Zelenskinin Trampla telefon danışığının detalları: Müharibə bir aya bitir
Dunya
Oxunub: 21
26 fev 2026 | 10:28
Zelenskinin Trampla telefon danışığının detalları: Müharibə bir aya bitir


"ABŞ prezidenti Donald Trampla danışdım. Danışıqda Prezident Trampın nümayəndələri Stiv Uitkof və Cared Kuşner də iştirak edirdi. Komandalarımız hazırda çox çalışır və mən onlara bütün səylərinə, danışıqlara və müharibəyə son qoymaq üçün göstərdikləri səylərə görə təşəkkür etdim".

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski yazıb.
O qeyd edib ki, Trampla telefon danaışığında Cenevrədə keçiriləcək ikitərəfli görüşdə müzakirə olunacaq məsələləri müzakirə edib.

Zelenski deyib ki, bu qış Ukrayna üçün ən çətin qışdır, lakin ABŞ-da satın alına bilən hava hücumundan müdafiə sistemləri üçün raketlər bütün bu çətinliklərin öhdəsindən gəlməkdə və insanların həyatını qorumaqda çox faydalıdır.
“Nümayəndələrimizin fevralın 26-da Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın əvvəlində üçtərəfli formatda keçiriləcək tam danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik. Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçmək üçün fürsət yaradacaq. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə Rusiya-Ukrayna-ABŞ üçrətəfli formatda görüşü nəzərdə tutulsa da, martın əvvəlinə təxirə salınıb.
Verilən xəbərlərə görə, növbəti görüşdə Ukrayna, ABŞ və Rusiya məhbus mübadiləsi, humanitar məsələlər və təhlükəsizlik, o cümlədən Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə ediləcəyi gözlənilir.

Mümkün atəşkəs parametrləri, təhlükəsizlik zəmanətləri və gələcək danışıqlar üçün yol xəritəsinin hazırlanması da müzakirə olunub. Ayrı-ayrılıqda iqtisadi dəstək və Ukraynanın bərpası müzakirə olunub.
“Axios” Trampla Zelenski arasındakı telefon danaışıqlarını təfərrüatlarını daha geniş formada açıqlayıb.

Telefon danışığı zamanı Tramp müharibəni mümkün qədər tez, bir ay müddətinə bitirmək istədiyini bildirib.
Nəşr yazıb ki, Tramp yaya qədər sülh müqaviləsi istəsə də, lakin Ukrayna ilə Rusiya arasında, xüsusən də Ukraynanın şərqindəki ərazi ilə bağlı hələ də əhəmiyyətli fikir ayrılıqları mövcuddur.
Nəşrin yazdığına görə, Zelenski verdiyi dəstəyə görə Trampa təşəkkür edib və bildirib ki, yalnız o, Putini müharibəyə son qoymağa məcbur edə bilər.

“Axios” yazıb ki, Zelenski də müharibənin bu il bitəcəyinə ümid edir.
Dünən, 17:06
“Bu, ədalətimizin son nöqtəsi idi”
Dünən, 16:11
Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
Dünən, 16:00
Üçüncü dünya müharibəsinə 5 il qaldı: Qərbliləri nə gözləyir?
Dünən, 15:30
İftarda mütləq balıq yeməlisiniz- Həkim XƏBƏRDARLIQ EDİR
Dünən, 10:32
Ceyhun Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır, böyük nəticələr göz önündədir
Dünən, 10:28
Zelenskinin Trampla telefon danışığının detalları: Müharibə bir aya bitir
Dünən, 09:51
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
Dünən, 09:48
40 ağacın kəsilməsinə görə cinayət işi başladıldı
Dünən, 09:19
Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır
Dünən, 09:17
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Dünən, 09:14
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
Dünən, 09:11
"Foreign Policy": TRIPP-in Avrasiya geosiyasətində mühüm modelə çevriləcək
Dünən, 09:10
Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Dünən, 09:00
Xocalı qurbanlarının ruhu bu gün şaddır
25-02-2026, 21:47
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25-02-2026, 15:30
Tiflisə “ikinci Qarabağ”ın “həlli” təklifi - Moskva yeni vasitəçi roluna girməyə çalışır
25-02-2026, 14:22
"Qarabağ"dan kimlər gedəcək?
25-02-2026, 14:00
Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
25-02-2026, 12:35
Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq
25-02-2026, 12:28
Prezident Lənkəranda açılışda - FOTO
25-02-2026, 12:00
Trampdan etiraf: İran Avropanı və bazalarımızı vuracaq raketlər hazırlayıb
25-02-2026, 11:55
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
25-02-2026, 11:29
Prezident Küveyt Əmirini təbrik etdi
25-02-2026, 11:23
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
25-02-2026, 10:58
Azərbaycanda kafedə partlayış: Ölən var
25-02-2026, 10:22
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
25-02-2026, 10:15
Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar