İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
Dunya
Oxunub: 85
2 in 2026 | 14:22
İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?


İranda prezident Məsud Pezeşkianın istefa verməsi ilə bağlı yayılan məlumatlar rəsmi dairələr tərəfindən təkzib olunsa da, ölkədəki mürəkkəb siyasi vəziyyət bu iddiaları yenidən gündəmə gətirib.

Politoloq Asif Nərimanlı hesab edir ki, İran daxilində dərinləşən hakimiyyət mübarizəsi, SEPAH-ın təsir imkanlarının sürətlə genişlənməsi və post-Xamenei dövrünün yaratdığı qeyri-müəyyənlik belə bir addımın real olma ehtimalını artırır.

Asif Nərimanlı yazır:

“Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.

Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara “ağa”nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir.

Yeni dini lider faktiki olaraq, “yoxa çıxıb”. Məlumatlara görə, Müctəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Ki bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. “Keşikçilər”in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir.

İstisna deyil ki, Pezeşkianın istefa ərizəsi hesablanmış addımdır: müharibə şəraitində prezidentin gedişi “daxili qarşıdurma” yaratması baxımından sərfəli deyil və o, SEPAH-ın müdaxiləsini azaltmaq üçün “istefa kartı”nın işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir.

* SEPAH-ın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lider – güc görünmür;
* “Keşikçilər” müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir;

Mövcud şərtlərdə “daxili çatları” ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ-la atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri – idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir”.
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi