Ermənilərdən növbəti şərəfsizlik
Dunya
Oxunub: 4 845
10 apr 2016 | 11:14
Ermənilərdən növbəti şərəfsizlik










Erməni nazirdən mədəniyyətsiz müraciət — Azərbaycanla bağlı...

Ermənistanın Baş naziri Rusiyanı Azərbaycana silah satmamağa çağırıb

Azerinfo.az anspress-ə istinadən xəbər verir ki, erməni baş nazir Ovik Abramyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır.

"Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız böyük ürək ağrısı ilə qəbul edir ki o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".

Erməni baş nazir onu da qeyd edib ki, onların narahatçılığına baxmayaraq bu məsələ Rusiyanın daxili işidir:

“Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu Rusiya tərəfinin daxili işidir”, -deyə Abramyan Gümrüdə çıxış edərək deyib.

İki gün əvvəl də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə münasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan bildirib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsini qəbuledilməz adlandırıb.

“Cəbhə xəttində baş verən gərinlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır", - deyə Ovanisyan bildirib.

Aprelin 8-də Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.

“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.

Bunun bilavasitə aprelin 7-də Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.

2015-ci ilin əvvəllərindən məlum oldu ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın“Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Bir müddət əvvəl Rusiya Ermənistana silah alması üçün 200 milyon kredit ayırıb. Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq. Azərbaycan tərəfi isə kreditin ayrılmasına görə Rusiyaya etirazı notası bildirmişdi.

Həmin vaxt Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiyanın tərəfdaşıdır. “Müqavilə şərtlərinə uyğun olaraq silah satışı davam etdiriləcək”, - deyə Zaxarova bildirmişdi.
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib