Müharibədən sonrakı İran... NECƏ olacaq? – Bakının GÖZLƏNTİSİ
İrana qarşı hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ölkənin regionda siyasətini necə davam etdirəcəyi açıq sualdır. Bəzi təhlilçilərə görə, əgər SEPAH tam zərərsizləşdirilməsə, yenə də ətrafına, qonşularına təhdidləri davam etdirəcək. Türkiyə və Azərbaycan da daxil, müharibə boyu İran qonşularına raket və PUA ilə zərbələr endirib. Körfəz ölkələri hələ də İranın hücumlarına məruz qalır. Bu baxımdan postmüharibə dövründə İranın Azərbaycan və digər region ölkələri üçün təhdid olaraq qalıb-qalmayacağı əsas suallardan biridir.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq bir ayını tamamladı. Müharibə başlayanda ABŞ və İsrailin gözləntiləri qısa müddətdə hədəfə çatmaq, həmçinin xalqın etirazları ilə İranda rejim dəyişikliyinə nail olmaq idi. Lakin görünən odur ki, bu məqsədlər hələlik reallaşmayıb.
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, İranda siyasi sistem zəiflədilib, amma tam çökdürülməyib. Onun fikrincə, əgər İran yaralarını sağalda bilərsə, Yaxın Şərqdə yenidən güc mərkəzi olaraq meydana çıxacaq: "Bu da həm körfəz ölkələri, həm bizim region üçün yeni təhdidlər vəd edir. Buna imkan verməmək üçün hərbi əməliyyatlar güclənməlidir ki, masaya oturub şərtləri qəbul etməyə razılaşsın. Xüsusən də İranın nüvə bombası əldə etməsinə imkan vermək olmaz. Bu, Azərbaycan və digər ölkələrə təhlükədir. Təsəvvür edin ki, hələ nüvə silahı olmayan bir İran hər tərəfə təhdid yağdırır, bu bombaya sahiblənməsi onu daha aqressiv edəcək. İrandakı rejim onsuz da aqressivdir. Ona görə də bu hücumlar onu elə vəziyyətə gətirməlidir ki, regionda böyük gücə çevrilə bilməsin. Hazırda son hücumlar nəticəsində İrandakı rejim kifayət qədər ağır zərbələr alıb və böyük itkiləri var. Ancaq bunun davamı gözlənilir. Məncə, İran əvvəlki olmayacaq. Ölkə illərlə davam edən sanksiyalardan pis vəziyyətdədir, bu müharibə isə onu daha da ağır bir hala gətirəcək. Yəni SEPAH bölgədə əvvəlki qədər meydan oxuya bilməyəcək və onun proksi gücləri də tükənməkdədir".
Ekspert hesab edir ki, ABŞ və İsrail İranla bağlı strateji hədəflərə tam çatmayıb, amma sistem köklü zərbələr alıb: "Müharibədən sonra sözəbaxan bir İran olacaq. Amma özünü məğlub kimi göstərməyəcək. Hazırda cavab zərbələri də məhz öz imicini qorumaq məqsədi daşıyır. Sonra bəyan edəcəklər ki, məğlub olmadıq. Ancaq daha nə baş verməlidir ki, SEPAH böyük güc itirdiyini etiraf etsin? Bunu etməzlər. Çünki xalqın gözündə kapitulyant kimi görünəcəklər. Sadəcə, elə bir razılaşma olacaq ki, İran öz sifətini qoruya bilsin. Məncə, burada hədəf rejimi dəyişmək yox, İranın enerji ehtiyatlarına nəzarət etmək və onu ABŞ-nin şərtlərini qəbul etməyə razı salmaqdır. Bu da vurulan zərbələrin və davam edən müharibənin gedişatından asılıdır".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü