Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Dunya
Oxunub: 99
6 may 2026 | 14:22
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...


Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Bakıda İranla bağlı böhran, bölgədə baş verən hadisələr və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bunu Meloni İlham Əliyevlə mətbuata bəyanatlar zamanı deyib. “Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Meloni bildirib. Onun sözlərinə görə, İranla ümumi sərhədi olan, ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı olub: “Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım”.

İtaliyanın İranla bağlı hansı narahatlığı ola bilər?

Siyasi şərhçi Ramiyə Məmmədovanın bildirdiyinə görə, İtaliya strateji tərəfdaşı olan Azərbaycanın qonşuluğunda qeyri-sabitliyin əleyhinədir. Təhlilçinin fikrincə, regionda istənilən eskalasiya baş verəndə tərəfdaş dövlətlər bundan narahat olur, çünki layihələrin inkişafına əngəl ola bilər: "Digər tərəfdən isə Meloni bu mövzuya təbii olaraq toxunmalıydı. Əgər İranla sərhəd ölkəyə səfər edibsə, gündəlikdə bu məsələ də olmalıdır. Nəzərə alaq ki, Azərbaycanın ən uzun sərhədi İranladır". Ekspertə görə, son münaqişədə Bakı yenə də kifayət qədər balanslı, qonşuluq prinsiplərinə uyğun siyasət yürüdüb: "Başqa yandan, Bakı bu prosesdə vasitəçilik səylərini əsirgəməyib. Habelə, bir çox ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edilib ki, aralarında italiyalılar da var. Bu baxımdan, İtaliya hökumətinin başçısı İran böhranına qısa da olsa toxunub".

R.Məmmədova xatırladıb ki, İtaliya rəhbərliyi münaqişənin regional və qlobal risklər daşıdığını bildirərək, ABŞ-nin İrandakı hərbi addımlarını tənqid edib: "Bu ölkənin müdafiə naziri də İrana hücumu fəlakət kimi dəyərləndirib. Ümumiyyətlə, İtaliya qlobal siyasətdə hegemon deyil və yumşaq mövqedən çıxış edir. İtaliyanın xarici siyasəti əməkdaşlığa, enerji bazarında əlaqələri genişləndirməyə köklənib. İtaliya ABŞ-nin sanksiyalarına baxmayaraq, uzun müddət İran neftinin əsas alıcılarından biri olub, lakin son illərdə bu alışları dayandırıb. Ona görə Meloni və ölkəsi maraqlıdır ki, bu münaqişə tam başa çatsın, bunu da Bakıda dilə gətirib".
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü