Azərbaycanın axtardığı qumarbazın yeri bilindi
Dunya
Oxunub: 82
6 may 2026 | 09:36
Azərbaycanın axtardığı qumarbazın yeri bilindi


Qarabağa qanunsuz səfər edən Dan Bilzerian indi də konqresmen olmaq istəyir
2018-ci ildə erməniəsilli pleboy və qumar oyunçusu Dan Bilzerian həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib və orada erməni silahlı qruplaşmalarının təlim poliqonunda müxtəlif növ silahlardan atəş açıb. “ Haqqın.az xəbər verir ki, indi o indi də ABŞ Konqresinin Nümayəndələr Palatasına Florida ştatından namizəd olmağı planlaşdırır. Bilzerianın rəqibi hazırkı konqresmen, respublikaçı Randy Finedır.

Bir neçə gün əvvəl “The Jenny Beth Show” proqramında çıxış edən Fine bildirib ki, o, erməninin Konqresə seçilməsinə qarşıdır.

“Biz ermənilərin Konqresdə işləməsini istəmirik”, - deyə konqresmen vurğulayıb.

ABŞ-dəki erməni lobbi təşkilatları dərhal Fineyə qarşı kampaniya başladaraq onu “milli ayrı-seçkilikdə” ittiham ediblər.

Bilzerian poker ustası və qalmaqallı həyat tərzi ilə tanınır. O, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanla dostdur. 2018-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri zamanı onu məhz Levon müşayiət edib.

Bu qanunsuz səfərlə əlaqədar Azərbaycan Baş Prokurorluğu Bilzerian barəsində cinayət işi açıb və məhkəmə onun haqqında qiyabi həbs qərarı çıxarıb. Onun beynəlxalq axtarışa verilməsi üçün “İnterpol”a müraciət edilib.

Baş Prokurorluğun məlumatına görə, Bilzerian Ermənistan və işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə cinayət əlaqələrində olub, Xankəndi şəhəri və digər işğal olunmuş yaşayış məntəqələrinə müvafiq sənədlər olmadan və dövlət sərhəd-buraxılış məntəqələrindən keçmədən daxil olub. Bununla o, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsini pozub.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Bilzerian işğal olunmuş ərazilərdə qanunsuz əldə edilmiş odlu silahlardan, qumbaraatanlardan, tüfənglərdən və digər silah növlərindən istifadə edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz silah dövriyyəsi) və 318.2-ci (qanunsuz sərhəd keçidi) maddələri ilə cinayət işi başladıb.

2022-ci ildə Bilzerian “dostunun toyunda iştirak etmək” məqsədilə Ermənistana səfər edib. Onun ölkəyə investisiya yatıracağı ilə bağlı yayılan məlumatlar isə təsdiqini tapmayıb.

Bu ilin 6 aprelində Bilzerian Florida ştatının 6-cı seçki dairəsindən Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb. Onun rəqibi Fine yəhudi əsillidir. Bilzerian isə antisemit çıxışları, o cümlədən ABŞ-nin keçmiş prezidenti Donald Trumpın İran siyasətini tənqid etməsi ilə də tanınır. Bu səbəbdən onun seçkilərdə uğur şansları aşağı qiymətləndirilir və əsas dəstəyin daha çox erməni diaspor təşkilatlarından gəldiyi bildirilir.

Erməni diasporunun hücum kampaniyasına baxmayaraq, konqresmen Randy Fine mövqeyindən geri çəkilməyib və iki gün əvvəl sosial şəbəkə hesabında yazıb: “Ermənilər Konqresdə yer tutmamalıdır - somalililərə də, qvatemalalılara də, hətta israillilərə də "yox"".

Qeyd edək ki, bir neçə ay əvvəl Randy Fine digər respublikaçı konqresmen Anna Paulina Luna ilə birlikdə Azərbaycana qarşı yönəlmiş "907-ci düzəliş"in ləğvi ilə bağlı qanun layihəsi irəli sürmüşdü. Luna MAGA hərəkatına yaxındır və Donald Trampla sıx əlaqələri ilə tanınır.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO