Hiroşimada G7 ölkələri xarici işlər nazirlərinin görüşü başlayıb
Dunya
Oxunub: 1 026
10 apr 2016 | 17:50
Bu gün Hiroşimadakı “Grand Prince” mehmanxanasında “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.

Hiroşimada G7 ölkələri xarici işlər nazirlərinin görüşü başlayıb
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, yalnız Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer təyyarəsində yaranan nasazlıq səbəbindən 1945-ci ildə ABŞ tərəfindən atom bombası atılmış bu yapon şəhərinə vaxtında gəlib çata bilməyib.
Yaponiya Xarici İşlər Nazirliyi F.V.Ştaynmayerin G7 xarici işlər nazirlərinin bütün rəsmi görüşlərində iştirak etməyəcəyi barədə məlumat yayıb. Eyni zamanda, almaniyalı nazirin yapon həmkarı ilə ikitərəfli görüşü də təxirə salınıb.
Proqrama əsasən, aralarında ABŞ-ın dövlət katibi Con Kerrinin də olduğu görüş iştirakçıları rəsmi müzakirələrdən əlavə, Sülh parkını ziyarət edəcəklər. Nazirlər üçün hazırlanan mədəni proqramda Yaponiyanın gözəl guşələrindən biri hesab olunan Miyacima adasındakı İtsukusuma şintoist məbədinə səfər də nəzərdə tutulur. Aprelin 11-də isə Yaponiyanın xarici işlər naziri Fumio Kişida yekun mətbuat konfransı keçirəcək. Bundan sonra jurnalistlərlə digər nazirlərin görüşü də gözlənilir.
Nazirlər Hiroşimada terrorizmlə mübarizə, dənizdə təhlükəsizlik və nüvə tərksilahı ilə bağlı məsələləri müzakirə edəcəklər. Bundan əlavə, G7 xarici işlər nazirlərinin Yaxın Şərqdə və Ukraynada vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı da bildirilir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın verdiyi məlumata əsasən, müzakirələr zamanı regional problemlərə, o cümlədən Şimali Koreya məsələsi və naviqasiyanın hərəkət təhlükəsizliyi ilə bağlı məsələlərə də diqqət yetiriləcək.
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib