Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Sosial
Oxunub: 55
8 may 2026 | 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj


Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib. Modern.az xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə "Arkan -10 FO" fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır. Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüğü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub. Azərbaycanın PUA sahəsində inkişafı uzunmənzilli dronlar istehsalına qədər davam yüksələ bilərmi? Hansı ölkələr bu dronları bizdən ala bilər?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, son illər Azərbaycanın müdafiə sənayesi sahəsində atdığı addımlar, xüsusilə yeni nəsil kamikadze dronların təqdim edilməsi ölkəmizin bu texnoloji yarışda yerini möhkəmləndirdiyini göstərir: “Yeni təqdim olunan modellər, xüsusilə, fiber-optik texnologiyaya malik olan və süni intellektlə təchiz edilmiş aparatlar müasir döyüş meydanının tələblərinə tam cavab verir. Azərbaycanın PUA istehsalındakı təcrübəsi artıq taktik səviyyədən strateji səviyyəyə keçid üçün zəmin yaradır. Uzunmənzilli dronların istehsalı sadəcə zaman məsələsidir. Bu keçidi təmin edən bir neçə amil var. Onlardan ən əhəmiyyətlisi süni intellekt və avtonom idarəetmə sistemlərinin yerli mütəxəssislər tərəfindən mənimsənilməsi daha böyük platformaların idarə olunmasını asanlaşdırır”.

Hərbi ekspert onu da diqqətə çatdırdı ki, Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi dronlara maraq göstərən ölkələrin coğrafiyası genişdir: “Orta Asiya ölkələri, Yaxın Şərq və Afrika dövlətləri, eləcə də hərbi büdcəsini optimallaşdırmaq istəyən Şərqi Avropa ölkələri Azərbaycan istehsalı olan bu sistemlərin potensial alıcılarıdır. Hesab edirəm ki, Azərbaycanın hərbi sənayesinin inkişafı yalnız səmada deyil, həm də quruda davam etməlidir. Yerüstü robotik sistemlərin (UGV) istehsalı ordumuzun imkanlarını daha da artıracaqdır. Bu sistemlər insan itkisini minimuma endirir. Minalanmış ərazilərin təmizlənməsi və ön xətdə kəşfiyyat aparılması zamanı əvəzolunmazdır. Məsələn, Rusiya tərəfi Ukraynada artıq artileriya vasitələrinin yerdəyişməsini yerüstü dronlar vasitəsi ilə həyata keçirir. Yerüstü dronlar logistik dəstək baxımından da çox əhəmiyyətlidir.

Çətin relyeflərdə sursat və yaralıların daşınması üçün mühüm rol oynayır. Azərbaycan qlobal münaqişələrdən dərslər çıxarmalıdır. Rusiya-Ukrayna müharibəsi və regiondakı digər gərginliklər göstərir ki, müasir döyüşlərdə kəmiyyət deyil, "ağıllı" texnologiyalar qələbəni təmin edir. Ukrayna cəbhəsi sübut etdi ki, radio-elektron mübarizə vasitələrinə qarşı dayanıqlı olmayan (məsələn, fiber-optik əlaqəli) dronlar ən effektiv silahlardır. İranın özünü müdafiəsi göstərdi ki, yerli istehsal çox vacibdir. Münaqişə tərəflərinin xarici asılılığı onların manevr imkanlarını məhdudlaşdırır. Yerli istehsal isə hərbi əməliyyatların gedişatında fasiləsiz təminat deməkdir. Yerli hərbi sənayenin inkişafı Azərbaycanın təhlükəsizlik arxitekturasının onurğa sütunudur. Süni intellektə əsaslanan sistemlər, yerüstü dronlar və uzunmənzilli aparatlar gələcək ordunun əsas gücü olacaq. Öz texnologiyasını yaradan ölkə hər zaman döyüş meydanında diktə edən tərəfdir”.
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib
Dünən, 12:33
“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım
Dünən, 11:41
Ağ Ev: NATO-nun mövcudluğunu şübhə altındadır