Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə

Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev RİA Novosti agentliyinə bildirib ki, ölkə vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-a ekstradisiya olunmaq riskini unutmamalıdırlar.
Musavat.com-un xəbərinə görə, Lukyantsev qeyd edib ki, təkcə Avropa İttifaqında deyil, həm də daha geniş kontekstdə bir çox dövlətlərin ekstradisiya və ekstradisiya ilə bağlı müəyyən öhdəlikləri var.
Diplomat vurğulayıb ki, Rusiya vətəndaşlarının hara gedə biləcəyi və hara gedə bilməyəcəyi ilə bağlı Xarici İşlər Nazirliyi qərar vermir. Nazirlik yalnız vətəndaşların Amerika və ya Avropa hakimiyyəti ilə problemləri ola biləcəyinə inandıqları təqdirdə müəyyən ölkələrə səfər etməməyi məsləhət görə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumatlara görə, ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.
Maraqlıdır ki, Rusiya siyahıya region dövlətlərindən yalnız Ermənistanı daxil edib. Bunun da İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulması ilə əlaqələndirmək olar. Bundan əlavə, iki ölkə arasında artan gərginlik fonunda bu çağırışın edilməsi də təəccüb doğurmur. Rusiya rəsmiləri və Duma üzvləri Paşinyan hakimiyyətini Ukrayna liderinin İrəvandan Moskvanı hədələməsinə görə günahlandırırlar. Moskva hesab edir ki, Zelenskiyə bu şərait yaradılmamalı idi.
Hətta bəzi rusiyalı siyasətçilər Ermənistanı “ikinci Ukrayna” olmaqla təhdid edir. Bu sırada rusiyalı deputatlardan – Çepa, Vodolatski və başqaları fəaldırlar. Hətta Kommunist Partiyasının lideri Züqanov Kreml başçısına müraciət edib ki, Paşinyan Moskvaya bir daha buraxılmasın. Rusiya prezidenti isə 9 May paradında Ermənistana çağırış edərək referendum keçirmək təklifi irəli sürüb. Kreml lideri Putinin fikrincə, ermənilər seçim etməlidir – ya Avropa Birliyi, ya da Avrasiya İqtisadi Birliyi. Bu kontekstdə Rusiya XİN Ermənistanı siyahıya salmaqla münasibətlərdə gərginliyə əlavə tünd rəng qatmış olub. Görünən odur ki, 7 iyun parlament seçkilərinə qədər Rusiyadan Ermənistan hakimiyyətinə siyasi-iqtisadi və psixoloji basqılar artacaq, hibrid savaş güclənəcək.
Xatırladaq ki, gərginliyin artmasına səbəb seçkilər ərəfəsində Avropa Siyasi Birliyinin Ermənistanda sammitinin keçirilməsi, orada Ukrayna və Fransa prezidentlərinin anti-Rusiya bəyanatları verməsi olub. Moskva keçmiş forpost ölkənin anti-Moskva poliqonuna çevrildiyini iddia edir. Hətta Rusiya rəsmiləri açıq mətnlə bəyan edirlər ki, Ermənistan Ukrayna böhranına cəlb olunub və anti-Rusiya cəbhəsində yer alıb.
Bu gün, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Bu gün, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Bu gün, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Bu gün, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Bu gün, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Bu gün, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Bu gün, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Bu gün, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Bu gün, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Bu gün, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Bu gün, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bu gün, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Bu gün, 10:45
Millimiz San Marinoya qarşı
Bu gün, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Bu gün, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Bu gün, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Bu gün, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Bu gün, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Bu gün, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Bu gün, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Bu gün, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
Dünən, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
Dünən, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Dünən, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Dünən, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR