İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı
Dunya
Oxunub: 43
1 in 2026 | 14:22
İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı


İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin son illərdə yaşadığı ən gərgin və taleyüklü siyasi kampaniyalardan birinə çevrilib. Bu seçkilər artıq təkcə hakimiyyət uğrunda mübarizə deyil, Ermənistanın gələcək geosiyasi kursunun müəyyənləşdirilməsi baxımından strateji referendum xarakteri daşıyır. Seçkilərdə iştirak edən 19 siyasi qüvvə arasında əsas qarşıdurma “Qərbə inteqrasiya” ilə “Rusiyanın təsir dairəsinə qayıdış” xətti üzərində qurulub.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası Ermənistanın Avropa İttifaqı və Qərb strukturları ilə yaxınlaşmasını prioritet hesab edir. Müxalifət isə Paşinyanı Rusiyanı regiondan sıxışdırmağa çalışmaqda və bununla Ermənistanın təhlükəsizlik sistemini dağıtmaqda ittiham edir. Bu baxımdan seçkilər Ermənistanın yalnız daxili siyasi düzənini deyil, həm də regiondakı qüvvələr balansını dəyişdirə biləcək proses kimi qiymətləndirilir.

Paşinyan niyə yenə favoritdir?
Keçirilən soğrular da Paşinyan komandasının seçkidə qalib gələcəyini keçirilən sorğular da göstərir.

Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) hələ fevral ayında keçirdiyi sorğuda seçicilərin 24 faizi hakim partiyanı dəstəkləyib. Digər sorğular isə Paşinyanın mövqeyinin daha da gücləndiyini göstərir. “Breavis”in may ayında keçirdiyi son araşdırma “Vətəndaş Müqaviləsi” Partiyasının səslərin təxminən 65 faizini qazana biləcəyini proqnozlaşdırır. Bu isə Paşinyana parlamentdə dominant üstünlük verə bilər.

Paşinyanın üstünlüyünün əsas səbəblərindən biri müxalifətin parçalanmış vəziyyətdə olmasıdır. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Samvel Karapetyanın təşəbbüsü ilə formalaşan “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və digər qüvvələr vahid platformada birləşə bilmirlər. Müxalifətin əsas mesajı Rusiyayla münasibətlərin bərpası olsa da, cəmiyyətin böyük hissəsi artıq Moskva ilə münasibətlərə müsbət yanaşmır.

Son illərdə Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik zəmanətinə inam əhəmiyyətli dərəcədə zəifləyib. Paşinyan məhz bu psixoloji fondan istifadə edərək “Ermənistanın yeni təhlükəsizlik modeli” ideyasını ön plana çıxarır.

Moskva seçkilərə niyə xüsusi önəm verir?
Bu seçkilər Kreml üçün də strateji əhəmiyyət daşıyır. Çünki Paşinyanın yenidən güclü mandat alması Ermənistanın postsovet orbitindən tədricən uzaqlaşması demək olacaq. Son aylarda Moskvanın İrəvana qarşı sərt ritorikası təsadüfi deyil.

Rusiyanın Ermənistandakı səfirini “məsləhətləşmələr üçün” geri çağırması, erməni məhsullarına məhdudiyyətlər tətbiq etməsi, enerji təzyiqləri ilə bağlı xəbərdarlıqlar etməsi Kremlin açıq mesajıdır: Ermənistanın geosiyasi kursunun dəyişməsi iqtisadi və enerji nəticələri doğura bilər.

Ermənistan qazının 80 faizdən çoxunun Rusiyadan alınması Moskvanın əlində mühüm təsir alətidir. Bu səbəbdən Paşinyanın Qərbə yaxınlaşma siyasəti Ermənistan daxilində yalnız siyasi deyil, həm də sosial-iqtisadi risklər yaradır.

Moskva üçün əsas təhlükə Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməsi və bunun Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını zəiflətməsidir. Kremlin narahatlığı təkcə Ermənistanla bağlı deyil. Çünki İrəvanın Qərbə doğru sürüşməsi regionda yeni geosiyasi düzənin formalaşmasına təkan verə bilər.

Karapetyan faktoru və “rəngli inqilab” qorxusu
Seçki kampaniyasının ən diqqətçəkən fiqurlarından biri rusiyalı erməni milyarder Samvel Karapetyandır. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun qısa müddətdə ikinci yerə yüksəlməsi göstərir ki, Moskva Ermənistanda yeni siyasi dayaqlar formalaşdırmağa çalışır.
Karapetyanın hazırda ev dustaqlığında olması və hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə üzləşməsi seçki kampaniyasını daha da dramatikləşdirib. Hakimiyyət Karapetyanı Rusiyanın Ermənistanda daxili siyasi sabitliyi pozmaq planının elementi kimi təqdim etməyə çalışır.

Rusiya təkcə Karapetyan kartından deyil, Köçəryandan, kilsədən və seçkidə iştirak edən digər qüvvələrdən də faydalanaraq Paşiyanın səsini parçalamaq taktikasınaı seçib. Bu yolla Paşinyanın seçkidə mütləq üstünlük qazanmasının qarşısını almağa və təkbaşına hakimiyyət formalaşdırmasına maksimum mane olmaqdır.

Bu isə seçkilərdən sonra küçə etirazları, siyasi qarşıdurma və hətta dövlət institutları daxilində parçalanma risklərini artırır. Ermənistan cəmiyyətindəki dərin qütbləşmə seçki nəticələrinin qəbul edilməsini çətinləşdirə bilər.

Seçkilərdən sonra Ermənistanı nə gözləyir?
Əgər Paşinyan yüksək nəticə ilə qalib gəlsə, bu, Ermənistanın Qərbə inteqrasiya kursunun sürətlənməsi demək olacaq. Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi, təhlükəsizlik sisteminin diversifikasiyası və Rusiyadan asılılığın azaldılması prioritetə çevriləcək.
Lakin bunun paralelində Moskvanın təzyiqlərinin daha da sərtləşməsi ehtimalı yüksəkdir. Enerji, ticarət, miqrasiya və təhlükəsizlik məsələləri Kreml tərəfindən təsir aləti kimi istifadə oluna bilər.
Əgər müxalifət gözlənilməz nəticə əldə etsə və ya seçkilərdən sonra hakimiyyət böhranı yaransa, Ermənistan daxilində siyasi xaos dərinləşə bilər. Bu isə Cənubi Qafqazda yeni geosiyasi gərginlik mərhələsinin başlanğıcı anlamına gələcək.

Cənubi Qafqaz üçün kritik dönüş nöqtəsi
Ermənistanda keçiriləcək bu seçkilər region üçün də mühüm əhəmiyyət daşıyır. Çünki ilk dəfədir ki, Ermənistan açıq şəkildə “Rusiya təhlükəsizlik modeli” ilə “Qərb təhlükəsizlik modeli” arasında seçim edir.

Bu seçkinin nəticələri Azərbaycan-Ermənistan münasibətlərinə, regional kommunikasiyaların gələcəyinə, Zəngəzur dəhlizi məsələsinə və ümumilikdə Cənubi Qafqazdakı geosiyasi balanslara birbaşa təsir göstərəcək.

İyunun 7-də Ermənistan sadəcə parlament seçməyəcək. Ölkə faktiki olaraq hansı geosiyasi düşərgədə yer alacağını müəyyənləşdirəcək. Bu isə seçkiləri adi siyasi yarışdan çıxarıb böyük güclərin qarşıdurma meydanına çevirir.
Bu gün, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
Bu gün, 09:52
Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
Bu gün, 09:48
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
Bu gün, 09:37
Tesla xidmətə cəlb olundu
Bu gün, 09:29
Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
Bu gün, 09:23
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Bu gün, 09:16
İran ABŞ bazalarını hədəf aldı
Bu gün, 09:11
Süni intellekt “super peyvənd” hazırladı
Dünən, 21:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
Dünən, 16:27
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dünən, 16:00
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
Dünən, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dünən, 15:29
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
Dünən, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Dünən, 13:48
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
Dünən, 13:11
Onlar belə maaş alacaqlar
Dünən, 12:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Dünən, 12:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Dünən, 12:16
Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
Dünən, 12:12
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Dünən, 11:39
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
Dünən, 11:29
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
Dünən, 11:12
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
Dünən, 11:07
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
Dünən, 10:51
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
Dünən, 10:24
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dünən, 09:53
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı