Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir
Dunya
Oxunub: 35
6 may 2026 | 09:41
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir


Brüsselin prosesə gec qoşulmaq istəyi müəyyən suallar doğurur; Milli Məclis üzvü ilginc məqamlar açıqladı: “Əgər Aİ həqiqətən...”

“EUObserver” nəşrinin məlumatına görə, Avropa İttifaqı “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsinə qoşulmaq niyyətindədir. Brüsselin qiymətləndirməsinə görə, bu marşrut Rusiyadan yan keçən alternativ ticarət yolu ola və Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya edə bilər.

Aİ nümayəndəsinin sözlərinə görə, hazırda Çindən Avropaya yüklərin daşınması təxminən 42 gün çəkir, lakin Orta dəhliz səmərəli işləyərsə, bu müddət 12-13 günə qədər azala bilər. Bununla yanaşı, bəzi ekspertlər Avropa İttifaqını strateji liderliyin zəifliyi və qərarların ləngliyi səbəbindən tənqid edirlər. Onların fikrincə, bu vəziyyət regionda narazılıq yaradır və ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirir.

Avropa İttifaqının Zəngəzur dəhlizi və ümumilikdə TRIPP layihəsinə maraq göstərməsi ilk baxışda iqtisadi təşəbbüs kimi təqdim olunsa da, məsələnin mahiyyəti daha çox geosiyasi rəqabətlə bağlıdır. Brüssel uzun müddətdir ki, Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutları axtarır və bu baxımdan Orta dəhliz onun üçün cəlbedici görünür. Lakin Aİ-nin prosesə gec qoşulmaq istəyi müəyyən suallar doğurur: bu, real strateji planın tərkib hissəsidir, yoxsa ABŞ-nin bölgədə artan fəallığına verilən gecikmiş reaksiya?

Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda logistika layihələri artıq böyük güclərin rəqabət meydanına çevrilib. ABŞ-nin TRIPP kimi təşəbbüslərlə regionda mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda, Aİ-nin qərar verməkdə ləng davranması onun təsir imkanlarını zəiflədir. Bu isə Brüsselin regionda “oyun qurucu” deyil, daha çox “qoşulan tərəf” kimi çıxış etməsi riskini artırır. Digər tərəfdən, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi həssas məsələdir. Ermənistanın bu marşrut vasitəsilə regional iqtisadi sistemə inteqrasiyası nəzəri olaraq mümkün görünsə də, praktikada təhlükəsizlik, suverenlik və regional balans kimi faktorlar prosesi mürəkkəbləşdirir. Aİ-nin bu incə məqamları nə dərəcədə nəzərə aldığı isə hələ aydın deyil. Ümumilikdə, Brüsselin təşəbbüsü region üçün yeni imkanlar vəd etsə də, gecikmiş qərarlar və vahid strategiyanın olmaması Aİ-nin bu oyunda əsas aktora çevrilməsini çətinləşdirir.

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, “EUObserver” nəşrinin yaydığı məlumat Avropa İttifaqının Cənubi Qafqaz və Orta Asiya istiqamətində geosiyasi maraqlarının yeni mərhələyə keçdiyini göstərir: “Brüsselin TRIPP layihəsinə maraq göstərməsi zahirdə iqtisadi-logistika təşəbbüsü kimi təqdim olunsa da, prosesin arxasında daha geniş geosiyasi və strateji məqsədlərin dayandığı aydın görünür. Əslində söhbət yalnız yükdaşımaların sürətləndirilməsindən deyil, Avrasiya məkanında yeni güc balansının formalaşdırılmasından gedir. Son illərdə qlobal ticarət marşrutlarının təhlükəsizlik və siyasi risklər səbəbindən yenidən dizayn olunması prosesi sürətlənib. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik böhranı, Çin-Qərb münasibətlərində gərginliyin artması və enerji-logistika təhlükəsizliyi məsələləri Avropa üçün alternativ dəhlizlərin əhəmiyyətini ciddi şəkildə artırıb. Bu baxımdan Orta dəhliz - Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrut artıq yalnız iqtisadi layihə deyil, strateji təhlükəsizlik platforması kimi qəbul olunur”.

E.Mirzəbəyli qeyd etdi ki, Avropa İttifaqının diqqətini xüsusilə cəlb edən məqamlardan biri də yükdaşımaların müddətidir: “Hazırda Çindən Avropaya ənənəvi marşrutlarla daşınmaların 35-45 gün çəkməsi, Orta dəhlizin isə tam səmərəli fəaliyyəti zamanı bu müddətin 12-13 günə qədər azala bilməsi Brüssel üçün ciddi iqtisadi üstünlük vəd edir. Bu isə Avropa iqtisadiyyatının təchizat zəncirlərində çevikliyi artırmaq baxımından həyati əhəmiyyət daşıyır. Lakin burada diqqət çəkən əsas məsələ Avropa İttifaqının prosesə gecikmiş reaksiyasıdır. Brüsselin indiki fəallığı müəyyən qədər gecikmiş siyasi reaksiya təsiri bağışlayır. Çünki regionda ABŞ-nin aktivləşməsi və Vaşinqtonun TRIPP kimi təşəbbüslərlə Cənubi Qafqazda yeni geosiyasi mövqe qazanmağa çalışması Avropa İttifaqını daha fəal davranmağa məcbur edir”. Milli Məclisin üzvü əlavə etdi ki, ABŞ bölgədə yalnız iqtisadi deyil, həm də siyasi-strateji təsir imkanlarını genişləndirməyə çalışır: “Aİ-nin burada əsas problemi isə strateji qərarvermə mexanizmlərinin ləngliyidir. Brüssel uzun müddətdir ki, qlobal geosiyasi proseslərdə iqtisadi nəhəng-siyasi cırtdan kimi xarakterizə olunur. Avropa İttifaqı maliyyə və texnoloji potensial baxımından böyük imkanlara malik olsa da, sürətli və vahid siyasi qərar qəbul etməkdə çətinlik çəkir. Xüsusilə də Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionlarda bu problem daha aydın görünür. ABŞ isə daha çevik davranır. Vaşinqton regional layihələrə daha operativ siyasi dəstək verir, təhlükəsizlik məsələlərini birbaşa geosiyasi strategiyanın tərkib hissəsi kimi təqdim edir və proseslərə daha aydın, birmənalı və vaxt itkisinə səbəb ola biləcək manevrlər etmədən diplomatik müdaxilə edir. Bu səbəbdən də Avropa İttifaqının mövqeyi daha çox prosesə sonradan qoşulan aktor reallığını yaradır”.

E.Mirzəbəyli vurğuladı ki, digər mühüm məsələ Ermənistan faktorudur: “Brüssel hesab edir ki, Zəngəzur dəhlizi və TRIPP layihəsi Ermənistanın regional iqtisadi sistemə inteqrasiyasını sürətləndirə bilər. Nəzəri baxımdan bu, mümkündür. Ermənistan uzun illər regional kommunikasiya layihələrindən kənarda qaldığı üçün ciddi iqtisadi və tranzit itkiləri ilə üzləşib. Yeni marşrutların açılması İrəvan üçün iqtisadi nəfəs yolu hesab oluna bilər. Lakin burada ciddi siyasi və təhlükəsizlik problemləri var. İrəvanda bəzi siyasi dairələr dəhlizi "suverenlik riski" kimi təqdim edir və prosesin Türkiyə-Azərbaycan tandeminin regional təsirini artıracağını düşünürlər. Eyni zamanda İran hesab edir ki, bu marşrut onun regiondakı tranzit üstünlüklərini zəiflədə və Türkiyə-Qərb xəttinin təsirini gücləndirə bilər".

Analitik bildirdi ki, Rusiyanın da prosesə münasibəti tam neytral deyil: “Moskva regionda nəqliyyat-kommunikasiya layihələrinin öz nəzarətindən kənarda inkişaf etməsini strateji risk kimi qiymətləndirir. Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, Avrasiyanın əsas logistika və kommunikasiya mərkəzlərindən birinə çevrilməkdədir. Rəsmi Bakı uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində həm Qərb, həm Türkiyə, həm Mərkəzi Asiya, həm də digər regional aktorlarla münasibətlərdə çevik manevr imkanları əldə edib. Bu isə Azərbaycanın Orta dəhlizdə əsas açar dövlət statusunu gücləndirir. Bunun üçün daha çevik siyasi qərarlar, təhlükəsizlik məsələlərinə realist yanaşma və region dövlətlərinin, xüsusilə də Azərbaycanın mövqeyini və maraqlarını nəzərə alan uzunmüddətli strategiya tələb olunur. Əks halda, Cənubi Qafqazda formalaşan yeni logistika və geosiyasi arxitekturanın əsas konturları Aİ-nin iştirakı olmadan müəyyənləşəcək”.
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ