Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sosial
Oxunub: 12
28 okt 2026 | 10:38
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?


Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə avtomobildə sürücülərin telefondan istifadəsi ilə bağlı cərimə qaydasının dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb.

“Təklifə əsasən, yaxın gələcəkdə sürücünün hərəkət vaxtı telefonu əldə saxlamaqla istifadə etməsinə görə cərimənin elektron qərarla, yəni kameralar vasitəsilə qeydə alınaraq rəsmiləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Məsələ ilə bağlı şərh verən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, layihə dərc edilməsə də, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına İXM-in 342.6-cı maddəsində göstərilən xətanın da əlavə edilməsindən söhbət gedir.

Onun sözlərinə görə, təklifin qəbul edilməsindən sonra (qanunvericilik prosedurlarını nəzərə alsaq, təxinən 2027-ci ilin ilk aylarından) bu xətaya görə də sürücülər barəsində nəzarət kameraları vasitəsilə cərimə tətbiqi mümkün olacaq.

“Telefondan istifadə hallarının kamera ilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi asan olmayacaq. Söhbət hərəkət vaxtı avtomobilin salonunda telefonu əldə tutaraq istifadə edən sürücünün görüntüsünü qeydə almaqdan gedir. Qanunun tələbinə əsasən, bunu edəcək kamera telefonun əldə tutulmaqla istifadə edildiyini fiksə etməlidir. Bu da qırmızı işıqdan keçən avtomobili qeydə almaq kimi sadə bir iş deyil. Ona görə elektron nəzarət sistemi də təkmilləşdirilməli, elə edilməlidir ki, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər (sübutlar) əldə etmək mümkün olsun. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq.

Sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsi tək bizim ölkədə yox, dünyada yol hərəkəti təhlükəsizliyinin ən ciddi probleminə çevrilib. Yol hərəkti təhlükəsizliyi ilə məşğul olan qlobal təşkilatlar sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsini yol-nəqliyyat hadisələrinin ən geniş yayılmış səbəbi hesab edirlər.

Zəncirvari qəzaların və arxadan çırpılmaların əksəriyyəti, bəzən lüzumsuz asta sürətlə hərəkət edərək nəqliyyat axınını iflic etmə, bu kimi çoxlu təhlükəli məqamlar və sürücülərin yollarda gördüyümüz xeyli məntiqsiz davranışları hərəkət vaxtı telefondan istifadənin fəsadlarıdır.

Gələcəkdə bu qayda pozuntusunun elektron qərarla rəsmiləşdirilməsi yəqin ki, müəyyən çəkindirici rol oynayacaq. Amma əsas məqam sükan arxasında olan şəxsin bunu şüurlu dərk etməsidir. Hamı bilməlidir ki, hərəkət vaxtı yol şəraitinə 1-2 saniyə nəzarət etməmək də ağır faciələrə gətirib çıxara bilər (məsələn, 90 km/saat sürətlə gedən avtomobil 2 saniyəyə 50 metr məsafə qət edir, həmin məsafədə sürücünün heç nəyə baxmamsı çox təhlükəlidir). Sadəlövhcəsinə “hər şeyi görürüm” kimi düşüncələr yanlışdır, çünki hər şeyi və hər zaman görmək üçün insan gözü kəsintisiz olaraq, özü də imkan daxilində 360 dərəcə panoramda yola və yolda olanlara nəzarət etməlidir.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, telefon sadəcə sürücü onun ekranına baxmaqla və ya əldə tutmaqla diqqət yayınmasına səbəb olmur. Telefonda bəzən sürücünün aldığı və ya ötürmək istədiyi elə informasiyalar olur ki, həmin informasiyaların sürücünün beynini məşğul etməsi səbəbindən onun gözləri yola baxsa da, əslində o, gördüklərini tam qavramır və bəzən reaksiyada gecikərək faciəli səhvlərə yol verir. Qanun layihəsi dərc olunanda detalları daha aydın görəcəyik”, - ekspert vurğulayıb.
Bu gün, 12:15
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bu gün, 11:57
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Bu gün, 11:52
İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
Bu gün, 11:49
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Bu gün, 10:48
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:43
Bu gün 5 matç var
Bu gün, 10:38
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Bu gün, 10:33
Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
Bu gün, 10:08
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
Bu gün, 10:04
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Bu gün, 10:00
İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
Bu gün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Bu gün, 09:33
Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
Bu gün, 09:29
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Bu gün, 09:25
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Bu gün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Dünən, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Dünən, 16:00
Cənub qonşumuz odla oynayır: Böyük müharibə qapıdadır, Bakı ssenarilərə hazır olmalıdır
Dünən, 15:30
Trampın oğlu rusiyalı biznesmenlə BİR ARADA - Monqolustanda GİZLİ GÖRÜŞ
Dünən, 14:22
TƏCİLİ! Minlərlə insan küçələrə axışdı - Müharibə gedir, maşınlar yandırılır - ŞOK
Dünən, 13:30
Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi
Dünən, 13:25
Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu - YENİSİ TƏYİN EDİLDİ
Dünən, 13:14
SON DƏQİQƏ! Qara dənizdə müharibə TƏHLÜKƏSİ - Türkiyə üçün CİDDİ RİSK var
Dünən, 12:10
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Dünən, 12:03
İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir
Dünən, 11:37
Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
Dünən, 11:32
“Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”