Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
Dunya
Oxunub: 71
29 apr 2026 | 12:58
Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR


ABŞ Konqresindəki demokratlar, Prezident Donald Trampın parlamentin razılığı olmadan İranda müharibəni davam etdirəcəyi təqdirdə ona qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirirlər.

Bu barədə TIME nəşrinə vəziyyətlə tanış olan bir neçə mənbə bildirib.

Qanunvericilər tərəfindən hələlik ilkin mərhələdə olduğu bildirilən bu daxili müzakirələr barədə əvvəllər məlumat verilməmişdi. Lakin prezident Konqresin əməliyyat üçün təsdiq verdiyi 60 günlük müddətin bitməsindən (1 may) sonra hərbi əməliyyatları davam etdirərsə, bu müzakirələr yaxın həftələrdə intensivləşə bilər.

Nümayəndələr Palatası və Senatdakı onlarla demokratla aparılan müsahibələr göstərir ki, partiya Trampın İrana qarşı müharibəsini məhdudlaşdırmaq üçün getdikcə daha fəal şəkildə yollar axtarır. Onlar əmindirlər ki, "Hərbi Səlahiyyətlər Haqqında Qətnamə" ilə müəyyən edilmiş 60 günlük müddətin yaxınlaşması, qanunsuz başladığına və lazımi parlament nəzarəti olmadan aparıldığına inandıqları bu müharibəyə etiraz etmək üçün ən güclü şansları ola bilər.

"Məhkəmə iddiası imkanı nəzərdən keçirilməlidir," – deyə Konnektikutdan olan senator Riçard Blümental bildirib. "Ona qarşı hərəkətlərinin qanunsuzluğu ilə bağlı ittiham irəli sürülməlidir və məhkəmə bunu etməyin yollarından biridir."

Kaliforniyadan olan Nümayəndələr Palatasının üzvü Ted Lyu da bu ideyanı dəstəkləyərək qeyd edib ki, Trampın son möhlətə (deadline) məhəl qoymaması Konqresə məhkəmədə prosessual fəaliyyət qabiliyyətinin (standing) tanınması üçün ciddi əsaslar verəcək.

"Əgər bizim iddia hüququmuz olmasa, bu o demək olacaq ki, sözügedən qanunu prinsipcə icra etmək mümkün deyil," – deyə o əlavə edib.

1973-cü il tarixli "Hərbi Səlahiyyətlər Haqqında Qanun"a əsasən, əgər Konqres müharibə elan etməyibsə və ya güc tətbiqinə icazə verməyibsə, prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmağa borcludur. Müddətin 30 günlük birdəfəlik uzadılmasına yalnız o halda icazə verilir ki, prezident qoşunların təhlükəsiz şəkildə çıxarılması üçün bu vaxtın zəruri olduğunu yazılı şəkildə təsdiqləsin.

ABŞ-ın hərbi kampaniyası 28 fevralda başlayıb. Rəsmi olaraq 60 günlük müddət 29 apreldə başa çatır, lakin Tramp zərbələr barədə Konqresi rəsmən 2 martda məlumatlandırdığı üçün onun razılıq tələb etmək üçün 1 maya qədər vaxtı var.

Əgər Tramp İran rəsmilərinin nüvə proqramı üzrə danışıqların təxirə salınması müqabilində Hörmüz boğazını yenidən açmaq təklifini qəbul edərsə, demokratların strategiyası dəyişə bilər.

Məhkəmənin belə bir işi qəbul edib-etməyəcəyi isə mübahisəli olaraq qalır. Federal hakimlər dəfələrlə Konqres və prezident arasındakı hərbi gücün tətbiqi ilə bağlı mübahisələri "siyasi məsələlər" adlandıraraq və ya qanunvericilərin iddia hüququnun olmadığını bildirərək, onları həll etməkdən imtina ediblər.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü