Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?

Sentyabr ayı ailələr üçün yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də əlavə xərclərin artdığı dövrdür. Məktəbli geyimləri, çanta və digər ləvazimatlar, dərslikdənkənar hazırlıqlar, kurslar, nəqliyyat və gündəlik ərzaq xərcləri ailələrin büdcəsinə əlavə yük yaradır.Xüsusilə bir neçə məktəbli uşağı olan ailələrdə bu xərclər daha ciddi hiss olunur.
Bəs uşağın təhsili ailə büdcəsində nə qədər böyük pay tutur? Valideyn həm uşağın ehtiyaclarını qarşılamaq, həm də ailə büdcəsini qorumaq üçün hansı prioritetləri müəyyənləşdirməlidir?
İqtisadçı Elşən Bağırzadə Qaynarinfo-ya bildirib ki, ailələrin təhsil xərclərinin nisbətən yüksək olmasında pulsuz ictimai təhsilin səviyyəsi birinci dərəcəli rol oynayır:
“İctimai təhsil ailənin gözlədiyi keyfiyyəti və nəticəni təmin etmədikdə valideyn həmin boşluğu repetitor, hazırlıq, əlavə kurslar və digər ödənişli xidmətlərlə doldurmağa çalışır. Nəticədə formal olaraq pulsuz olan təhsilin ailə üçün faktiki xərci yüksəlir. Sentyabr isə məktəbli uşağı olan ailələr üçün bu yükün daha aydın hiss edildiyi dövrdür. Amma mən həm iqtisadçı, həm də valideyn kimi düşünürəm ki, uşağın təhsilinə çəkilən xərclərə sadəcə istehlak kimi baxmaq düzgün deyil. Bu, uşağın gələcəyinə, onun insan kapitalına qoyulan investisiyadır. Ona görə də təhsil ailə büdcəsində prioritet istiqamətlərdən biri olmalıdır”.
Elşən Bağırzadə bildirib ki, bununla belə, təhsillə bağlı bütün xərclər eyni dərəcədə vacib deyil:
“Keyfiyyətli təhsil, zəruri dərs ləvazimatları, sağlam qidalanma və təhlükəsiz nəqliyyat əsas ehtiyaclardır. Bahalı çanta, brend geyim və ləvazimatlar, yaxud uşağın real ehtiyacına uyğun olmayan çoxsaylı kurslar isə ailə büdcəsini lazımsız şəkildə böyüdə bilər. Məncə, əsas prinsip belə olmalıdır ki, uşağın təhsilindən deyil, təhsil adı altında edilən səmərəsiz xərclərdən qənaət etmək lazımdır. Valideyn üçün əsas meyar xərclənən pulun məbləği deyil, həmin xərcin uşağın öyrənməsinə və inkişafına nə qədər real töhfə verməsidir”.
Bu gün, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Bu gün, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Bu gün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bu gün, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Bu gün, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Bu gün, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Bu gün, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Bu gün, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Bu gün, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Bu gün, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Bu gün, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Bu gün, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Bu gün, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Dünən, 21:36
32 ildən sonra Xankəndiyə ilk daxil olan kəşfiyyatçılarla unudulmaz görüş
Dünən, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
Dünən, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
Dünən, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
Dünən, 15:23
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
Dünən, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Dünən, 14:22
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
Dünən, 13:54
Prezident gənclərin tərbiyəsindən danışdı
Dünən, 13:51
DİN-ə yeni vəzifə həvalə olundu
Dünən, 13:48
Prezident və birinci xanım Şamaxıda
Dünən, 12:13
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Dünən, 12:09
Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR