazirin bu açıqlamaları Ermənistanda hakimiyyətlə müxalifət arasında siyasi qarşıdurmanın davam etdiyini göstərir. Bununla yanaşı, Paşinyanın yerli seçkilərin nəticələrini hakimiyyətin siyasi üstünlüyünün göstəricisi kimi təqdim etməsi ölkədə qarşıdakı parlament seçkiləri və konstitusiya dəyişiklikləri ətrafında müzakirələri də aktuallaşdırır. Paşinyan qarşıdakı parlament seçkiləri vasitəsilə siyasi mövqelərini möhkəmləndirmək və konstitusiya dəyişiklikləri üçün əlverişli parlament çoxluğu əldə etmək niyyətindədir. Lakin belə bir üstünlüyün əldə olunması seçkilərin nəticələrindən və parlamentdə formalaşacaq qüvvələr nisbətindən asılı olacaq.
Paşinyanın Rusiyaya yaxınlığı ilə tanınan müxalifət qüvvələrini hədəfə alması da diqqət çəkir. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşdığı, Moskvanın isə İrəvanın Avrasiya İqtisadi Birliyindəki üzvlüyü ilə bağlı ziddiyyətləri gündəmə gətirdiyi bir vaxtda daxili siyasi mübarizə daha geniş geosiyasi məna kəsb edir. Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacağına dair mövqeyi Paşinyan hakimiyyəti qarşısında ciddi siyasi və iqtisadi dilemma yaradır.
Yerli seçkilərdə əldə olunan nəticələr Paşinyanı bu məsələni daha qəti şəkildə gündəmə gətirməyə, hətta gələcək parlament seçkilərini ölkənin inteqrasiya istiqaməti ilə bağlı siyasi seçimə çevirməyə həvəsləndirə bilər. Bununla belə, yerli seçkilərin nəticələri özlüyündə Ermənistan cəmiyyətinin Aİ və Avrasiya İqtisadi Birliyi arasında seçimə dair mövqeyini müəyyən etmir. Paşinyanın belə bir addım atıb-atmayacağı isə ayrıca siyasi qərardan asılıdır. Üstəlik, Paşinyan belə “özünü öyməklə” regionda kövrək sülhü risk altına qoya bilər. Azərbaycan baxımından əsas məsələ bu geosiyasi rəqabətin Ermənistanın sülh gündəliyinə necə təsir edəcəyidir. Paşinyan seçkilərdən sonra siyasi üstünlüyünü möhkəmləndirərək Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində irəliləyəcəkmi, yoxsa Moskva ilə Qərb arasında seçim təzyiqi daxili siyasi qarşıdurmanı daha da kəskinləşdirəcək?
Əsas sual budur: Paşinyan mümkün seçki qələbəsini öz hakimiyyətini və konstitusion üstünlüyünü möhkəmləndirmək üçün istifadə edəcək, yoxsa bu siyasi fürsəti Azərbaycanla sülhün təmin olunmasına və Cənubi Qafqazda sabitliyin gücləndirilməsinə yönəldəcək?
Siyasi şərhçi Xəyal Bəşirovun qəzetimizə bildirdiyinə görə, bu nəticə ilə Paşinyan daxildə siyasi manevr imkanlarını genişləndirəcək. Amma onun fikrincə, bu imkanlardan necə istifadə edəcəyi sülh prosesinin real nəticələrindən və Ermənistanda siyasi rəqabətin vəziyyətindən asılı olacaq: “Paşinyan sülhü artıq öz siyasi kursunun əsas elementlərindən birinə çevirib. Yəni hər çıxışda cəmiyyətə sülhlə bağlı ismarışlar verir. Demək istəyir ki, mövcud iqtidarın gedişi sülh prosesini poza bilər. İkincisi, Paşinyan Azərbaycanla yekun sülh sazişinin imzalanması ilə əlaqəli konstitusiya məsələlərinin həllini gündəmdə saxlayır. Hətta növbədənkənar yeni seçkilərin keçirilməsinə eyham vurub. Görünür ki, yerli seçkilərdə müxalifətin məğlubiyyəti onu ruhlandırıb və növbədənkənar parlament seçkilərində əzici üstünlüklə qələbə qazanacağına inanır. Bu da referenduma getməyə konstitusion üstünlük qazandıracaq. Yəni son seçkilərin nəticələri bu mənada eyforiya yarada bilər. Amma eyforiyadan daha çox reallıq hesab edirəm”.
Ekspertə görə, konstitusiya dəyişikliyi yalnız sülh danışıqlarının deyil, həm də Ermənistanın daxili siyasi mübarizəsinin mərkəzində dayanır: “Paşinyan həm əlini gücləndirmək, yəni hakimiyyətini möhkəmləndirmək istəyir, həm qanunlara dəyişiklik etməklə daxili siyasətdə yeni dövrü başlatmaq qərarındadır. Bununla da keçmiş cinayətkar qrupların idarə etdiyi Ermənistandan əsər-əlamət qalmayacaq və tamamilə yeni sistemə keçid olunacaq. Yəni yalnız sülh məsələsi deyil, daxili gündəmə aid vacib mövzular var ki, konstitusiya dəyişikliyi labüd görünür. Ancaq Paşinyan Qərbdən daha çox dəstək almaq istəyir. Çünki Rusiya qarşısında onu hələ böyük sınaqlar gözləyir. Bu mərhələdə müxalifətin məğlubiyyəti o demək deyil ki, hamar yol açıldı. Bu gün Qərb və Rusiya Ermənistanda strateji rəqabəti davam etdirir. Ona görə hökumətin iki missiyası var - daxildə mövqeyini gücləndirmək, bütün müqavimət qalaları dağıldıqdan sonra rahat referenduma getmək və bununla da yekun sülh sənədini təzyiqlər olmadan imzalamaq”.
Xəyal Bəşirovun müşahidələrinə görə, Paşinyan hazırda sülh sazişinin qarşısındakı maneəni aradan qaldırmağa çalışır və konstitusiya gündəliyindən daxili siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə edir: “Son parlament seçkiləri göstərdi ki, müxalifətin gücü var. Rusiyanın rolu da danılmazdır. Ona görə konstitusion üstünlük əldə edilmədi. Yerli seçkilər isə fərqlidir, cəmiyyət laqeyd yanaşa da bilər. Odur ki, Paşinyan real vəziyyəti analiz edəcək. Əgər əmin olsa ki, növbədənkənar parlament seçkilərində müxalifəti böyük səs fərqi ilə məğlub edəcək, onda buna qərar verə bilər. Amma qısa zaman ərzində baş verəcəyini də gözləmirəm. Seçkilər 5 ay əvvəl olub. Hər bir halda, Azərbaycan üçün əhəmiyyətli məqam qarşı tərəfin ərazi iddialarını qanunvericilik aktlarından çıxarmasıdır. Paşinyanın hakimiyyətinin möhkəmlənməsi ilə Azərbaycanla sülhün irəliləməsi bir-birini istisna edən proseslər deyil. O, həm siyasi mövqelərini gücləndirməyə, həm də sülh sazişini yekunlaşdırmağa çalışa bilər. Oktyabr seçkilərinin nəticələri ona daxili siyasətdə daha geniş manevr imkanı verir. Eyni zamanda 2027-2028-ci illər üçün səsləndirdiyi sülh sazişi hədəfi göstərir ki, bu məsələ onun siyasi gündəmində qalır. Ancaq konkret nəticəni seçki faizlərindən deyil, konstitusiya məsələsinin necə həll olunmasından, sazişin imzalanmasından və kommunikasiyaların faktiki açılmasından qiymətləndirmək lazımdır”.
Dünən, 16:00
Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
Dünən, 15:30
Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
Dünən, 14:22
TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
Dünən, 14:00
Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
Dünən, 13:41
Paşinyan qələbə eyforiyasında - sülhə risk?
Dünən, 12:15
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Dünən, 11:57
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Dünən, 11:52
İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
Dünən, 11:49
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 10:48
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:43
Bu gün 5 matç var
Dünən, 10:38
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Dünən, 10:33
Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
Dünən, 10:08
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
Dünən, 10:04
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dünən, 10:00
İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
Dünən, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dünən, 09:33
Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
Dünən, 09:29
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Dünən, 09:25
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dünən, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
27-10-2026, 16:00
Cənub qonşumuz odla oynayır: Böyük müharibə qapıdadır, Bakı ssenarilərə hazır olmalıdır
27-10-2026, 15:30
Trampın oğlu rusiyalı biznesmenlə BİR ARADA - Monqolustanda GİZLİ GÖRÜŞ
27-10-2026, 14:22
TƏCİLİ! Minlərlə insan küçələrə axışdı - Müharibə gedir, maşınlar yandırılır - ŞOK
27-10-2026, 13:30
Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi
27-10-2026, 13:25
Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu - YENİSİ TƏYİN EDİLDİ