Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
Dunya
Oxunub: 24
28 okt 2026 | 16:00
Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…


Rusiya Yaxın Şərqdə təhlükəli ikili oyun aparmaqda şübhəli bilinir. Moskva bir tərəfdən Səudiyyə Ərəbistanı ilə dostluq münasibətlərini qoruyur, digər tərəfdən isə İranın dəstəklədiyi silahlı qruplaşmaların bu ölkənin strateji obyektlərinə hücumlarında kəşfiyyat məlumatları ilə yardım göstərməkdə ittiham olunur.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) araşdırma yayımlayıb.

Araşdırmaya əsasən, Rusiyaya məxsus kəşfiyyat peykləri Səudiyyə Ərəbistanının mühüm neft infrastrukturu və hərbi obyektlərinə hücumlardan əvvəl həmin ərazilər üzərində müşahidə aparıb.

AP-nin istinad etdiyi Cenevrədə yerləşən AURORAH Geosignal Intelligence şirkəti iyulun 1-dən oktyabrın 19-dək Səudiyyə Ərəbistanında həyata keçirilmiş 40 raket və pilotsuz uçuş aparatı hücumunu təhlil edib. Hücumların arxasında İranın dəstəklədiyi Yəmən husiləri və İraqdakı silahlı qruplaşmaların dayandığı bildirilir.

Şirkətin mütəxəssisləri 72 Rusiya kəşfiyyat peykinin hərəkət trayektoriyalarını araşdıraraq diqqətçəkən qanunauyğunluq müəyyən ediblər. Bütün 40 hadisədə Rusiya peykləri hücumlardan bir neçə gün əvvəl və sonra hədəf alınan ərazilərin üzərindən keçib.

“Biz 100 faizlik uyğunluq aşkar etdik”, – deyə AURORAH şirkətinin təsisçisi Nəvaf Ubeyd bildirib.

Araşdırmada xüsusi diqqət sentyabrın 10-da Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin üç nasos stansiyasına İraq ərazisindən həyata keçirilmiş dron hücumuna yönəldilib.

Hücum nəticəsində 1200 kilometr uzunluğundakı neft kəməri ilə daşınma dayandırılıb. Bu kəmər Səudiyyə Ərəbistanına Hörmüz boğazından yan keçərək Qırmızı dəniz vasitəsilə neft ixrac etməyə imkan verir.

AURORAH-ın məlumatına görə, iyul ayından etibarən kəmərin sonradan vurulmuş hissələrini Rusiyanın “Kosmos-2600” seriyasından 11 peyk müşahidə edib. Hücumdan bir neçə həftə əvvəl, eləcə də zərbədən dərhal öncəki saatlarda peyklərin həmin ərazilər üzərindən keçmə tezliyi artıb.

Bir həftə sonra husilər Səudiyyə Ərəbistanının Taif şəhərində yerləşən Kral Fəhd aviabazasına hücum ediblər. Nəticədə anqarda saxlanılan İtaliyaya məxsus “Eurofighter Typhoon” qırıcı təyyarəsi zədələnib. Bu faktı İtaliyanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Nəvaf Ubeydin fikrincə, zərbənin dəqiqliyi yüksəkkeyfiyyətli kəşfiyyat məlumatlarından istifadə olunduğunu göstərir. Onun qənaətinə görə, husilərin və İranın belə məlumatları müstəqil şəkildə əldə etmək imkanları məhduddur.

Araşdırmada göstərilir ki, hər iki hücumdan əvvəlki və sonrakı 72 saat ərzində hədəf ərazilər üzərində müşahidə aparan Rusiya peyklərinin sayı iyul ayındakı göstəricidən 50 faiz çox olub.

AP-yə danışan yüksəkvəzifəli husi nümayəndəsi isə daha konkret açıqlama verib. O təsdiqləyib ki, Yəməndəki iranlı müşavirlər Rusiya peyklərindən əldə olunan məlumatları hədəflərin seçilməsi üçün husilərə ötürüblər.

Səudiyyə Ərəbistanından olan rəsmi şəxs də Rusiya peyk kəşfiyyatının mart ayında İranın həyata keçirdiyi hücumlara yardım etdiyini bildirib. Həmin hücumlar zamanı Şahzadə Sultan aviabazasında ABŞ-yə məxsus kəşfiyyat təyyarəsinə ciddi ziyan dəydiyi, Ər-Riyaddakı ABŞ səfirliyi kompleksində yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin bölməsinin də hədəfə alındığı qeyd olunur.

Rusiyanın İran və onun müttəfiqlərinə kəşfiyyat məlumatları ötürməsi barədə iddialar ilk dəfə səsləndirilmir.

2024-cü ilin oktyabrında “The Wall Street Journal” Moskvanın Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən husilərə peyk məlumatları verdiyini yazmışdı. Nəşrin məlumatına görə, bu məlumatlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri vasitəsilə ötürülüb.rdü.

2026-cı ilin martında isə “The Washington Post” amerikalı rəsmilərə istinadən Rusiyanın Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinin və təyyarələrinin yerləşməsi barədə məlumatları İrana təqdim etdiyini bildirmişdi.

Araşdırmanın ən diqqətçəkən tərəfi isə Moskvanın Səudiyyə Ərəbistanı ilə münasibətləridir.

Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın əvvəlində husilərin Səudiyyə Ərəbistanı infrastrukturuna hücumlarını açıq şəkildə pisləyib. Bundan təxminən iki həftə sonra Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi telefon danışığında ikitərəfli münasibətlərin vəziyyətindən məmnunluqlarını ifadə ediblər.

Beləliklə, AP-nin araşdırması Moskvanın bir tərəfdən Ər-Riyadla əməkdaşlığı davam etdirdiyi, digər tərəfdən isə Səudiyyə Ərəbistanına hücum edən qüvvələrə kəşfiyyat dəstəyi göstərdiyi barədə ciddi suallar doğururb.
Dünən, 16:00
Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
Dünən, 15:30
Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
Dünən, 14:22
TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
Dünən, 14:00
Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
Dünən, 13:41
Paşinyan qələbə eyforiyasında - sülhə risk?
Dünən, 12:15
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Dünən, 11:57
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Dünən, 11:52
İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
Dünən, 11:49
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 10:48
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:43
Bu gün 5 matç var
Dünən, 10:38
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Dünən, 10:33
Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
Dünən, 10:08
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
Dünən, 10:04
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dünən, 10:00
İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
Dünən, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dünən, 09:33
Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
Dünən, 09:29
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Dünən, 09:25
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dünən, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
27-10-2026, 16:00
Cənub qonşumuz odla oynayır: Böyük müharibə qapıdadır, Bakı ssenarilərə hazır olmalıdır
27-10-2026, 15:30
Trampın oğlu rusiyalı biznesmenlə BİR ARADA - Monqolustanda GİZLİ GÖRÜŞ
27-10-2026, 14:22
TƏCİLİ! Minlərlə insan küçələrə axışdı - Müharibə gedir, maşınlar yandırılır - ŞOK
27-10-2026, 13:30
Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi
27-10-2026, 13:25
Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu - YENİSİ TƏYİN EDİLDİ